Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Foreign Affairs
"Foreign Affairs" – ABŞ-də iki ayda bir nəşr olunan siyasət elmləri, beynəlxalq münasibətlər və iqtisadiyyat jurnalıdır. Xarici Əlaqələr Şurasının nəşr etdiyi jurnalın internet saytında isə gündəlik olaraq məqalələr dərc olunur. 1922-ci ilin sentyabrından etibarən Xarici Əlaqələr Şurası tərəfindən hər rübdə bir dəfə (3 aydan bir yəni) nəşr olunmağa başlandı.
Corc Foreman
Corc Foreman (10 yanvar 1949, Marşall[d], Texas) — istefaya çıxmış ABŞ professional boksçusu, iki dəfəlik Dünya Ağır Çempionu, Olimpiya qızıl medalisti. Ring jurnalı tərəfindən bütün zamanların ən böyük 25 döyüşçüsündən biri seçildi. Mexikoda keçirilən 1968-cı il Yay Olimpiadalarında ağır çəkidə qızıl medal qazanmışdır. Peşəkar kariyesinde cəmi 81 dəfə yarışmış, 76 döyüşü udmuşdur, bunlardan 68-i nakault ilə nəticələnmişdir. 5 dəfə məğlub olmuşdur. Corc Foreman indi uğurlu iş adamıdır.
Forerin evi
Forerin evi və ya Göygöl yeraltı şəhəri — Azərbaycanın Göygöl şəhərində XIX əsrdə alman köçkünləri tərəfindən tikilmiş memarlıq tikilisi. Alman memarlıq üslubunun elementlərini təcəssüm etdirən bu ev küçədəki digər tikililərdən seçilir. Onun fasadları oyma elementlərlə bəzədilib, taxta qapıların üstündə sahibinin adı həkk olunub. Bu evləri Avropadan bölgəyə köçən alman ailələri yaradıb və 6 küçə təşkil edərək 500-dən çox ev tikiblər. Hazırda şəhərdə memarlıq nümunələri şəklində alman irsinin izlərinə rast gəlmək mümkündür. == Tarixi == XIX əsrdə Qafqaza köçürülən alman ailələrindən 124-ü Yelenendorf, yəni indiki Göygöl şəhərində məskunlaşıb. Şəhərin alman sakinləri tərəfindən burada 6 küçə salınıb, 500-dən çox ev tikilib. Bu gün də şəhərdə alman izlərinə memarlıq nümunələri ilə rast gəlmək mümkündür. Belə möhtəşəm memarlıq nümunələrindən biri evlərin altından yerləşən və “yeraltı şəhər”i xatırladan böyük zirzəmilərdir. Bu zirzəmilərdən ən böyüyünün şəhərin mərkəzi küçələrindən biri olan Homer küçəsində yerləşdiyir və 1380 kvadratmetri əhatə edən 7 böyük zaldan ibarətdir.
Forelin Məskunlaşdığı Yer (1977)
Jan-Lui Foren
Jan-Lui Foren (fr. Jean-Louis Forain; 23 oktyabr 1852[…], Reyms – 11 iyul 1931[…], Paris) — fransız rəssam, qrafikçi, kitab illüstratoru. == Bioqrafiya == Dərzi ailəsində anadan olmuşdur. 1860-cı ildə ailəsi ilə birlikdə Parisə köçmüşdür. Karyerasına karikaturaçı kimi başlamışdır. Le Monde Parisien və Le rire satirique kimi fransa jurnallarında işləmişdir. Daha sonra incəsənət ali məktəbini Karpo və Jerom sinfində təhsil almışdır. Fransa–Prussiya müharibəsində iştirak etmişdir. == Qalereya == == İstinadlar == == Ədəbiyyat == Browse L. Forain the painter, 1852—1931. London: P. Elek, 1978 Guérin M. J.-L. Forain, lithographe: catalogue raisonné de l'œuvre lithographié de l’artiste.
Reign in Blood
Reign in Blood — 7 oktyabr 1986-cı ildə Def Jam Recordings tərəfindən yayımlanan Amerika treş-metal qrupu Slayer-in üçüncü studiya albomu. Albom qrupun səsinin formalaşmasına kömək edən prodüser Rik Rubin ilə Slayer-in ilk əməkdaşlığı idi. Albomun buraxılışı Yosef Menqeleni və onun Auşvitz həbs düşərgəsində insanlar üzərində etdiyi təcrübələri və hərəkətləri izah edən "Angel of Death" adlı albomun açılış mahnısı ilə əlaqədar narahatlıqlar səbəbilə təxirə salınmışdı. Bununla belə, qrupun üzvləri dəfələrlə nasizmi qəbul etmədiklərini və sadəcə mövzu ilə maraqlandıqlarını bildirmişdirlər. "Reign in Blood" həm tənqidçilər, həm də pərəstişkarlar tərəfindən yaxşı qarşılanmış və Slayer-i populyar metal izləyicilərinin diqqətinə çatdırmaq məsuliyyətini daşımışdı. Albom Anthrax-ın "Among the Living", Megadeth-in "Peace Sells… but Who's Buying?" və Metallica-nın "Master of Puppets" albomları ilə birgə 1980-ci illərinn ortalarında yenicə ortaya çıxan ABŞ treş-metalının formalaşmasına yardım etmiş və həmin vaxtdan indiyə qədər öz təsirini saxlamışdır. Slayer-in ABŞ-nin "Billboard 200" hit-paradına daxil olan ilk işi olan bu albom orada 94-cü pillədə qərarlaşmış və 20 noyabr 1992-ci ildə qızıl sertifikata layiq görülmüşdü. Albom 2013-cü ildə "NME" jurnalının tərtib etdiyi "Tarixin ən yaxşı 500 musiqi albomu" siyahısında 287-ci yerdə olmuşdur. == Mahnı siyahısı == 1998 re-issue bonus tracks ^ "Aggressive Perfector" kompozisiyası Haunting the Chapel mini-albomuna daxil edilmiş versiya ilə müqayisədə daha qısa olmaqla yanaşı, daha təmiz səslənməyə malik idi. Albomun yenidən yayımlanmış versiyasında bəzi əvvəlki CD-lərdəki "Postmortem" mahnısının yüksək templi hissəsindən "Raining Blood" mahnısına keçidi zamanı yaranan problem aradan qaldırılmışdır.
Forelin məskunlaşdığı yer (film, 1977)