Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Favorite Hits (albom)
Favorite Hits – Azərbaycan müğənnisi Tünzalə Ağayevanın altıncı studiya albomu.
Fakolit
Fakolit — linzavari, kökü olmayan və çox vaxt antiklinal, nadir hallarda sinklinal strukturaların şarnir hissəsində yerləşən kiçik intruziv massiv. Az həcmli maqmanın yuxarı qalxaraq qırışıqlıq prosesində iştiraki nəticəsində yaranır. Əsasən ultraəsasi (alp tipli) ofiolit intruzivlərinə xasdır. == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.
Flüorit
Flüorit Ca F2 — kubik sinqoniya. Rast gəlmə tezliyi şkalası: çox da tez-tez rast gəlməyən. == Növ müxtəliflikləri == İttroflüorit (17 %-dək Y2O3), seriumlu flüorit (15-%-dək Y2O3 və 18,5 %-dək Ce2O3), radioflüorit – radiumsaxlayan flüorit, xlorofan (pirosmaraqd) – yaşıl fosforessensiya edən flüorit. == Xassələri == Rəng – rəngsiz, sarı, bənövşəyi, yaşıl, mavi, göy, çəhrayı qarayadək; çox vaxt rəngi zonal və ləkəli olur; Mineralın cizgisinin rəngi – ağ; Parıltı – şüşə; Şəffaflıq – şəffafdan qeyri-şəffafadək; təmiz rəngsiz şəffaf kristalları optik flüorit adlanır; Sıxlıq – 3,1-3,2; Sərtlik – 4; Kövrəkdir; Ayrılma – {111} üzrə mükəmməl; Sınıqlar – pilləli, qabıqvarı; Lüminessensiya – flüoressensiya, fosforessensiya, termolüminessensiya, tribolüminessensiya; Bənövşəyi, mavi, yaşıl və qırmızı şüalanma səciyyəvidir; Başqa xassələr – bəzən pyezoxromatizm – təzyiq altında mineralın rənginin dəyişməsi təzahür edir; diamaqnitdir; Morfologiya – kristallar: heksaedrik, nadir hallarda oktaedrik, çox vaxt əyri üzlü; İkiləşmə: qarşılıqlı nüfuzetmə; çox vaxt {111} üzrə; Mineral aqreqatları: bütöv, sıx, torpaqvari (ratovkit), çubuqvari, radial-şüalı kütlələr, druzalar, pirit, qalenit, kalsit, barit və başqa minerallar üzrə psevdomorfozalar. == Mənşəyi və yayılması == Müxtəlif proseslər nəticəsində əmələ gəlir. Maqmatik flüorit bəzi intruziv və effuziv süxurların aksessor mineralıdır. Karbonatitlərdə, dağ bülluru saxlayan qranit peqmatitlərində qeyd edilir. Qreyzenlərdə geniş yayılmışdır. Bəzən isti bulaqların çöküntülərində və fumarolların fəaliyyətinin məhsulu kimi müşahidə edilir. Hidrotermal flüorit ən çox inkişaf etmişdir, adətən, polimineral damarlarda əlvan və nadir metal minerallarını müşayiət edir, bəzən isə, demək olar ki, monomineral damarlar təşkil edir.
Favourite Worst Nightmare
Favourite Worst Nightmare — ingilis rok qrupu Arctic Monkeys-in ikinci studiya albomu. 18 aprel 2007-ci ildə Domino tərəfindən buraxılıb. Prodüserlər Ceyms Ford və Mayk Krossi ilə Londonun şərqində yerləşən Miloco Studios-da qeydə alınıb. Bu qrupun Şimali Amerika turundan əvvəl ayrılan basçı Endi Nikolsonsuz hazırlanan ilk albomudur. Onun yerini basçı Nik O'Melli əvəz etdi.
Party Favor
"Party Favor" — amerikalı müğənni Billi Aylişin ilk mini-albomu "Don't Smile at Me"dən mahnı. Darkroom və Interscope Recods tərəfindən mini-albomun yeddinci və sonuncu sinqlı kimi buraxılıb. Record Store Day üçün 7 düymlük vinil formatında buraxılıb, b tərəfi kimi Dreykin "Hotline Bling" mahnısına olan kover ifası yer alıb.