Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Monoskop
Monoskop — hər hansı bir tərpənməz təsvirin (məsələn, televiziya sınaq cədvəlinin) verilişi üçün televiziya borusu. Belə təsvirdən televiziya aparatlarını yoxlamaq və sazlamaq üçün istifadə edilir. Quruluşuna və iş prinsipinə görə ikonoskopa yaxındır.
İkonoskop
İkonoskop - elektron‐şüa borusu olub, elektron dəstəsinin və işığahəssas mozaikanın köməyi ilə işıq enerjisini video impulslara çevirən elektrovakuum cihazıdır. İkonoskop elektron televiziyasının yaradılması istiqamətindəki ixtiraların sonuncu həlqəsi idi. == Tarixi == İlk televizorlar 1930‐cu ildə yaradılmışdır. Yaradılan televizorun elektron‐şüa borusunu Konstantinov və Katayev birgə hazırlamışlar. İkonoskop adlandırılan elektron şüa borusu ABŞ‐da Vladimir Konstantinoviç Zvorikin tərəfindən ixtira edilmişdir. Ç.Cenkinsin ideyasının çox məhsuldar olmasına baxmayaraq, ciddi təkmilləşdirmələrə ehtiyac var idi. 1933‐cü ildə V.Zvorıkin radiomühəndislərin cəmiyyətinin Çikaqo şəhərində keçirilən qurultayında elan etdi ki, onun fəal televiziya borusu hazırlamaq sahəsində apardığı 10 illik işi uğurla nəticələnib və o, hazırladığı boruya ikonoskop adı verdi. Zvorikin 1912‐ci ildə Peterburq İqtisad İnstitutunu, 1914‐cü ildə Parisdə De Frans kollecini bitirərək 1917‐ci ildə ABŞ‐a köçmüş, 1920‐ci ildə Vestinqaus elektrik firmasına işə düzəlmiş, 1929‐cu ildə isə Amerikanın Kamdem və Priston radioşirkətinin laboratoriyasına rəhbərlik etməyə başlamışdır. İlk ikonoskopu 1910‐cu ildə rus alimi Şmakov yaratmışdır və Timofeyev Zvorikinin işlərini təkmilləşdirərək 1933‐cü ildə əvvəlki ikonoskoplardan daha çox həssas olan superikonoskop hazırlamışdır. Bu superikonoskop zəif işıqlanmış görüntüləri də əks etdirmək qabiliyyətinə malik idi.
Qoroskop
Qoroskop və ya ulduz falı (q.yun. ὥρα - saat (doğum) kimi tərcümə olunur, q.yun. σκοπός - müşahidəçi) — bürc işarələrinə görə müəyyən bir müddətdə ulduzlu səmada planetlərin qarşılıqlı mövqeyinin nizamlı təsviri. Astrologiyada insan taleyini proqnozlaşdırmaq üçün istifadə olunur. Qədim mənbələrdə qoroskop həm də Assendent və ya Assendentin yerləşdiyi işarə adlandırılı.Həmçinin, ulduz falı el arasında Alan Leo tərəfindən dövriyyəyə daxil edilmiş müxtəlif günəş əlamətləri üçün astroloqlar tərəfindən birbaşa dərc edilən proqnozlar adlanır. Elm baxımından qoroskop — psevdoelmi (yalançı elmi) proqnozdur . Belə ki, Mişel Qoklenin tədqiqatı astrologiyanın bir çox əsas prinsiplərini , xüsusən də ulduz falının icrasını təkzib etmişdir. Baxmayaraq ki, ömrünün sonlarına yaxın o, qənaətlərini bir qədər yenidən nəzərdən keçirmiş və astrologiyada islahat təklif etmişdir: ən çox yayılmış ənənələrdən imtina edilməli olduğunu hesab edərək yalnız obyektiv, statistik üsullarla təsdiqlənə bilən hadisələri əsas götürmüşdür. Qoklen onu “neoastrologiya” adlandırmış və ona eyni adlı kitab həsr etmişdir (Neo-Astrology, 1991).
Qoroskop (qəzet)