Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
FoxPro
FoxPro (Foks-Pro) — xBase proqramlaşdırma dilinin dialektlərindən biridir. Əsasən relasiya verilənlər bazasının işlənməsində istifadə edilir. Digər tətbiqi proqramların hazırlanmasında da istifadə edilə bilər. Hal-hazırda Microsoft Visual FoxPro versiyası daha çox istifadə edilir.
Oxera
Oxera (lat. Oxera) — minaçiçəyikimilər fəsiləsinə aid bitki cinsi. Oxera:The Plant List saytında takson barədə məlumat.
Visual FoxPro
Visual FoxPro (VFP) — mərkəzində relyasiyalı verilənlər bazalarının idarəolunması sistemi olan obyekt-yönlü və prosedurlu proqramlaşdırma dili. Microsoft şirkəti tərəfindən işlənib hazırlanıb. Əsasında FoxPro proqramlaşdırma dili dayanır. dBase proqramlaşdırma dilinin bazasında hazırlanmış xBase dillər ailəsinə aiddir. Bu ailənin başqa üzvləri Clipper и Recital dilləridir. FoxBASE adlı ilk versiyası 1984-cü ildə Fox Software şirkətində işlənib hazırlanıb. 1992-ci ildə Fox Technologies şirkəti Microsoft tərəfindən alındıqdan sonra, proqram məhsulunun yeni versiyaları önəmli dərəcədə dəyişdirilmiş və adına “Visual” önşəkilçi əlavə edilmişdir. Orijinal FoxPro proqramının sonuncu 2.6 versiyası DOS, Windows və Unix əməliyyat sistemlərində işləyirdi; Visual FoxPro 3.0 versiyası Mac OS və Windows, daha sonrakı versiyalar isə yalnız Windows tərəfindən dəstəklənirdi. Cari MS Visual FoxPro versiyası COM texnologiyasına əsaslanır. Visual FoxPro dilində proqram fraqmenti: =================================== Donluq.prg ----------------------------------- SET ECHO OFF SET SAFETY OFF SET TALK OFF SET SCOREBOARD OFF SET DATE FRENCH SET CENTURY ON SET OLEOBJECT ON PUBLIC path0, path1, path2, path3, path4, path5, ; pathres, pathimg path0 = "DATA\SETUP\DONLUQ\" path1 = "DATA\LIST\" path2 = "DATA\BASE\" path3 = "IMAGES\MAP\" path4 = "DATA\DBOUT\" path5 = "DATA\ARXIV\" pathres = SYS(5) + '\ARBAY\RESOURCE' pathimg = SYS(5) + '\ARBAY\IMAGES' DECLARE integer GetSystemMetrics IN Win32API; integer x = GetSystemMetrics(0) y = GetSystemMetrics(1) WITH _SCREEN .TitleBar = 0 .WindowState = 0 .BorderStyle = 0 .Top = 0 .Left = 0 .Width = x .Height = y .AutoCenter = .T. ENDWITH İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Forer effekti
Barnum effekti və ya Forer effekti — teoremi yaradan alimin adıyla bağlı "Forer effekti", bu təsiri iş modeli olaraq istifadə edən XIX əsrlərdə məşhurluq qazanmış amerikalı şoumen Fineas Teylor Barnumun şərəfinə "Barnum effekti" adlandırılan sosial-psixoloji fenomendir. İnsanların bir sıra ümumi xüsusiyyətlərin yalnız onlara məxsus olduqlarına inanma halıdır. Barnum deyirdi: “Hər 1 dəqiqədə dünyada 1 axmaq dünyaya gəlir və onların hər birinə təklif edə biləcəyim şeylər var”. Barnum effektinin mahiyyəti bundan ibarətdir: insanlar onların şəxsiyyəti, gələcəyi barəsində yazılmış məlumatların fərdi olaraq məhz onlar üçün yaradıldığını güman edir. Lakin bu məlumatlar özlüyündə ümumidir və çox uğurlu şəkildə digər insanlara da aid edilə bilər. Nümunələri ilə gündəlik həyatda tez-tez rastlaşdığımız effekt 1948-ci ildə Forer adlı alimin universitetdə öz tələbələri ilə apardığı bir sınaq nəticəsində psixologiyaya qazandırılmışdır. Belə ki, professor tələbələrinə onların sınaq nəticələri əsasında psixoloji analiz etdiyini dedi və sonda hər bir tələbədən ortaya çıxan 9 nəticənin nə dərəcədə onları ifadə etdiyini 0-5 arası bir rəqəmlə qiymətləndirmələrini istədi. "Əvvəldə soyuq biri kimi görünsəniz də, qarşınızdakı insanı tanıdıqca istiqanlı və söhbətcil olursunuz", "əsl dost adlandıra biləcəyiniz və hər şeyi bölüşə biləcəyiniz yalnız 2-3 nəfər var", "öz yararınıza çevirə bildiyiniz halda çox güclü və vacib bir potensiala sahibsiniz" kimi analizlərin olduğu kağızlar əslində hər bir tələbədə eyni idi. Ancaq onlar bunu bilmirdilər və hər bir analizi xüsusilə onlara aidmiş kimi dəyərləndirdilər. Bir auditoriya dolusu tələbələrdən çıxan yekun nəticə 5 üzərindən 4.26 kimi ağlasığmaz bir rəqəm idi.
Mikloş Fexer
Mikloş Fexer (mac. Miklós Fehér; 20 iyul 1979, Tatabanya – 25 yanvar 2004, Qimaraynş[d]) — hücumçu mövqeyində çıxış etmiş Macarıstan futbolçusu. 9 illik karyerasının əksər hissəsini Portuqaliyada keçirən Fexer Premyer Liqanın tərkibində 80 oyunda iştirak edib və 27 qol vurub. 2004-cü il yanvar ayının 25-də iştirak etdiyi futbol oyununda ürək tutmasından dünyasını dəyişib. Fexer Macarıstanı beynəlxalq səviyyədə təmsil edərək 1998-ci ildə 19 yaşında debüt edib. Futbol karyerasına Győri ETO futbol klubunda başlayıb. Macarıstan milli futbol komandasının tərkibində 1998-ci ilin oktyabr ayında Azərbaycana qarşı ilk oyununu çıxıb. O, milli oyunda 25 oyunda 7 qol vurub.
Oxera cauliflora
Oxera cauliflora (lat. Oxera cauliflora) — minaçiçəyikimilər fəsiləsinin oxera cinsinə aid bitki növü.
Oxera crassifolia
Oxera crassifolia (lat. Oxera crassifolia) — minaçiçəyikimilər fəsiləsinin oxera cinsinə aid bitki növü.
Oxera macrocalyx
Oxera macrocalyx (lat. Oxera macrocalyx) — minaçiçəyikimilər fəsiləsinin oxera cinsinə aid bitki növü.
Oxera nuda
Oxera nuda (lat. Oxera nuda) — minaçiçəyikimilər fəsiləsinin oxera cinsinə aid bitki növü.
Xristofor Forer
Xristofor Forer (tam adı Xristofor İahonoviç Forer; 1827-1916) — Avropada məşhurlaşan “Forer qardaşları” səhmdar cəmiyyətinin yaradıcısı, Azərbaycanda şərabçılıq sənayesinin banisi, Rusiya imperiyasının fəxri vətəndaşı, I gildiya taciri, Yelenendorfda (Göygöldə) çoxprofilli biznesin təşkilatçılarından biri. Xristofor İahonoviç Forer 1827-ci ildə müasir Almaniya ərazisində Vürtemburq krallığının Roytlingen şəhərinin sakinləri olan İohan Xristofor Forer (1779 – 1830) və Anna Mariya Şeferin (1806 – 1843) ailəsində anadan olmuşdur. 1909-cu ildə Xristofor Forerlə bağlı Tiflisdə almandilli "Kaukasische Post" qəzetində "Yelenendorfda Forerin qonaqlığında" adlı məqalə yayımlanmışdır. Həmin məqalədə ilk dəfə olaraq Forer barədə ətraflı məlumat verilmişdir. Atası Xristofor Forer 1818-ci ildə Qafqaza məhz Vürtemburq krallığından köçürülən ailələr içərisində olmuşdur. İlk olaraq o, Yelizabettal adlı alman məskənində məskunlaşmışdır. 1820-ci ildə isə həyat yoldaşı və uşaqları ilə birlikdə Yelenendorfa köçmüşdür. İlk həyat yoldaşının vəfatından sonra o, Yelenendorf sakini Mariya Şeferlə ailə həyatı qurmuşdur. Mariya Şeferlə nigahından iki övladı - oğlu Xristofor Forer və qızı Yelizabet doğulmuşdur. X.Forer 1827-ci ildə məhz Yelenedorfda (Göygöldə) anadan olmuş və 1826-1828-ci illər II rus-qacar müharibəsi vaxtı Tiflisə qaçmışdır.
Beynəlxalq Rotery Təşkilatı
Beynəlxalq Rotary Təşkilatı (ing. Rotary International) — dünyanın ən böyük xidmət təşkilatlarından biridir. Təşkilatın saytında da qeyd edildiyi kimi, Rotarinin missiyası: "Başqalarına xidmət göstərmək, dürüstlüyü təşviq etmək, biznes, peşəkarlar və icma liderlərinin dostluğu vasitəsilə dünya anlayışını, xoş niyyəti və sülhü inkişaf etdirməkdir". Siyasi və dini olmayan bir təşkilatdır. Beynəlxalq Rotary Təşkilatına üzvü olan dünya üzrə 46000-dən çox Rotary Klubu olduğu bilinir var və bu klubların1.4 mliyon nəfərdən çox üzvü var. Klub üzvlərinə eyni zamanda Rotarian da deyilir. Rotarianlar həftədə bir dəfə rəsmi və ya qeyri-rəsmi görüşlər təşkil edib insanlığa faydalı ola biləcək layihələrin təşkili və onların gedişi barədə bir-birlərini məlumatlandırırlar. == Tarix == İlk Rotary Klubu 23 fevral 1905-ci ildə Çikaqoda Pol Harris tərəfindən təsis edilmişdir. Pol 1896-cı ildə vəkil işləmək üçün Çikaqoya getdi. Bir gün o, dostuna baş çəkməyə gedir və birlikdə nahar edirlər.
Fleet Foxes (albom)
Fleet Foxes — ABŞ musiqi qrupu Fleet Foxes-in debüt studiya albomu. 3 iyun 2008-ci ildə Sub Pop və Bella Union tərəfindən buraxılıb.
Conatan Safran Foer
Conatan Safran Foer (ing. Jonathan Safran Foer; 21 fevral 1977, Vaşinqton şəhəri) — Yəhudi əsilli ABŞ yazıçısı. == Həyatı == Conatan Safran Foer 1977-ci il, fevralın 21-də Vaşinqtonda dünyaya göz açıb. Şəhərin tanınmış hüquqşünaslarından "American Antitrust İnstitute"-nun prezidenti Albert Foer və polyak əsilli biznes-leydi "Sixth and I Historic Synagogue"-un direktoru Ester Safran Foerin ailəsində doğulmuş Conatan ailənin ikinci oğludur. Conatanın böyük qardaşı Coşua Foer frilans müxbir, kiçik qardaşı Franklin isə "The New Republic" qəzetinin siyasət və mədəniyyət redaktorudur. Özü belə yazır: "Ailəmiz kənardan həmişə "yazıb-oxuyan" kimi görünsə də, valideynlərimin kitablarla arası yaxşı deyildi. Biz də məktəb illərində kitabı əlindən yerə qoymayan uşaqlar olmamışıq. Sadəcə axırda olmaq istədiyimiz yerlərə gəldik. Franklinin tarixə və siyasətə inanılmaz marağı var idi, Coşua isə səyahəti, yeni yerlər kəşf etməyi, təzə insanlar tanımağı sevirdi. Yazıçılıq isə mənim üçün hədəf olmasa da, hər zaman həyatın dörd təkərindən biri idi." Rəngarəng və həssas uşaqlıq illərindən sonra Foer "Corctaun məktəbi"nə yazılır.