Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Evristika
Evristika - (latınca: ευρίσκω, "açmaq") həqiqətin müvafiq köməkçi suallar vasitəsilə aşkar edilməsini nəzərdə tutan tədqiqat və ya təlim üsulları, elm. Evristik texnika (Qədim yunanca: εὑρίσκω, "tapmaq", yaxud "kəşf etmək") məsələ həllinə, öyrənməyə, yaxud kəşf etməyə hər hansı elə yanaşmadır ki, o, optimal, mükəmməl, məntiqli, yaxud rasional olduğuna zəmanət verilməyən, ancaq bilavasitə məqsədə çatmaq üçün kifayət edən praktik metoddan istifadə edir.
Eristika
Eristika - (yun. eristikos – mübahisә edәn) mübahisә etmәk mәharәti. == Tarixi == Eristika Qәdim Yunanıstanda e.ә 5 әsrin 2-ci yarısında sofistlәr arasında, e.ә. 4 әsrdә Meqara mәktәbindә geniş yayılmışdı. Qәdim yunan ritorika vә fәlsәfәsindә inandırmaq mәharәti kimi meydana gәlmiş eristika çox keçmәdәn mübahisә zamanı hәr hansı müddәanı, doğru vә ya yanlışlığından asılı olmayaraq, müdafiә, yaxud tәzkib etmәk üçün işlәdilәn üsullar mәcmusuna çevrildi. Aristotel “Sofist tәkziblәr haqqında” traktatında sofistika ilә eristika arasında fәrq qoymamış, sofist әqli nәticәlәri eristik sillogizmlәr adlandırmışdır. Hazırda bilәrәkdәn yanlış mühakimә üçün işlәdilәn üsullar sofistika, ümumiyyәtlә, mübahisә etmәk mәharәti isә eristika adlandırılır.
Levistik
Levistik (lat. Levisticum) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinə aid bitki cinsi.
Turistik
Turizm (fransız sözü olub, gəzinti, səfər deməkdir) — fəal istirahətin geniş yayılmış və ən kütləvi növüdür. 1954-cü ildə BMT-nin yığıncağında "Turizm" sözü müzakirə olunmuş, onun beynəlxalq mahiyyəti, kulturoloji və sosial-iqtisadi əhəmiyyəti müəyyənləşdirilmişdir. Hər il minlərlə insan səyahət həvəskarları sırasına qoşulur və getdikcə turizm daha geniş vüsət alır. Turizm son 20–25 ildə insanların vərdiş etdikləri həyati təlabatdır. Turizm xidmətlərinin və turist tələbatlı malların reallaşdırılması ilə məşğul olan istehsal, ticarət və nəqliyyat müəssisələrinin məcmusu turizm sənayesini yaranır Bura mehmanxanalar, iaşə obyektləri, sənaye və ekskursiya büroları aiddir. Turist — ölkə daxilində, yaxud xaricində müxtəlif məqsədlər üçün 24 saatdan 6 aya qədər müddətə səfər edən şəxsdir. Tur– konkret müddətdə konkret marşrut üzrə fərdi və ya qrup halında səfərdən ibarət olan turizm məhsulunun vauçer şəklində satılan formasıdır. Turizm məhsulu isə turistlərə göstərilən xidmətlər kompleksidir. Son onilliklər ərzində insanların həyat şəraiti yaxşılığa doğru xeyli dəyişilmişdir. Bununla yanaşı, mədəni inkişafın kölgəli tərəfləri də özünü büruzə verməyə başlamışdır.