Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Türk Federalist Partiyası
Türk Ədəmi-Mərkəziyyət Firqəsi – Qeyrət Partiyasının xələfi olaraq qurulmuş Rusiya imperiyası ərazisində yaşayan türk xalqları üçün federativ dövlət prinsipini dəstəkləmiş siyasi partiya. 1905-ci ilin yayında Gəncədə Türk Sosial-Federativ İnqilabi Komitəsinin əsasında "Qeyrət" adlı qrup yaradıldı. Partiya sıralarında Gəncənin tanınmış hüquqşünasları və ictimai xadimləri Ələkbər bəy Rəfibəyli və Adil bəy Xasməmmədov, bəzi mənbələrə görə, Türk Ədəmi-Mərkəziyyət Firqəsinin başçısı Nəsib bəy Yusifbəyli də var idi.. Qeyrət Partiyası 1908-ci ilə qədər fəaliyyət göstərdi, lakin bəzi sənədlərə görə, 1912-ci ildə Balkan müharibələri başladığı dövrdə federalistlər fəallaşmaqda idilər. Qeyrət yenidən 1917-ci ilin Fevral inqilabından sonra yeni liderlər, yeni Türk Ədəmi-Mərkəziyyət Firqəsi adı və yeni proqramı ilə fəaliyyətə başladı. 1917-ci ilin mart ayının sonunda Nəsib bəy Yusifbəyli, Şəfi bəy Rüstəmbəyli, Həsən bəy Ağayev və digərləri ilə Gəncədə Milli Federalistlərin Türk Partiyasını yaratmışdır. Yeni yaradılan partiyanın əsas tələbi Rusiyanın milli ərazi muxtariyyətləri əsasında təşkili idi. Partiyanın əsas dayağını kəndlilər və fəhlələr təşkil edirdilər. Öndərləri içərisində torpaq sahibləri də var idi. Partiyanın ideoloji təməli türkçülük idi.