Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Hermione biancae
Tazet nərgizgülü (lat. Narcissus tazetta) — nərgizgülü cinsinə aid bitki növü. == Sinonim == Hermione ambigena Salisb. Hermione amoena Jord. & Fourr. Hermione antipolensis Jord. & Fourr. Hermione aperticorona Haw. Hermione auranticorona Haw. Hermione biancae Tod.
Air France
Air France (Compagnie Nationale Air France) Air France-KLM Group şirkətinin nəznində xidmət göstərən Fransanın milli aviaşirkəti.
FinCEN faylları
FinCEN faylları — ABŞ Xəzinədarlıq Departamentinin çirkli pulların yuyulması, terrorizmin maliyyələşdirilməsi, iqtisadi sanksiyalardan yayınma və digər maliyyə cinayətlərə qarşı mübarizə üçün məlumat toplayan və təhlil edən Maliyyə Cinayətlərinə Qarşı Mübarizə Şəbəkəsindən (FinCEN) sızdırılan 2.657 sənəddən ibarət toplum. Hesabatlarda bir çox qlobal maliyyə qurumu arasında 1999-2017-ci illər arasında baş verən, 2 trilyon ABŞ dollarından çox olan 200.000-dən çox şübhəli əməliyyat qeyd olunub.
France 24
France 24 — 2006-ci ildə yaranan Fransa beynəlxalq xəbərlər telekanalı.
France Football
"France Football" (fr. France Football) — Fransada həftənin 2 və 5-ci günləri işıq üçü görən futbol jurnalı. Jurnal "Qızıl top" mükafatının təsisçisidir. Mükafat "France Football" jurnalının baş redaktoru Qabriel Ano tərəfindən təsis olunmuşdur. Məhz Q.Ano ilk dəfə 1956-cı ildə öz həmkarlarını Avropada ilin ən yaxşı futbolçusunu müəyyənləşdirmək üçün səsvermədə iştirak etməyə dəvət etmişdir. İlk qalib "Blekpul" komandasında çıxış edən Stenli Metyuz olmuşdur..
Agence France-Presse
Agence France-Presse (AFP) mərkəzi Fransanın, Paris şəhərində olan beynəlxalq bir xəbər agentliyidir. 1835-ci ildə Havas olaraq qurulmuş, dünyanın ən qədim xəbər agentliyidir. AFP-nin Lefkoşa, Montevideo, Hong Kong və Washingtonda regional mərkəzi, dünyanın 151 ölkəsində və 201 məntəqəsində xəbər büroları mövcuddur. AFP hekayələri, videoları, fotoları və qrafikləri fransız, ingilis, ərəb, portuqal, ispan və alman dillərində paylaşır.
Collège de France
Əvvəllər Kral Kolleci (Collège Royal) və ya İmparator Kolleci (Collège impérial) kimi tanınan və 1530-cu ildə I Fransisk tərəfindən təsis edilən Collège de France (Fransızca tələffüz: [kɔlɛʒ də fʁɑ̃s]) Fransada ali təhsil və tədqiqat müəssisəsidir. Collège de France Fransanın ən nüfuzlu tədqiqat müəssisəsi kimi tanınır.
France université numérique
France université numérique — onlayn dərslər verən fransız platformasıdır. 2013-cü ilin oktyabr ayında fəaliyyətə başlayıb. 2018-ci ilin aprel ayı statistikasına görə 1.4 milyondan çox istifadəçi qeydiyyatdan keçib. France université numérique istifadəçilərə mühəndislik, kompüter elmləri, hüquq, tibb, biologiya, sosial elmlər, riyaziyyat və başqa sahələrdə kurslar təklif edir. Kurslar dünyanın məşhur universitetləri tərəfindən təqdim edilir.
Tour de France
Tur de Frans (fr. Tour de France) — Fransada 1903-cü ildən keçirilən dünyanın ən məşhur və nüfuzlu velosiped yarışması. == Yarışmanın prinsipləri == Tur de Frans 21 mərhələdən ibarətdir: Hər mərhələ bir gün davam edir. Hər bir yarışçı mərhələni bitirməlidir ki, onun vaxtı qeydə alınmış və toplanmış olsun.Yarışın tam uzunluğu — 3000-4000 km arasındadır (yollar və mərhələlərin ölçüsü hər il dəyişilir). Baş təsnifat — toplam vaxta əsasən yarışçıların iştirakının qiymətləndirilməsidir. Ən qısa vaxtda yarışı başa vuran velosipedçi turnirin qalibi olur. Ən qısa vaxta görə qələbədən başqa iştirakçılar üçün bu nominasiyalar da mövcuddur: ən yaxşı sprinter; ən yaxşı dağlıq ərazi yarışçısı; ən yaxşı gənc yarışçı.Bu nominasiyaların liderləri müəyyən rəngli köynəklər geyinirlər. == Köynəklər == === Sarı köynək Le maillot jaune === Sarı köynəyi Tur de Fransın ən yaxşı vaxta sahib olan lideri geyinir. Bu köynək digərləri ilə müqayisədə daha prestijli sayılır. Əvvəllər sarı səhifələri olan və yarışa sponsorluq edən qəzet liderin köynəyinə tikilirmiş.
Aéro-Club de France
Fransa aeroklubu – aerokosmik sahəsinin müxtəlif aspektləri ilə məşğul olan dünya miqyasında bir qurum. O, 1898-ci ildə təsis edilib və dünyanın ən qədim qurumudur.Akademiklər, məhsul istehsalçıları, xidmət təminatçıları və digər qlobal mülki və hərbi aerokosmik mütəxəssislər AeCF-də təmsil olunurlar. Təşkilatın baş qərargahı Parisdə yerləşir.
Françes Leiqton
Françes Leiqton (d. 30 mart 1982) — Birləşmiş Krallığı təmsil edən su poloçusu. Françes Leiqton, Birləşmiş Krallığ yığmasının heyətində 2012-ci ildə baş tutan XXX Yay Olimpiya Oyunlarına qatılıb. == Karyerası == Françes Leiqton, 2012-ci ildə Birləşmiş Krallığ yığması ilə birgə XXX Yay Olimpiya Oyunlarına qatıldı. Yarışların 1/4 final mərhələsinin görüşündə İspaniya yığmasına 7:9 hesabı ilə məğlub olan Birləşmiş Krallığ yığması, XXX Yay Olimpiya Oyunlarını 8-ci yerdə başa vurdu.
Fincə Vikipediya
Fincə Vikipediya — Vikipediyanın fin dilində olan bölməsidir. Bu günə gədər 560.364 məqalə yaradılıb.