Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Filarmoniya Bağı
Filarmoniya bağı — Bakının mərkəzində, Qala divarları yaxınlığında salınmış bağ. == Tarixi == XIX əsrin əvvəllərində Bakının komendantı R.R.Xoven İrandan gələn bütün gəmi sahiblərinin qarşısına hərəyə bir çuval qara torpaq gətirmək barədə şərt qoyur. Gətirilən torpaq sahildə bir yerə tökülür. Həmin torpağın yayıldığı bu ərazidə bitkilərin çeşidi zənginləşdirilir, beləliklə, Filarmoniya bağı şəhərin "yaşıl adası"na çevrilir. Bu bağda "Gün keçdi" filminin qəhrəmanları qartopu oynayıblar, Qurban Səidin "Nino"su "Əli"yə məhz burada görüş təyin edib. Hətta əsərdə Əli o vaxtkı Qubernator, indiki Filarmoniya bağını "Bakının qumlu torpağında böyük zəhmətlə salınmış bağ" deyə qeyd edir. İlk dövrdə burada tut ağacı, qarağac, şam, akasiya və bir çox çiçəklər əkilir. Daha sonra Filarmoniya bağı üçün yerli ağaclarla yanaşı, digər ölkələrdən də ağaclar gətirilir. XIX əsrin 1960-1970-ci illərində bağın ərazisi xeyli genişləndirilir, bir neçə onilliklər keçdikdən sonra isə burada dekorativ ağaclar və kollar əkilir, rəqs meydanı, hovuz, çardaq, meydançalar düzəldilir. Gündən-günə gözəlləşən bağa, deyilənə görə, sadə şəhərlilərin girişi həftənin bir günü ilə məhdudlaşdırılmışdı.