Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Fərəhani
Fərəhani (fars. فراهانی‎) — İran soyadı. Mirzə Əbülqasim Fərəhani (1779–1835) — İranın baş naziri, dövlət xadimi. Mirzə İsa Fərəhani (1733–1822) — Abbas mirzənin vəziri. Mirzə Tağı xan Əmir Kəbir Fərəhani (1807–1852) — Nəsrəddin şah Qacarın (1848–1896) dövründə İranın baş naziri (1847–1851), dövlət xadimi. Behzad Fərəhani (doğ. 1945) — İran aktyoru. Gülşiftə Fərəhani (doğ. 1983) — İran aktrisası. Ramin Fərəhani (doğ.
Mirzə İsa Fərəhani
Mirzə İsa Mirzə Hüseyn oğlu Fərəhani (1733–1822) — Abbas mirzənin vəziri. Mirzə İsa Mirzə Hüseyn oğlu Fərəhani 1733-cü ildə İranın Ərak əyalətində anadan olmuşdu. İbtidai təhsilini atasından almışdı. Qaemməqam ləqəbini daşıyırdı. Mirzə İsanın babaları Həzara seyidlərindəndir. Babası Mirzə İsa, ulu babası Mirzə Əbülfət möhrdardır. Mirzə İsa Fərəhani İranda Mirzə Bözörg (böyük) kimi tanınırdı. Ağaməhəmməd şah onun ləyaqətini görüb, dövlət quluğuna götürmüşdü. Mirzə İsa Fərəhani 1822-ci ildə vəfat edib.
Mirzə Əbülqasim Fərəhani
Mirzə Əbülqasim Mirzə İsa oğlu Fərəhani (fars. قائم‌مقام فراهانی‎; 1779–1835) — İranın baş naziri. Mirzə Əbülqasim Fərəhani 1779-cu ildə İranın Ərak əyalətində anadan olmuşdu. İbtidai təhsilini atasından almışdı. Qaemməqam ləqəbini daşıyırdı. Qayemməqam Abbas Mirzənin islahatlarını daha da genişləndirərək, bütün İranda Avropa tipli ordu yaratmış, hərbi sənayenin və toxuculuq sənayesinin əsasını qoymuşdu. Mirzə Əbülqasim Fərəhani Məhəmməd şah Qacarın dövründə sədri-əzəm (baş nazir) vəzifəsini daşımışdı. Mirzə Əbülqasim Fərəhani 1835-ci ildə Tehranda vəfat edib. Mirzə Əbülqasim Əli adlı oğlu vardı.