Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Azərbaycan Fotoqraflar Birliyi
Azərbaycan Fotoqraflar Birliyi — Azərbaycan Respublikasının həvəskar və professional fotoqraflarını bir araya gətirən, vəzifəsi Azərbaycan Respublikasında fotoqrafiya sənətinin inkişafından, əldə edilən nailiyyətlərin qorunub saxlanması, ölkə daxilində və xaricdə təbliğindən ibarət ictimai təşkilat. == Ümumi məlumat == Azərbaycan Fotoqraflar Birliyi (AFB) ictimai, yaradıcılıq, qeyri-kommersiya təşkilatı olub açıq cəmiyyət, könüllülük və özünüidarə prinsiplərinə əsaslanır. Birlik Azərbaycan Respublikasının konstitusiyasına və təşkilatın Nizamnaməsinə uyğun fəaliyyət göstərir. AFB 1998-ci il noyabrın 20-də Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində 1073 nömrəli şəhadətnamə ilə qeydə alınmışdır. Birliyin sədri sədri Amira Süleyman, idarə heyətinin üzvləri Aydın Mehdiyev, Ayxan Əhmədov və Vüqar İbadov seçilmişdir. == Fəaliyyəti == 1990-cı ilin əvvəlində — SSRİ-nin dağıldığı vaxt işlək strukturlar fəaliyyətdən düşdü və tamamilə aydın bir zərurət yarandı ki, təcrübəli, həvəskar, peşəkar, bir sözlə, fotoqrafiyanı sevən hər kəsi birləşdirmək iqtidarında olan bir təşkilat qurmaq lazımdır. O zamanlar təşkilatlanmaqda Fransanın Nant şəhərində "Azərbaycan fotoqrafları" sərgisinin nümayişi bizim üçün ciddi və səfərbəredici amil rolunu oynadı. Sərgi 1995-ci ilin noyabrında baş tutdu, 24 fotoqrafın 105 əsəri göstərildi. Nümayişin uğuru gözlənildiyindən də artıq oldu, fotoqraflarımız yaradıcıqlarına, özlərinə qarşı böyük maraq hiss etdilər, ictimai rəy, bu gözəl peşəyə münasibət də kökündən dəyişdi. Fransa fotosərgisindən sonra düz 3 il mübahisə-müzakirələr oldu, nizamnamə yazıldı, müxtəlif maneələr dəf edildi, təşəbbüs qrupu yaradıldı ki, o da işi məntiqi sonluğa çatdıra bildi: birlik 1994-cü ildən faktiki olaraq işləsə də, hüquqi statusa malik deyildi, amma indi o rəsmi qeydiyyata alındı.