Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Millard Filmor
Millard Fillmor (ing. Millard Fillmore; 7 yanvar 1800[…] – 8 mart 1874[…], Buffalo, Nyu-York ştatı ) — Amerika Birləşmiş Ştatlarının 13-cü prezidenti (1850-1853) və 12-ci vitse-prezidenti (1849-1850). Zakari Teylor vəfat edən günün səhəri, 1850-ci il iyunun 10-da vitse-prezident Millard Fillmor prezident səlahiyyətlərinin icrasına başladı. Sələfindən fərqli olaraq uzunmüddətli siyasi təcrübəyə malik Fillmor ənənəvi yolla çətin ki, prezident seçilərdi. Viqlər partiyasının liderləri ilə sıx əməkdaşlıq edərək daxili və xarici siyasətdə bəzi uğurlar qazanmasına baxmayaraq onun ikinci müddətə prezident seçilməsi üçün heç bir şansı olmamışdır. Fillmor 1856-cı il prezident seçkilərində iştirak etsə də uğur qazana bilməmişdir. Millard Fillmor 7 yanvar 1800-cü ildə kasıb fermer ailəsində dünyaya gəlib. Gələcək prezidentin ağır uşaqlıq dövrü atasına məxsus fermada keçib. Təsərrüfat işlərində ailəyə kömək etməsi səbəbindən ildə iki-üç ay təhsil ala bilib. Çətin fermerlik həyatının bəhrəsizliyini görən ailə başçısı övladlarına heç olmasa yaxşı sənət öyrətməyi qərara alır.
İlfov (judets)
İlfov judetsi (rum. Judeţul Ilfov) — Valaxiya regionunda yerləşən Rumıniya judetsi. Ərazisi — 1583 km². Aşağı Dunay ovalığında yerləşir. Ərazidən Dımbovitsa və Kolentina çayları keçir. Sərhəddə olduğu judetslər: Yalomitsa və Keleraşi şərqdə; Dımbovitsa qərbdə; Praxova şimalda; Curcu cənubda və şərqdə. Ölkənin paytaxtı olan Buxarest şəhərini əhatə edir. 2007-ci ildə judetsin əhalisi 294.094 nəfər təşkil edirdi (əhalinin sayı 143.084 və qadın əhalisi 151.010 nəfər olmaqla), əhalinin sıxlığı — 185.78 nəf./ km².