Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Revolver
Altıaçılan ya da revolver — 1836-cı ildə Samuel Kolt tərəfindən yaradılmış bir dəfə doldurma ilə birdən artıq atəş açmaq qabiliyyətinə malik olan bir tapançadır. Normal tabançalardan fərqi uzun lüləyə və mərmilərinin qəbzədə deyil, lülənin ortasında olmasıdır. Çoxlu kovboy filmlərində bu silahlardan istifadə edilmişdir. Daraqına ən çox 6 ədəd mərmi ala bilir, adını da, məhz buradan almışdır. Müasir dövrə kimi çoxlu versiyaları çıxmışdır. Hələ də istifadə edilir. Ən sonuncu modern versiyası Magnum 45 adı ilə tanınır.
Zvolle
Zvolle (nep. Zwolle) — Niderlandda şəhər. Overeysel əyalətinin inzibati mərkəzi. Dəmiryol, şose və su yolları qovşağı. Metal emalı, yəni ümumi maşınqayırma, elektrotexnika, yük avtomobilləri istehsalı, Eysel çayında SES, ali texniki məktəb, teatr, muzey var. == İstinadlar == == Əlavə ədəbiyyat == Lourens, Piet; Lucassen, Jan. Inwonertallen van Nederlandse steden ca. 1300–1800. Amsterdam: NEHA. 1997. ISBN 9057420082.
Valve
Valve Corporation — videooyunlar yaradan və nəşr edən ABŞ şirkətidir. 1996-cı ilin noyabrında buraxılan Half-Life oyununu yaratdıqdan sonra bütün dünyaya məşhur oldu. Mərkəzi ofisi Belvyu, Vaşinqtonda yerləşir. == Tarix == === Yaranma və Half-Life === Microsoft şirkətində işlədikdən sonra Qeyb Nyuell və Mark Harrinqton 1996-cı ildə Valve Software şirkətini təsis edirlər. Quake mühərrikinə lisenziya aldıqdan sonra onlar Quiver (Half-Life-ın işçi adı) oyununun yaradılmasına başlayırlar. Ssenari üzərində işləmək üçün peşəkar yazıçı, fantast Mark Leydlou dəvət edilmişdir.Oyun ilk dəfə 1997-ci ildə E3-də nümayiş etdirilib və nümayiş etdirildiyi andan əsil hitə çevrilmişdir. Oyunu 1997-ci ildə buraxmaq planlaşdırsalar da reliz 31 oktyabr 1998-ci ildə oldu. Oyun bəyənildi və yaradıcılara məşhurluq gətirdi. Half-Life çıxdıqdan sonra Valve uzun müddət heç nə buraxmırdı. Bestseller üçün əlavələr isə Gearbox Software tərəfindən yaradılırdı.
Volvo
Volvo dünyanın qabaqcıl TİR, avtobus, avtomobil, iş maşını, dəniz mühərriki və sənaye mühərriklər istehsalı edən firmasıdır. Bunun xaricində Volvo Group olaraq təyyarə sənayesindən maliyyə sektoruna qədər geniş sahədə fəaliyyət göstərən holdinqdir. 1927-ci ildə Yaponiya Göteborgda SKF markasının istehsalçı olaraq quruldu. Volvo Groupa bağlı minik avtomobil istehsalçısı Volvo Cars şirkəti, 1999-dan bəri Ford Motor Company-yə bağlı olaraq fəaliyyət göstərir. Dəniz mühərrikləri istehsal edən hissə isə Volvo Penta olaraq adlandırılmaqdadır. Bunun xaricində Mack tırları da Volvo Groupa bağlıdır. Volvo bir isveç markasıdır. Almanların Audisi, Mercedesi, BMWsi qədər güclü bir markadır. Dünyada təhlükəsizlik baxımından ən qiymətli avtomobillərin arasındadır.
VoLTE
Voice over LTE (VoLTE)— mobil telefonlar və məlumat terminallarından istifadə edərək səsli zənglər üçün yüksək sürətli simsiz rabitə LTE standartı. VoLTE köhnə 3G UMTS-dən üç dəfəyə qədər və 2G GSM-dən altı dəfəyə qədər daha çox səs və məlumat tutumuna malikdir. VoLTE-nin paket başlıqları optimallaşdırılmamış VoIP/LTE-dən daha kiçik olduğu üçün daha az buraxılış zolağı enindən istifadə edir. VoLTE zəngləri adətən digər zənglər kimi eyni tariflə ödənilir. VoLTE zəngi edə bilmək üçün cihaz, onun bərkidilmiş proqramı (ing. firmware) və hər iki ucdakı mobil telefon provayderləri, eləcə də operatorlararası əlaqə bütün bu sahədə xidməti həyata keçirməli və birlikdə işləməyi bacarmalıdır. VoLTE bəzi operatorlar tərəfindən "HD Voice" kimi satışa çıxarılıb, lakin bu daha geniş anlayışdır. Bundan əlavə, HD+ (EVS) yalnız LTE-də istifadə olunur. HD Voice 3G-də də mövcud idi. == İcmal == VoLTE IP Multimedia Subsystem (IMS) memarlıq platformasına əsaslanır, nəzarət və media müstəviləri üçün xüsusi profillərə malikdir.
Revolver (albom)
Revolver — Böyük Britaniyanın "The Beatles" rok qrupunun yeddinci studiya albomu.
Valve Corporation
Valve Corporation — videooyunlar yaradan və nəşr edən ABŞ şirkətidir. 1996-cı ilin noyabrında buraxılan Half-Life oyununu yaratdıqdan sonra bütün dünyaya məşhur oldu. Mərkəzi ofisi Belvyu, Vaşinqtonda yerləşir. == Tarix == === Yaranma və Half-Life === Microsoft şirkətində işlədikdən sonra Qeyb Nyuell və Mark Harrinqton 1996-cı ildə Valve Software şirkətini təsis edirlər. Quake mühərrikinə lisenziya aldıqdan sonra onlar Quiver (Half-Life-ın işçi adı) oyununun yaradılmasına başlayırlar. Ssenari üzərində işləmək üçün peşəkar yazıçı, fantast Mark Leydlou dəvət edilmişdir.Oyun ilk dəfə 1997-ci ildə E3-də nümayiş etdirilib və nümayiş etdirildiyi andan əsil hitə çevrilmişdir. Oyunu 1997-ci ildə buraxmaq planlaşdırsalar da reliz 31 oktyabr 1998-ci ildə oldu. Oyun bəyənildi və yaradıcılara məşhurluq gətirdi. Half-Life çıxdıqdan sonra Valve uzun müddət heç nə buraxmırdı. Bestseller üçün əlavələr isə Gearbox Software tərəfindən yaradılırdı.
Yulius Evola
Baron Yulius Evola (tam adı: Culio Çezare Andrea Evola, it. Giulio Cesare Andrea Evola; 19 may 1898[…], Roma, İtaliya krallığı – 11 iyun 1974[…], Roma) — İtalyan ezoterik filosofcu, yazıçı, şair, rəssam, kulturoloq və siyasi xadim. İnteqral tradisyonalizmin nümayəndələrindən biri, ezoterizm və okkultizm üzrə bir sıra əsərlərin müəllifidir. Bir sıra tədqiqatçılar onu neofaşizm ideoloqu kimi olaraq görürlər. Evolanın yazıları Avropada və dünyanın digər yerlərində sağçı ideologiyanın bir çox nümayəndələrinə təsir göstərmişdir. == Həyatı == === Erkən illəri === Evola Romada anadan olmuşdur, valideynləri Siciliyalı aristokratlar idi. Deyilənə görə ailəsi ispan və alman mənşəli olmuşdur. Roma Sapientsa Universitetinin Mühəndislik fakültəsini bitirmiş, lakin diplomdan imtina etmişdir, bunun da səbəbini belə vurğulamışdır: "Özümü heç bir şəkildə burjua akademiyasında və doktor ya da mühəndis kimi titullarla əlaqələndirmək istəməmişəm". Evola yeniyetməlik illərində rəssamlıq və ədəbiyyatla məşğul idi. Bu dövrdə o yazıçılardan Oskar Vayld və Qabriele Dannunsio, fəlsəfədən isə Fridrix Nitsşe, Otto Veyninqer, Karlo Mikelştedter və Maks Ştirnerdən təsirlənmişdir.Birinci Dünya Müharibəsində Evola Aziago yaylasında artilleriya zabiti kimi xidmət etmişdir.
Evolu Lüdovik
Evolu Lüdovik (fr. Louis d'Évreux; 3 may 1276 – 19 may 1319) — Fransa kralı III Filippin oğlu. == Mənbə == Henneman, John Bell (1971). Royal Taxation in Fourteenth Century France: The Development of War Financing, 1322-1359. Princeton University Press Taylor, Craig, ed. (2006). Debating the Hundred Years War. Vol. 29: Pour Ce Que Plusieurs (La Loy Salicque) And a Declaration of the Trew and Dewe Title of Henry VIII. Cambridge University Press de Venette, Jean (1953). Newhall, Richard A. (ed.).
Volvo 200
Volvo 200 (və ya 240 və 260 Series) İsveçin Volvo Cars şirkəti tərəfindən 1974-cü ildən 1993-cü ilə qədər istehsal olunub. Hazırlandığı Volvo 140 Series (1966–1974) kimi, Jan Wilsgaard tərəfindən dizayn edilmişdir. Bu seriya Volvo 700 seriyasının istehsalı ilə üst-üstə düşür (1982–1992).
Vole Şoyinka
Akinvande Vole Babatunde Şoyinka (ing. Akinwande Oluwole "Wole" Soyinka; 13 iyul 1934[…], Oqun ştatı) — Nigeriya yazıçısı, dramaturq, şair, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1986)/ == Həyatı == Nigeriya dramaturqu, şair və nasir Akinvande Vole Babatunde Şoyinka qara qitənin Nobel mükafatı alan ilk təmsilçisidir. Şoyinka mənşə etibarı ilə Qərbi Afrikanın yoruba tayfasındandır. Bu tayfanın mifologiyaya, ritual rəqslərə, teatrlaşdırılmış səhnələrə bağlılığı, orijinal əsatir və əfsanələri Vole Şoyinkanın yazıçı-dramaturq kimi yetişməsinə ciddi təsir göstərmişdi. İngilis dilində təhsil alması, Qərb mədəniyyətini mənimsəməsi və xristianlığın təsiri də öz rolunu başqa bir istiqamətdən oynamış, ədəbi sintez üçün geniş imkanlar yaratmışdı. İbadandakı kolleci bitirdikdən sonra Şoyinka təhsilini İngiltərənin Lids Universitetində (1954) davam etdirmişdi. Burada ingilis ədəbiyyatını və dram nəzəriyyəsini öyrənmiş, habelə yeni nəsil Britaniya yazıçıları ilə tanış olmuşdu. 1957-ci ildə gənc afrikalı "Bataqlıq sakinləri", "Şir və mirvari" kimi sonrakı yaradıcılığı üçün mühüm olan iki dram əsərini başa çatdırmışdı. Londonun "Royal Kort Tietr"inin heyəti sonuncu əsərlə tanışlıqdan sonra onu tamaşaya qoymaq qərarına gəlmişdi. Lidsdə magistratura təhsili alan və Yucin O`Nil yaradıcılığı haqqında dissertasiya yazan Vole Şoyinka bu xəbəri eşidəndə elmi araşdırmalarını bir tərəfə buraxıb Londona köçmüşdü.
Evolu Janna (Fransa kraliçası)
Evolu Janna (fr. Jeanne d'Évreux; 1310 – 4 mart 1371) — Fransa kralı IV Çarlzın üçüncü xanımı, Fransa və Navarra kraliçası.Atası Fransa kralı III Filippin oğlu Lüdovik, anası isə Artesli Marqaritadır. 5 iyul 1324-cü ildə əmisi oğlu olan Fransa kralı IV Çarlzla evləndirildi. Qohum olan cütlüyün evlənə bilməsi üçün Papa XXII Condan xüsusi icazə alındı. 11 may 1326-cı ildə keçirilən tacqoyma mərasimiylə Fransa kraliçası oldu. Cütlüyün bu evlilikdən 3 qızı dünyaya gəlsə də, bunlardan yalnız biri yetkinlik yaşına çatdı. 1328-ci ildə əri IV Çarlz vəfat etdi və o əsnada hamilə olan Janna bir qız uşağı dünyaya gətirdi. Qızlarıyla birlikdə qalan ömrünü ərindən miras qalan mülklərində keçirən Janna sonrakı illərdə mühüm siyasi rollar oynadı. 4 mart 1371-ci ildə Paris yaxınlığında vəfat edən Evolu Janna Sen-Deni Bazilikasına dəfn edildi. == Mənbə == Jean-Marc Cazilhac: Jeanne d'Evreux, Blanche de Navarre : Deux reines de France, deux douairières durant la Guerre de Cent ans, Editions L'Harmattan, 2010, 178 p., p.
Əvilə
Əvilə — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 572 nəfərdir. == Toponimiyası == Yerli əhalinin məlumatına görə, oykonim talış dilində "qıjı" və ya "ayıdöşəyi" bitkisinin adı olan "əvilə" sözündəndir. Tədqiqatçıların fikrincə, əvilə talış dilində "toplu, coxluq, cəmlik" mənalarını bildirir.
École des Beaux-Arts
École des Beaux-Arts, tam adı ilə, École Nationale Supérieure Des Beaux-arts, Jean-Baptiste Colbert (XIV Louis dövrünün naziri) tərəfindən Académie Royale d'Armitecture adı altında 1671-ci ildə Parisdə yaradılmış bir təsviri sənət məktəbidir. 1793-cü ildə Académie Royale de Peinture et de Sculpture (1648-ci ildə yaradılıb) məktəbi ilə birləşdirildi. Məktəb rəsmxət, rəsm, heykəltaraşlıq və memarlıq (1968-ci ilə qədər) kimi təsviri sənətlərdən dərs deyir.
École nationale supérieure des mines de Paris
Mines Paris - PSL (École nationale supérieure des mines de Paris və ya Mines Paris kimi də tanınır) Fransanın ən tarixi mühəndislik məktəblərindən biridir. Paris yerləşən bu məktəb "Grande Ecole" statusuna malikdir. O, həmçinin Conférence des Grandes Écoles və PSL Research University üzvüdür və əsasən şirkətlərdə işləmək üçün nəzərdə tutulmuş yüksək səviyyəli ümumi mühəndislər hazırlayır.
École spéciale de mécanique et d'électricité
ESME Sudria (École spéciale de mécanique et d'électricité və ya ESME kimi də tanınır) Fransanın ən tarixi mühəndislik məktəblərindən biridir. Paris, Bordo, Lil və Lion bölgəsində İvri-sür-Seyndə yerləşən bu məktəb "Grande Ecole" statusuna malikdir. O, həmçinin Conférence des Grandes Écoles və IONIS Təhsil Qrupunun üzvüdür və əsasən şirkətlərdə işləmək üçün nəzərdə tutulmuş yüksək səviyyəli ümumi mühəndislər hazırlayır.