Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Fotosfer
Fotosfer — Günəşin səthindən 200–300 km-dək məsafədə yerləşir. Burada temperatur 5700 °C-dən çox olur. Fotosferdə yaranan dairəvi qara ləkələr (diametri 200000 km-ə qədər) Günəş ekvatorunun hər iki tərəfində müşahidə olunur.
Fotosel
Fotosel (İngiliscə: photo cell) - üzərinə düşən işığın intensivliyinə nisbətdə gərginlik yaradan işıq sensorudur. Fotoelektrik effekt prinsipi ilə işləyir. Fotoseldəki şüşə sferanın daxili hissəsi natrium və litium kimi qələvi metallarla örtülmüşdür. Qələvi metallar yüksək enerjili ağ işıq (günəş işığı) aldıqları zaman onların elektronları qırılır və onlar anod ucuna çəkilirlər. Günəş batareyası kimi istifadə olunur və birbaşa işıq enerjisi ilə elektrikli alətləri işlədə bilir. Digər metallar da işə yarayır, lakin qələvi metallardakı metal xüsusiyyətlərini göstərə bilmirlər.