Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
France
Fransa Respublikası (fr. République Française), yaxud qısaca Fransa, köhnə mənbələrdə Firəngistan — Qərbi Avropada dövlət. O, Belçika, Lüksemburq, Almaniya, İsveçrə, İtaliya, Monako, Andorra və İspaniya ilə həmsərhəddir. Fransa Avropa İttifaqının qurucu üzvüdür. Rusiya və Ukraynadan sonra ərazicə Avropanın ən böyük 3-cü ölkəsidir. Avropa qitəsinin qədim dövlətlərindən sayılır. Kontinental Fransa cənubda Aralıq dənizindən şimalda La-Manş və Şimal dənizinə, şərqdə Reyn çayından qərbdə Atlantik okeanına qədər uzanan torpaqlarda yerləşir. Fransızlar torpaqlarının formasına görə ölkələrini altıbucaqlı (fransızca: L'Héxagone, "l'e-gza-gon" kimi oxunur) adlandırırlar. Fransa idarəetmədə yarı prezident sistemi olan unitar dövlətdir. Ölkənin əsas prinsipləri və idealları İnsan və Vətəndaş Hüquqları Bəyannaməsində izah edilir.
Air France
Air France (Compagnie Nationale Air France) Air France-KLM Group şirkətinin nəzdində xidmət göstərən Fransanın milli aviaşirkəti.
France 24
France 24 — 2006-ci ildə yaranan Fransa beynəlxalq xəbərlər telekanalı.
France Football
"France Football" (fr. France Football) — Fransada həftənin 2 və 5-ci günləri işıq üçü görən futbol jurnalı. Jurnal "Qızıl top" mükafatının təsisçisidir. Mükafat "France Football" jurnalının baş redaktoru Qabriel Ano tərəfindən təsis olunmuşdur. Məhz Q.Ano ilk dəfə 1956-cı ildə öz həmkarlarını Avropada ilin ən yaxşı futbolçusunu müəyyənləşdirmək üçün səsvermədə iştirak etməyə dəvət etmişdir. İlk qalib "Blekpul" komandasında çıxış edən Stenli Metyuz olmuşdur..
Agence France-Presse
Agence France-Presse (AFP) mərkəzi Fransanın, Paris şəhərində olan beynəlxalq bir xəbər agentliyidir. 1835-ci ildə Havas olaraq qurulmuş, dünyanın ən qədim xəbər agentliyidir. AFP-nin Lefkoşa, Montevideo, Hong Kong və Washingtonda regional mərkəzi, dünyanın 151 ölkəsində və 201 məntəqəsində xəbər büroları mövcuddur. AFP hekayələri, videoları, fotoları və qrafikləri fransız, ingilis, ərəb, portuqal, ispan və alman dillərində paylaşır.
Collège de France
Əvvəllər Kral Kolleci (Collège Royal) və ya İmparator Kolleci (Collège impérial) kimi tanınan və 1530-cu ildə I Fransisk tərəfindən təsis edilən Collège de France (Fransızca tələffüz: [kɔlɛʒ də fʁɑ̃s]) Fransada ali təhsil və tədqiqat müəssisəsidir. Collège de France Fransanın ən nüfuzlu tədqiqat müəssisəsi kimi tanınır.
France université numérique
France université numérique — onlayn dərslər verən fransız platformasıdır. 2013-cü ilin oktyabr ayında fəaliyyətə başlayıb. 2018-ci ilin aprel ayı statistikasına görə 1.4 milyondan çox istifadəçi qeydiyyatdan keçib. France université numérique istifadəçilərə mühəndislik, kompüter elmləri, hüquq, tibb, biologiya, sosial elmlər, riyaziyyat və başqa sahələrdə kurslar təklif edir. Kurslar dünyanın məşhur universitetləri tərəfindən təqdim edilir.
Tour de France
Tur de Frans (fr. Tour de France) — Fransada 1903-cü ildən keçirilən dünyanın ən məşhur və nüfuzlu velosiped yarışması. Tur de Frans 21 mərhələdən ibarətdir: Hər mərhələ bir gün davam edir. Hər bir yarışçı mərhələni bitirməlidir ki, onun vaxtı qeydə alınmış və toplanmış olsun. Yarışın tam uzunluğu — 3000-4000 km arasındadır (yollar və mərhələlərin ölçüsü hər il dəyişilir). Baş təsnifat — toplam vaxta əsasən yarışçıların iştirakının qiymətləndirilməsidir. Ən qısa vaxtda yarışı başa vuran velosipedçi turnirin qalibi olur. Ən qısa vaxta görə qələbədən başqa iştirakçılar üçün bu nominasiyalar da mövcuddur: ən yaxşı sprinter; ən yaxşı dağlıq ərazi yarışçısı; ən yaxşı gənc yarışçı. Bu nominasiyaların liderləri müəyyən rəngli köynəklər geyinirlər. Sarı köynəyi Tur de Fransın ən yaxşı vaxta sahib olan lideri geyinir.
Aéro-Club de France
Fransa aeroklubu – aerokosmik sahəsinin müxtəlif aspektləri ilə məşğul olan dünya miqyasında bir qurum. O, 1898-ci ildə təsis edilib və dünyanın ən qədim qurumudur. Akademiklər, məhsul istehsalçıları, xidmət təminatçıları və digər qlobal mülki və hərbi aerokosmik mütəxəssislər AeCF-də təmsil olunurlar. Təşkilatın baş qərargahı Parisdə yerləşir.
Hans Friçe
Hans Friçe (alm. August Franz Anton Hans Fritzsche‎; 21 aprel 1900, Boxum, Prussiya – 27 sentyabr 1953[…], Köln, Şimali Reyn-Vestfaliya) — Üçüncü Reyxdə Daxili mətbuat xidmətinin rəisi (1938–1942); Xalq Maarif və Təbliğat Nazirliyinin radio verilişləri şöbəsinin rəisi (1942–1945). Radioaparıcı, jurnalist.