Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Editinq Enn Dunham
Stenli Enn Danhem (29 noyabr 1942, Viçita[d], Kanzas – 7 noyabr 1995, Honolulu) – ABŞ-nin 44-cü prezidenti Barak Obamanın anası. İqtisadi antropologiya və kənd təsərrüfatının inkişafı üzrə ixtisaslaşmışdı. Anna deyə çağrılırdı. Sonradan Doktor Stenli Enn Danhem Soetro kimi tanındı. == Həyatı == Kanzas ştatının Viçita şəhərində anadan olub. Uşaqlıq illərini Kaliforniya, Oklahoma, Texas və Kanzasda keçirib. Yeniyetməlik illərini Vaşinqtonda, dolğun illərini isə Havayda və İndoneziyada keçirib. Danhem Honoluluda, Havay Universitetində təhsil alıb və antropologiya və ya riyaziyyat üzrə bakalavr təhsili alıb. Qadınların kustar sənayesində rolunu araşdıraraq İndoneziyada, Yava adasında qadınların rolunu öyrənir. O ABŞ Beynəlxalq İnkişaf Agentliyinin məsləhətçisi kimi kənd yerlərində kasıblığın qarşısını almaq üçün mikrokredit proqramını təşkil edir.