Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Xəlil Fəhimi
Xəlil Mirzə Mahmud xan oğlu Fəhimi (1876–1953) — Cənubi Azərbaycanın valisi. Xəlil Mirzə Mahmud xan oğlu 1876-cı ildə Tehran şəhərində doğulmuşdu. Fəhimülmülk ləqəbini daşıyırdı. O, Kirman vəziri Mirzə İsmayıl xanın nəvəsidir. Xəlil Fəhimi 1936-cı ildən 1939-cu ilədək İranın Ankarada səfiri vəzifəsində çalışmışdı. Yeni hökumətin ilk addımı sentyabr ayının 21-də, 1941-ci ildə köhnə aristokrat ailəsindən olan, vaxtilə bir sıra nazir postlarında çalışmış, Ankarada səfir işləmiş Fəhimini (Fəhim-ol-Mülkü) Azərbaycana vali təyin etmək oldu. Bu təyinat elan olunan gün — sentyabrın 21-də Əziz Əliyеv artıq Təbrizdə, onun başçılıq etdiyi qrup Güney Azərbaycanda işə başlamışdı. Güney Azərbaycanda normal həyatın yaradılmasında İran hakimiyyət orqanlarının maraqlı olmadığına diqtəti cəlb edərək Ə. Əliyev yazırdı: "Təbriz valisi Fəhimi özü qarışıqlıq salanları himayə edir. O, yaxşı bilir ki, bir çox sənaye obyektləri işləmir, iri tacirlər Tehrana və ingilis işğal zonasına gedirlər. Belə vəziyyətdə vali heç bir iş görmür və bizim iqtisadi-təsərrüfat həyatını normallaşdırmaqla bağlı bütün tələblərimizdən yayınır.
Rəhmsiz (film, 1952)
Rəhmsiz — 1952-ci ildə məhəbbət janrında çəkilmiş hind filmidir. Film Şarlotta Brontenin yazdığı "Ceyn Eyr" əsərinin əsasında çəkilmişdir. Rəhmsiz — Internet Movie Database saytında.
Seçimsiz seçimlər
"Seçimsiz seçimlər" — Lourens Langer tərəfindən Holokost zamanı yəhudilərin qarşılaşdıqları heç bir qalibiyyət olmayan vəziyyətləri təsvir etmək üçün istifadə edilən termin.