Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Fərhadnamə (Ərdəbili)
Fərhadnamə - XIV əsr Azərbaycan şairi Arif Ərdəbili tərəfindən, 1369-cu ildə Nizami Gəncəvinin "Xosrov və Şirin" poemasının təsiri ilə fars dilində yazılmış məsnəvidir. == Tarixi == Şəmsəddin Məhəmməd Arif Ərdəbili XIV əsr Azərbaycan şairidir. O, uzun müddət Şirvanşah Əzəm Kavus ibn Keyqubadın (1344-1375) sarayında yaşamış, onun oğlunun təlim və tərbiyəsi, eləcə də tədris işləri ilə məşğul olmuşdu. Şair bir çox qəsidə və mədhiyyələr müəllifi olsa da, ona şöhrət qazandıran “Fərhadnamə” poemasıdır. Şair bu əsəri 1369-1370-ci illərdə (h/q 771) illərdə yazmış və Təbrizdə hökm sürən Cəlairilər sülaləsindən Bahadır xan Sultan Üveys Cəlayırə ithaf etmişdir. Arif Ərdəbili XIV əsrdə Nizami Gəncəvi ənənələrini davam etdirərək “Xosrov və Şirin” poemasının təsiri altında yeni və orijinal bir əsər yazmışdır. “Fərhadnamə”nin müqəddiməsində verilən izahatdan aydın olur ki, Arif Ərdəbili Fərhadın övladlarından birini görmüş və bu görüş zamanı məlum olmuşdur ki, həmin şəxsdə Fərhadın həyat və sənətkarlığına dair bir kitab vardır. Bu kitabda Fərhadın Gülüstana, sonra isə Şirinə məhəbbətindən danışılır. Şirvanşah Axsitan, Şamaxı və Azərbayacanın digər hərbi qalaları haqqında məlumat verilir. Burada Fərhadın və onun nəslindən olan sənətkarların bu qalalarda daşlar üzərində surətlər həkk edib təsvirlər yaratmasından bəhs edilmiş, Bakıda, Xəzər sahilində tikilən möhtəşəm bir qalanın da adı çəkilmişdir.