Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Explorer-1
Explorer-1 (ing. Explorer-1) – süni peyk. Verner fon Braun-nun komandası tərəfindən 1 fevral 1958-ci ildə saat 3:48-də (UTC) kosmosa göndərilmişdir. Explorer-1 28 fevral 1958-ci ildə yayımı dayandırdı, 1970-ci ilin mart ayına qədər orbitdə oldu.
Internet Explorer
Windows Internet Explorer ya da köhnə adıyla Microsoft Internet Explorer — Microsoft tərəfindən inkişaf etdirilən bir veb brauzer. Microsoft Windows və Mac OS distributivləri vardır, digər tərəfdən Mac OS versiyası artıq inkişaf etdirilməkdədir. Microsoft Windows ilə birlikdə ön qurğulu olaraq gələn İnternet Explorerin Windowsa bütün gəlməsindən dolayı skaner bazarının böyük bir hissəsini (təxminən% 60) əlində tutduğu təxmin edilməkdədir. Windows Vista ilə birlikdə adı Windows İnternet Explorer olaraq dəyişdirildi. == Problemlər == İnternet Explorerin yaşadığı ən böyük problem internet dünyası tərəfindən qoyulan standartlara uyğun gəlməməsi və öz standartlarını saxlamasıdır. Internet Explorer 7-də də bu problem davam etməkdədir. Ancaq Internet Explorer 9 üçün işlər zamanı Microsoft W3C-ə uyğun etməkdədir və standartlara uyğunlaşma probleminin böyük ölçüdə aradan qaldırılması gözlənilir. İnternet Explorerə bu qədər çox texnologiyanın bu qədər sürətli əlavə olunması, təhlükəsizlik ilə əlaqədar problemlər yaratdı. Porno və hack saytları başda olmaqla bir çox sayt İnternet Explorerin köhnə versiyalarındakı açıqları istifadə edərək kompüterlərə öz-özünə proqramlar yükləyə bilirdi. Təhlükəsizlik problemləri hələ də tam olaraq həll edilə bilmədi.
Windows Explorer
Windows Explorer (Bələdçi proqram) — Windows sisteminin standart proqramları siyahısına daxil olan köməkçi proqram. Bu proqram vasitəsi ilə kompüterdə saxlanılan bütün qovluq və fayllara baxmaq, yerlərini və adlarını dəyişmək, silmək mümkündür. Windows Explorer proqramının tətbiqi qurğular və fayllarla aparılan əməliyyatları sadələşdirir və əyani edir.
Ərdəşir Riporter
Ərdəşirci Riporter Böyük Britaniyanın, İrandaki gizli kəşfiyyat(Secret Intelligence Service) başçısı idi. == Həyatı və fəaliyyəti == Ərdəşir Riporter, Hindistan zərdüştilərindən idi ki, atası və böyük atası Tayms qəzetinin reportyorları olmaqlarına görə Riporter(Reporter) soy adın seçmişdirlər.Ser Ərdəşir Riporter və təşkilatı 1921-ci darbedə və Rza xanın hökumətə yetişdirməsində əsas rolu varıdi və İranda,respublika yaranmasının qarşısını aldı.O, irqçi nəzəriyyələri və etnik bölmələrin (Türk fobisi, Ərəb fobisi)İranda dəstəklədi və yaydı.O, həmçinin, hər bir qədim abidəni ki funksiyası məlum deyildir,atəşkədə müəyyənləşdirib və adlandırdi , və Hindistan Parsilərindən istədi neçə atəşkədə Tehran, Kirman və Yəzd şəhərlərində tiksinlər və onları qədim əsrlərə mənsub etsinlər.Məşrutə hərəkatınada təsir göstərmişdir.
Corc Porter
Corc Porter (ing. George Porter, Baron Porter of Luddenham; 6 dekabr 1920[…], Steynforf[d], İngiltərə[…] – 31 avqust 2002[…], Kenterberi, İngiltərə) — ingilis kimyaçısı, Kimya üzrə Nobel mükafatı laureatı (1960). == Həyatı == İngilis fiziki kimyaçısı Corc Porter 1920-ci ilin dekabrın 6-da Steynfortda (Yorkşirdə) anadan olmuşdur. 1938-1941-ci illərdə Lidsk və Kembric Universitetlərində oxumuşdur. 1945-1954-cü illərdə Kembric və 1955-1963-cü ilərdə Şeffild Universitetlərində işləmişdir. 1963-cü ildən Böyük Britaniyanın Kral İnstitutunun professoru, 1966-1985-ci illərdə direktoru olmuşdur. Əsas elmi işləri olduqca sürətli kimyəvi reaksiyaları impuls üsulu ilə tədqiq etmək olmuşdur. 1950-ci ildə R.C. Norriş ilə birlikdə impuls fotolizi üçün ilk qurğu yaratmışdır. O, ilk dəfə olaraq çoxlu sayda bəsit sərbəst radikalların udulma spektrlərini almış, onların çevrilmə mexanizmlərini öyrənmiş, sürətli rekombinasiya proseslərinin mövcud olduğunu göstərmişdir. O, işıq impulsu ilə insiatorlaşdırılan oksigen ilə reaksiyasının inkişafının spektral mənzərəsini qeydə ala bilmişdir.
Eleanor Porter
Porter Robinson
Porter Ueston Robinson (ing. Porter Weston Robinson) — amerikalı DJ. Worlds adlı ilk albomu 2014-cü ilin avqustun 12-də üzə çıxıb. 2015-ci ilin martın 20-də MTVu tərəfindən ilin artisti adlandırılıb.
The Hollywood Reporter
The Hollywood Reporter (tərc. Hollivud müxbiri) — ABŞ film sənayesindəki inkişafları izləyən aparıcı Amerika jurnalı. Həftədə bir dəfə nəşr olunur. Variety ilə birlikdə son on ildə Amerikanın ən böyük iki film jurnalından biri olub. Əsası Vilyam Vilkerson tərəfindən qoyulmuş jurnalın ilk nömrəsi 1930-cu ilin sentyabrında çıxmışdır. Jurnal hazırda Prometheus Global Media-a məxsusdur və qərargahı Los-Ancelesdə yerləşir. 2010-cu ildə Cenis Min (ing. Janice Min) nəşrin baş redaktoru oldu. == THR Russia == 2012-ci ilin martından 2018-ci ilin noyabr ayına qədər jurnalın rusdilli versiyası nəşr olundu. 73 buraxılış verilib.
Cruzeiro Esporte Clube
Kruzeyro İdman Klubu (ing. Cruzeiro Esporte Clube) — qərargahı Belo Horizonte, Minas Gerais-də yerləşən Braziliya idman birliyidir. Və Braziliyanın ən böyük futbol klublarından biri hesab olunur. == Tarixi == Kruzeyro futbol klublu 2 yanvar 1921-ci il yaradılıb. O, iki dəfə kubok çempionu, dörd dəfə isə Braziliya çempionu olmuşdur. Kruzeyro CONMEBOL-un tiz (başqaları Olimpiya, São Paulo, Independiente, Vélez Sársfield, Boca Juniors, Internacional və LDU) sahib yalnız səkkiz komandadan biridir.
Vilyam Sidney Porter
O. Henri (ing. O. Henry; 11 sentyabr 1862, ABŞ - 5 iyun 1910, ABŞ) — Amerika hekayə yazıçısı. == Həyatı == Dünya şöhrətli amerikan yazıçı O. Henri 1862-ci ildə Şimali Karolinada doğulmuşdur. Öz yazdığı əsərlərini O. Henri təxəllüsü ilə çap etdirmişdir. Əsl adı Uiliam Sidney Porter (William Sydney Porter) olan yazıçı dünyada qısa hekayə yazan yazıçıların ən məşhur isimlərindən biri kimi tanınır. Çox az təhsil alan O. Henri aptekdə işləmiş, bank kassirliyi daxil olmaqla müxtəlif işlərdə çalışdıqdan sonra, işlədiyi bankdan pul mənimsəməkdə günahlandırılaraq üç ildən artıq həbsdə yatmışdır. İlk hekayələrini də müxtəlif imzalar altında elə o həbsxanada qələmə almışdır. Həbsdən çıxdıqdan sonra O. Henri "The Rolling Stone" (Avara) adlı həftəlik satirik jurnalının baş redaktoru vəzifəsində işləmişdir. Yazıçı həyatının son səkkiz ilində iki yüzdən çox hekayə yazmışdır. O. Henrinin zarafatcıl və canlı üslubda qələmə aldığı əsərləri böyük insan kütlələrinin bəyənməsinisinə səbəb olmuş və bu işdə o, çoxlu müvəffəqiyyət qazanmışdır.
Elinor Hocmen Porter
Elinor Emili Hocmen Porter (ing. Eleanor Emily Hodgman Porter) — Amerika yazıçısı. == Həyatı == 19 dekabr 1868-ci ildə ABŞ-nin Nyu-Hempşir ştatında doğulub. Yeni İngilitərə Konservatoriyasında bir neçə il mahnı dərsləri alıb. 1892-ci ildə Con Liman Porter ilə evlənib və Massaçusetsə yerləşiblər. Yazar karyerasına qısa heykayələr yamzaqla başlayıb. 21 May 1920-ci ildə Massaçusetsə vəfat edib və Mount Auburn qəbiristanlğında dəfn edilib. Düynaca ən məşhur əsəri Polyanna romanıdır.