Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Fitnə-fəsad
Fitnə Fitnənin lüğətdə mənası, qarışıqlarının çıxarılması və xalisləşdirilməsi üçün qızılın közərdilməsi deməkdir.Fitnə sözü bir nəfər və ya bir cəmiyyətdən asayiş və əmin-amanlığın alınması, iki və ya daha çox insanı bir-birinin canına salıb ikitirəlik yaratmaq, həmçinin xalqa əziyyət və işgəncə vermək deməkdir. == Fitnənin növləri == Qurani-Kərimdə müşriklərin törətdiyi fitnənin qətl törətməkdən də ağır günah olduğu qeyd olunur və bu fitnə aradan qalxanacan onlarla vuruşma tövsiyə edilir: "Fitnə (müşriklərin fitnəsi) qətldən daha şiddətlidir. Əgər onlar (vuruşdan və Allaha şərik qoşmaqdan) vaz keçərlərsə, şübhəsiz, Allah bağışlayandır, rəhm edəndir!. Fitnə (müşriklərin fitnəsi) aradan qalxana qədər və din (ibadət) ancaq Allaha məxsus edilənədək onlarla vuruşun; əgər onlar (bu cür hərəkətlərə) son qoyarlarsa (siz də onlarla vuruşmaqdan vaz keçin!), çünki düşmənçilik ancaq zülm edənlərə qarşı olur.""Bilin ki, mal-dövlətiniz və övladınız sizin üçun ancaq bir imtahandır. Böyük mükafat isə Allah yanındadır."Peyğəmbəri (s): "Üç şey fitnə törədər: gözəl saç, gözəl surət və gözəl səs."Əli ibn Əbu Talib: "Fitnə üç şeydədir: qadın düşkünü olmaq – bu şeytanın qılıncıdır, şərab içmək – bu şeytanın tələsidir və dirhəmə, dinara məhəbbət – bu isə şeytanın oxudur. Kim qadın düşkünü olsa, ömrünün faydasını görməz, kim şərab düşkünü olsa, cənnət ona haram olar. Kim dinar və dirhəmə məhəbbət bəsləsə, dünyanın nökəri olar."Fitnəkarlıq növlərindən biri də zalim hakimlər üçün casusluq etməkdir. Bunun böyük günah sayılıb bir çox ziyan və fəsadlarının adam öldürməkdən böyük olması isə çox aydın bir məsələdir. Çünki bir fitnəkar cəsusun çoxlu qətl və cinayətlərə səbəb olması mümkündür. == Finə-fəsad baş verən zaman necə davranmalı?! ==
Santa-Mariya-del-Fiore kafedralının fasadı
Santa-Mariya-del-Fiore kafedralının fasadı (it. Facciata di Santa Maria del Fiore) — Florensiya kafedralının inşaatı tarixində ən mübahisəli məsələlərdən biridir. İnşasına Arnolfo Di Kambio tərəfindən başlamış fasad, XV əsrə kimi müxtəlif heykəltəraşlar tərəfindən hazırlanmış heykəllər tərəfindən bəzədilsə də, 1587-ci ildə həmin fasad sökülmüşdür. Bundan sonra dəfələrlə müxtəlif memarlar tərəfindən layihələr təqdim edilməsi və müsabiqələr təşkil olunmasına baxmayaraq, XIX əsrə kimi Florensiya kafedralının fasadı inşa edilməmişdir. XIX əsrdə Santa-Mariya-del-Fiore kafedralını fasadı Emilio de Fabrisin layihəsi əsasında inşa edilmişdir. Abidənin fasadının sökülməsi və yeni fasadın inşası ilə bağlı elmi mübahisələr davam etsə də, hazırkı fasad İtaliyada neoqotika memarlığının ən yaxşı nümunələrindən biri hesab edilir. == Arnolfonun fasadı == === Tarixi === Arnolfonun fasad üzərində nə vaxtdan işləməyə başlaması haqqında sənədlər olmasa da, arxeoloji qazıntılar zamanı müəyyən edilmişdir ki, fasadın inşasına daha erkən dövrdə - XIII əsrdə başlanılmışdır. Bu ilkin fasad qədim Santa-Reparta kilsəsində ibadətin davam etdirilməsi üçün binanı yararlı hala gətirmək məqsədi ilə inşa edilmişdi. Arnolfinin fasad layihəsinin tikilinin bütün fasadını əhatə etməsi haqqında dövrümüzə heç bir çetyoj və ya sənəd çatmasa da, onun işini dava etdirən memarlar fasad inşası işini portaldan on metr yuxarı qaldıra bilmişdir. Florensiya bələdiyyəsinin Arnolfonu vergi ödənişlərindən azad etməsi onun fasad üzərində əhəmiyyətli dərəcədə işləməsini göstərən faktlardan biridir: belə ki, böyük sənətkarların yaşayıb fəaliyyət göstərdiyi dövrdə hökumət heç də hər adama bu cür imkan yaratmırdı.