Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Pride Fighting Championships
Pride FC və ya Pride Fighting Championships — Qürur Mübarizə Çempinatı kimi tərcümə olunan bu yarış çempionatı 1997-ci ildə profsional güləşçi və döyüşçü Nobuhiko Takada təşəbbüsü ilə Yaponiyanın Tokio şəhərində keçirilməyə başlamışdır. Sonralar Amerikanın UFC çempionatı ilə birləşdirilərək qaydasız döyüşlərin keçirilməsinə şərait tərəfdaşlıq etmişdir. Bundan başqa K-1 döyüşlərinində Yaponiyada keçirilməsinə köməklik göstərir. Yarışın ilk çempionlarından Mark Coleman, Vanderleyi Silva, Fyodor Yemelyanenko, Dan Henderson,Takanori Gomi, Mirko Filipoviç, göstərmək olar.
General Dynamics F-16 Fighting Falcon
F-16 Döyüşən Şahin (ing. F-16 Fighting Falcon) — Amerika Birləşmiş Ştatları "General Dynamics" şirkəti tərəfindən dizayn və istehsal edilmiş, ABŞ və müttəfiq ölkələrin silahlanmasında olan, çoxməqsədli, dördüncü nəsil hərbi təyyarə. 2-ci dünya müharibəsindən sonra Sovet istehsalı MiQ-21 və ABŞ istehsalı F-4 qırıcı təyyarələrindən sonra ən çox istehsal olunan 3-cü qırıcı təyyarə hesab olunur. 2016-cı ilin iyul ayına qədər 4.573 ədəd istehsal olunmuşdur. Bu qırıcılar B-61 nüvə bombası da daşıya bilir. == İstehsalı == "F-16" təyyarələri 1972-ci ildən bəri ABŞ-nin Lokhid Martin korporasiyası tərəfindən istehsal edilir. Hazırda ABŞ başda olmaqla dünyanın 19 ölkəsinin hərbi hava qüvvələrinin əsasını təşkil edir. İndiyədək 4200-dən çox təyyarə istehsal edilib. F-16 xarici ölkələrdə ən geniş yayılmış dördüncü nəsil qırıcılardır. 80-ci illərin əvvəllərindən başlayaraq təyyarələrin gövdəsi radarlara yaxalanma riskini azaldan xüsusi texnologiya əsasında istehsal edilir.
Lockheed Martin F-35 Lightning II
F-35 Joint Strike Fighter (JSF)- Amerika Birləşmiş Ştatları və Böyük Britaniya tərəfindən müştərək istehsal edilən, beşinci nəsil, radara görünməyən (stealth), tək pilotlu, tək mühərrikli hərbi döyüş təyyarəsidir. Beşinci nəsil qırıcı təyyarə yerdəki hədəfləri məhv etmə və hava döyüşü aparmaq üçün inkişaf etdirilib. F-35 təyyarəsinin 3 əsas növü var: F-35A - ənənəvi qalxma və enmə variantı, F-35B - sürətli qalxma və şaquli enmə variantı və F35C - aviadaşıyıcılar üçün hazırlanmış katapultla tez qalxma variantı. 31 iyul 2015-də ilk F-35 eskadrilyası ABŞ-də keçirilən intensiv test və yoxlamadan sonra xidmət üçün hazır elan edildi. F-35 Müştərək Qırıcı Təyyarə proqramının tenderində qalib olan X-35-dən törəyib. Lokhid Martin aerokosmik şirkətinin mütəxəssisləri tərəfindən dizayn olunaraq hazırlanıb. Qırıcının təkmilləşdirilməsində 9 ölkə iştirak edib. 2020-ci ildən artıq bir ədədi 80 milyon dollara olacaq təyyarələrin 2023-cü il satış qiymətinin 80 milyon dollardan da az olması gözlənilir. Buna səbəb kimi isə ABŞ Müdafiə Nazirliyi ilə aparılan danışıqlar nəticəsində çoxillik kontraktın imzalanması göstərilir. 2019-cu ildə F-35A-nın qiyməti 89,2 milyon, F-35B-nin 115,5 milyon, F-35C-ninki isə 107,7 milyon dollar dəyərindədir.