Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Fenologiya
Fenologiya (yun. phaino- aşkar edirəm) — Təbiətdə mövsümi hadisələr, onların başlama müddəti və bu müddətləri müəyyən edən səbəblər haqqında biliklər sistemi. == Ümumi məlumat == Fenologiya bitki və heyvanat aləminin (biofenologiya) mövsümi hadisələrini, həmçinin qarın yağması, ilk və son ayazlar, buzbağlama və su hövzələri donuşluğunun açılmasını qeydə alır və öyrənir. Bitkilərdə (fitofenologiya) inkişafın mövsümi fazaları (tumurcuqların şişməsi və açılması, yarpaqlama, çiçəkləmə, toxumların və meyvələrin yetişməsi, xəzan): heyvanlarda (zoofenologiya) – məməlilərdə qış yuxusundan oyanma, cütləşmənin başlanması, mövsümi törəmələr və miqrasiyalar, quşlarda yuvalama, yumurtaqoyma və s., köçəri quşlarda həmçinin yaz və payız köçmələri, buğumayaqlılarda qışlayan fərdlərin oyanması, yumurtaqoyma, sürfələrin inkişafı, diapauzalar və s. qeydə alınır. Fenoloji qanunauyğunluqlar xalq təsərrüfatında mövsümi işlərin və tədbirlərin regional təqviminin tərtib olunması əsasında inkişaf edir, təbiətin mühafizəsi, faydalı bitkilərin zərərvericiləri və xəstəliklərinə, insan, ev heyvanlarının parazitlərinə və transmissiv xəstəliklərinə qarşı mübarizə tədbirləri keçirilməsində də bu təqvimlərdən istifadə edilir. == Fenoloji faza == Fenoloji faza təbiətdə mövsüm üzrə bir-birindən kəskin seçilən dövrlərdir. Bitkilərdə- tumurcuqlama, çiçəkləmə, toxumvermə; heyvanlarda- miqrasiya, yuvaqurma, balaçıxarma və s.
Xronologiya
Xronologiya (yun. χρόνος — zaman, λόγος — bilik "zaman haqqında bilik") — tarixi ardıcıllıq. Xronologiya, hadisələrin tarixi sıralanması ilə əlaqədar elm sahəsidir. Xronologiya tarix və zamanı öyrənir. Tarixi xronologiya müxtəlif xalqlar tərəfindən vaxtın ölçülməsi üsullarını, təqvimlərin tarixini öyrənir, müxtəlif hadisələrin tarixini müasir vaxt hesablama sistemi ilə müqayisəli şəkildə müəyyənləşdirir və dəqiqləşdirir.
İranologiya
İranşünaslıq – İran xalqlarının tarixi, ədəbiyyatı, incəsənəti və mədəniyyəti üzrə aparılan tədqiqatlara verilən ümumi ad. Şərqşünaslığın bir sahəsidir. İranşünaslıq, müasir Fars dili və ədəbiyyatının konkret olaraq tədqiq olunduğu Farsşünaslıqdan daha geniş və fərqlidir. İranşünaslıq fənni təkcə Farsların deyil, həm də azərbaycanlılar, kürdlər, lurlar, giləkilər, talışlar, taciklər, puştunlar, Osetinlər, Bəluclar, İskitlər, Sarmatlar, Alanlar, Parfiyalılar, Soğdlar, Baktriyalılar, Xorazmlar, Mazandaranilər və s. kimi müxtəlif çağdaş və tarixi İran xalqlarının mədəniyyətində, tarixində, dilində və digər aspektlərində geniş cərəyanlara yönəlmişdir.
Fonologiya
Fonologiya — Fonologiya dil sisteminin birincisi və dilçilik elminin sahələrindən biri olmaq etibarilə dilin fonoloji sistemi ilə məşğul olur. == Strukturu == O, nitq səslərini və morfemlərin səs cildini fərqləndirən bir vasitə kimi öyrənir, səslərin, səs birləşmələrinin və prosodik vasitələrin semioloji münasibətini və funksional xüsusiyyətlərini tədqiq edir. Fonologiya struktur dilçilik metodlarını dil hadisələrinə tətbiq edən ilk dilçilik şöbəsidir. Fonologiyanın vahidi fonemdir. Fonem dilin ən kiçik vahidi olub, müəyyən fərqləndirici əlamətlər məcmuyudur. O, söz və morfemlərin səs cildini fərqləndirməyə xidmət edir. Fonem dildə seqment, fonem və superseqment şəklində təzahür edir. Birinciyə linqivistik vəzifəli səslər(saitlər və samitlər), ikinciyə isə vurğu,intonasiya kimi fonoloji vahidlər daxildir. Müasir dövrün dilçiliyində geniş şəkildə işləndiyinə baxmayaraq,fonem yenə də mübahisəli olan mühim probləmlərdən biridir. == Tarixi == Fonem probleminin tarixi rus dilçisi İ.A.Boduen de Kurtenedən başlayır.
Reologiya
Reologiya yunan (rheos – axım və loqos – söz, nəzəriyyə) sözündən yaranan, maddənin axımı və deformasiya haqqında elmdir. Reologiyanın M.Reynerin nəzəriylə fizika elminə, daha çox mexanika elminə aid etmək olar. == Reologiyanın yaranma tarixi == Rəsmi olaraq “reologiya” termini amerikalı Yudjin Binqam tərəfindən 3-cü plastik mövzusuna aid olan simpoziumda (1929-cu il ABŞ) irəli sürülüb, lakin reologiyanın ayrı-ayrı mövqeləri bir qədər əvvəl də məlum idi. İ.Nyutonun qatı mayelərin hərəkətinə müqavimət qanunu, Novye-Stoksun sıxılmayan mayelərin hərəkətinin düsturu, Dj-Maksvell Tomsonun və başqalarının işləri təşkil edir. Bu sahədə rus alimlərinin – D.İ.Mendeleyev, N.P.Petrov, N.Ş.Vedov və sovet alimləri P.A.Rebinder, M.P.Volaroviç, Q.V.Vinoqradovun da əməkləri böyükdür. == Reologiyanın bölmələri == Reologiya bir neçə bölmələrə ayrılır: Nəzəri reologiya (fenomenoloji reologiya və yaxud makroreologiya) hidromexanika elmi ilə, elastik, plastin və sürünmə nəzəriyyələri ilə çox sıx bağlıdır. O, cismə deformasiyadan yaranan mexaniki gərginliyin təsiri ilə vaxt dəyişməsi arasında olan asılılığı təyin edir. Təcrübi reologiya (reometriya) cisimlərin müxtəlif reoloji xassələrini xüsusi cihaz və sınaq maşınları vasitəsilə təyin olunur. Mikroreologiya mikrohəcmlərdə deformasiyanı və axıcılığı tədqiq edir, məsələn dispers sistemlərin fazalarındakı hissələrin ölçüsündəki və yaxud atom və molekul ölçüsündə həcmlərdə. Bioreologiya insanlarda və heyvanlarda müxtəlif bioloji mayelərin (qan, sinoval, plevral və s.) axıcılığını, müxtəlif toxumaların (əzələ, sümük, qan damarları) deformasiyasını tədqiq edir.Reologiya sürtkülərə və sürtkü yağlarına tətbiq olunaraq, onların xüsusən aşağı temperaturlarda mexaniki xassələrini öyrənir.
Azərbaycan tarixi - xronologiya
Azərbaycan tarixinin xronologiyası - Azərbaycanın ən qədim dövrdən müasir dövrə qədərki tarixinin xronologiyası. == İbtidai icma dövrü == == Quldarlıq dövrü == == İlkin Feodalizm dövrü == == Feodalizm dövrü == IX əsrin 60-cı illəri – Şirvanın istiqlaliyyətinin bərpa edilməsi 879-941-ci illər – Sacilər dövləti 889-cu il – Məhəmmədin Azərbaycanın hakimi təyin olunması 893-cü ildən başlayaraq – Məhəmmədin Ərməniyəyə yürüşləri 901-ci il – Məhəmmədin vəfatı 914-cü il – Rusların Azərbaycanın Xəzər sahili yaşayış məntəqələrinə basqınları. 919-cu il 16 iyul – Ərdəbil yaxınlığında döyüş 927-ci il 27 dekabr – Kufə şəhəri yaxınlığında döyüş. Yusifin öldürülməsi 942-981-ci illər – Salarilər sülaləsinin hakimiyyəti 944-cü il 24 avqust – Bərdə şəhərinin tutulması 945-ci il 12 avqust – Rusların Bərdəni tərk etməsi X əsrin II yarısı – Azərbaycanda Şəddadilər dövlətinin meydana gəlməsi 953-cü il – Məzrubanın Ərdəbildə hakimiyyəti ələ keçirməsi 957-ci ilin dekabrı – Məzrubanın ölümü 961-981-ci illər – İbrahimin hakimiyyəti 971-ci il – Şəddadilər dövlətinin fəaliyyətinin başlanması 981-ci il – İbrahimin məğlubiyyəti və Ərdəbilin tutulması 987-ci il – Əbdül-heycanın Ərməniyəyə hücumu 988-1030-cu illər – Sultan I Mahmudun hakimiyyəti 1010-1080-ci illər – Qətran Təbrizi 1020-1059-cu illər – Əbu Mənsur Vəhsudan 1027-1034-cü illər – Şirvanşah Mənuçöhrün hakimiyyəti 1027-1382-ci illər – Kəsranilər sülaləsi XI əsr. 30-40-cı illəri – Azərbaycanda rusların hücumlarının genişlənməsi 1038-1063-cü illər – Toğrul bəyin hakimiyyəti 1038-1157-ci illər – Səlcuq imperiyası 1042-ci ilin oktyabrı – Təbrizdə zəlzələ 1045-ci il – Həmədanın tutulması 1050-ci il – İsfahanın tutulması 1050-1067-ci illər – Əbdüləsfər Şavurun hakimiyyəti XI əsr. 50-ci illəri – Səlcuq qoşunlarının Azərbaycana daxil olması 1055-ci ilin yazı – Bağdadın tutulması 1063-1072-ci illər – Alp Arslanın hakimiyyəti 1067-ci il – Alp Arslanın Arrana gəlməsi XI əsr. 70-80-cı illəri – Şirvanşah Məzyədilər dövlətinin tənəzzülü 1071-ci il – Məlazgird yaxınlığında döyüş 1072-1092-ci illər – Məlikşahın hakimiyyəti 1074-1088-ci illər – III Fəzmunun hakimiyyəti 1088-ci il – Gəncənin tutulması 1089-1125-ci illər – IV Davidin hakimiyyəti 1108-1127-ci illər – Ağsunqurilər sülaləsi 1108-1146-cı illər – Fələki Şirvanı 1117-ci il – Şirvanın tutulması XII əsr. 20-30-cu illəri – Qafqaziyədə feodal dövlətinin istiqlaliyyət uğrunda mübarizəsi 1120-ci il – Qəbələ, Şəki, Şamaxının tutulması 1120-1160-cı illər – III Mənuçehrin hakimiyyəti 1120-1199-cu illər – Əfzələddin Xaqani (Xaqani Şirvani) 1121-1122-ci illər – IV Davidin Toğrulla müharibələri 1123-cü il – IV Davidin Şirvana gəlməsi 1123-cü il – Gülüstan qalasının tutulması XII əsr. 30-cu illəri – Azərbaycan Atabəylər dövlətinin meydana gəlməsi 1136-1225-ci illər – Atabəylər-Eldənizlər sülaləsinin hakimiyyəti 1136-1160-cı illər – Azərbaycan Eldənizlər dövlətinin təşəkkülü 1141-1209-cu illər – Nizami Gəncəvi 1160-1234-cü illər – İbn əl-Əsir 1161-1191-ci illər – Azərbaycan Eldənizlər dövlətinin çiçəklənməsi 1161-ci ilin yayı – III Georginin Gəncə və Dəbili qarət etməsi 1163-cü ilin yanvarı – Atabəy Eldənizin Gürcüstana hücumu 1164 və 1166-cı illər – Gürcülərin Azərbaycana hücumu 1174-cü il – Eldənizin Gürcüstana hücumu 1175-1186-cı illər – Atabəy Cahan Pəhləvanın hakimiyyəti 1184-1213-cü illər – Tamaranın hakimiyyəti 1186-1191-ci illər – Qızıl Arslanın hakimiyyəti 1188-ci ilin martı – Həmədan yaxınlığında döyüş 1190-1245-ci illər – Zülfüqar Şirvani 1191-1225-ci illər – Azərbaycan Eldənizlər dövlətinin tənəzzülü 1192-ci il – Şirvanda zəlzələ 1192-ci il – III Toğrulun Təbrizə hücumu XIII əsr. sonu 1447-ci il – Səfəvilər tarixinin birinci dövrü 1203-1225-ci illər – I Güstasp ibn Fərruxzadın hakimiyyəti 1206-1227-ci illər – Çingiz xanın hakimiyyəti 1210-1225-ci illər – Özbəyin hakimiyyəti 1219-cu il – Xarəzm dövlətinə basqın 1220-ci il – Monqolların Azərbaycana yürüşü 1221-ci il – Monqolların Təbrizə yürüşü 1222-ci il – Monqolların Şamaxını tutması 1224-1244-cü illər – III Fəribürzün Şirvanı idarə etməsi 1225-ci il – Azərbaycanın Xarəzmşah Cəlaləddinin hücumlarına məruz qalması 1225-ci il – Azərbaycanda Atabəylər Eldənizlər dövlətinin süqutu 1231-ci il – Gəncədə xalq üsyanı 1231-ci il – Monqolların ikinci dəfə Azərbaycana soxulması 1235-ci il – Gəncənin tutulması XIII əsr.
Fleboloqiya
Phlebology— ("Phlebos" (damar) və "logos" (bilik)) damarların strukturu və funksiyalarını araşdıraraq , xəstəliklərin diaqnostikası, müalicəsi və qarşısının alınması üsullarını inkişaf etdirən bir tibb elmidir. Dünyada varikoz xəstəliyinin çox sayda yayılması ilə bağlı olaraq müstəqil bir elm olaraq flebologiya inkişaf etmişdir. == Yaradılma və inkişaf tarixi == Damar xəstəliyinin ilk qeyd edilməsi qədim Misirdə tapıldı. Qədim Misir ,varikoz damarları da daxil olmaqla, bir çox xəstəliyin müalicə edilməsi və təsvir edilməsində bütün sivilizasiyalardan daha uzağa getmişdir. Qazıntılar zamanı mumiyalılarda, alimlər varikoz damarlarınının əlamətlərini aşkar etdilər və ən əsası, bu xəstəliyi müalicə etməyə çalışmışdılar . Bu xəstəliyin daha ətraflı təsviri böyük alimlər – tibbin ataları – Hipokrat ,Ibn Sina( Avicenna) və digərlərinin yazılarında ortaya çıxdı. 19-cu əsrdə Trendelenburg, Adolf bu patologiyanın səbəbini sapheno-femoral anastomoza qarışmaq kimi təyin etdi. Normal olaraq qan dərialtı venadan (saphenous ven) vena femoralisə (femoral ven) qədər axır, ancaq patoloji vəziyyətində, əksinə , qan axınının əksinə olur , bu isə əsas ven şüalarının bölüşdürülməsinə gətirib çıxarır. Trendelenburqun fəaliyyətində yeni üsul təklif etmişdi. Ancaq o zaman bu üsulun çatışmazlığı var idi.