Evdemus Rodoslu
Rodoslu Eudemus (yun. Εύδημος ο Ρόδιος, m. ö. IV yüzillik) Aristotelin öyrəncisi, peripatetik məktəbin təmsilçisi. O, müəlliminin əsərlərinə şərhlər, eləcə də elmlər tarixi üzrə kitablar yazmışdır. Onların bəzi fraqmentləri günümüzə gəlib çatmışdır və o dövrün riyaziyyat və astronomiya haqqında biliklərimizin yeganə qaynağı hesab olunmaqdadır. Bundan başqa Evdemus Aristotelin tarix, fizika və ilahiyyata aid olan fikirlərini şərh etmiş, bu əsərlərdə olan ziddiyyətləri ortadan qaldırmağa cəhd etmişdir. Bəzi tədqiqatçılar Evdemusu Aristotel irsinin ilk şərhçisi kimi də dəyərləndirirlər.
== Mənbə ==
Aydın Əlizadə. Antik fəlsəfə tarixi (PDF).