Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ertələmə simvolu
1.Ertələmə simvolu(cancel) – verilənlərin printerə və başqa kompüterlərə ötürülməsində istifadə olunan idarəedici simvol; CAN kimi işarə olunur. Adətən, ötürülən mətn sətrinin ləğv olunmasını bildirir. ASCII simvollarının əsas yığınında ertələmə simvolunun kodu 24-dür. 2.Ertələmək – verilmiş əməliyyatın istifadəçi tərəfindən ləğv olunması. Dialoq bokslarının (DIALOG BOX) bir çoxunda təsdiq ediləsi əməliyyatlar üçün Cancel (ertələ) düyməsi olur. Onu basdıqda heç bir əməliyyat yerinə yetirilmədən pəncərə ekrandan yox olur. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
İtələmə
İtələmə — İsaak Nyutonun ikinci və üçüncü qanunları tərəfindən tanınan reaksiya qüvvədir. Bir sistem kütləni bir istiqamətdə hərəkət etdirdikdə ya da təcilləndirəndə, təcillənən qüvvəni bərabər böyüklükdə, ancaq əks istiqamətdə bir qüvvə formalaşdırır. Nümunə olaraq stabil qanadlı hava texnikaları, pərvanə və ya reaktiv mühərriklər havayı uçuş istiqamətinin əksi istiqamətində itələməsi sayəsində irəliyə doğru hərəkətlərini təmin edirlər.