Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Burqonlu Mariya
Burqonlu Mariya (fr. Marie de Bourgogne) (d. 13 fevral 1457 - ö. 27 mart 1482) — Burqon hersoqu Cəsur Karlın qızı, Burqon hersoqinası. Burqundiya hersoqu Cəsur Karl və xanımı Burbonlu İzabellanın yeganə övladı idi. 5 yanvar 1477-ci ildə baş tutan Nansi döyüşündə atasının həlak olması ilə, onun yeganə varisi olaraq Burqundiya hersoqinası oldu. Fransa kralı XI Lüdovikə qarşı torpaqlarını qorumaq məqsədilə 1477-ci ildə Habsburq ailəsindən Maksimilyanla evləndi. Bu evlilik uzun illər davam edəcək Habsburq-Fransa münaqişəsinə səbəb oldu. == Mənbə == Armstrong, C.A.J. (1957). "The Burgundian Netherlands, 1477-1521".
Furqon
Furqon, malların və ya insanların daşınması üçün istifadə olunan yüngül kommersiya nəqliyyat vasitəsidir. Mikroavtobusun növündən asılı olaraq o, mikrofurqon, panel furqon, SUV, kompakt SUV və ya orta ölçülü avtomobildən daha böyük ola bilər. Mini MPV, yığcam MPV, düşərgə furqonlarını və mikrofurqonları da funksiyasına görə furqonla müqayisə etmək mümkündür. Mercedes-Benz Sprinter, Ford Transit, Ford Transit Connect, Chevrolet Express furqonların məşhur nümunələridir.
Burbonlu Lüdovik
Burbonlu Lüdovik (isp. Luis de Borbón; fr. Louis de Bourbon) (1 noyabr 1661[…], Fontenblo – 14 aprel 1711[…], Mödon[d]) – Fransa kralı XIV Lüdovikin ilk oğlu və ölümünədək Fransa taxt-tacının varisi, Fransa dofeni. Anası Mariya Tereza isə İspaniya kralı IV Filippin qızı idi. Adaşı olan oğlunun doğumundan sonra Böyük dofen (fr. Grand Dauphin) olaraq anılmağa başlandı. Ancaq atasından öncə vəfat etdiyi üçün kral ola bilmədi. Atasının uzun sürən səltənətinin ardından öz nəvəsi XV Lüdovik taxta çıxdı. == Mənbə == Achaintre, Nicolas Louis, Histoire généalogique et chronologique de la maison royale de Bourbon, Vol. 2, (Publisher Mansut Fils, 4 Rue de l'École de Médecine, Paris, 1825), 479 Dunlop, Ian, Louis XIV, Pimlico London, 2001, p.
Panel furqon
Panel furqonlar 3-5 metr uzunluğunda qapalı çərçivəli daxili boş olan nəqliyyat vasitəsinin daxilinə yükləri yerləşdirməklə daşımaq üçün istehsal edilən yüngül ticari avtomobillərdirlər. Yarımqapalı açıq çərçivəli pikap yük maşınında yük açıq yerdə daşınarkən, bu modeldə yük qapalı anbarda olduğu kimi daxili boş olan hissədə daşınır. Məqsəd malları hava şəraitindən müdafiə etmək və uzun müddət təhlükəsiz formada saxlanmasına nail olmaqdan ibarətdir. Bundan əlavə, soyuducu sistemlə soyuq saxlanması tələb olunan mallar bu formada saxlanıla bilər.
Gümüşü furqon
Burada kövrək hisslər və saf duyğularla zəngin olan gənc bir qadın-Mədinənin (Həmidə Ömərova) taleyindən söhbət açılır. Kəndlərinə gümüşü sirk furqonunda gələn mehriban oğlan (Məmməd Məmmədov) uğursuz taleli gənc qadına saf məhəbbət duyğusu bəxş edir. Film yazıçı Elçinin "Bir Görüşün Tarixçəsi" povesti əsasında ekranlaşdırılmışdır. Film Mərkəzi televiziyanın (Moskva) sifarişi ilə çəkilmişdir. Film 1-ci kateqoriyaya layiq görülüb. Ssenari müəllifi: Elçin Quruluşçu rejissor: Oqtay Mirqasımov Quruluşçu operator: Ələsgər Ələkbərov (II) Quruluşçu rəssam: Firəngiz Qurbanova Bəstəkar: Rafiq Babayev Səs operatoru: Nataliya Nuriyeva Rejissor: Adil İsmayılov Operator: Rəşid Nağıyev Geyim rəssamı: Nailə Cəfərova Qrim rəssamı: L. Kuznetsova Quraşdırılmış səhnələrin operatoru: Ramiz Babayev Quraşdırılmış səhnələrin rəssamı: Eduard Abdullayev Montaj edən: Nelli Mahmudova İşıq ustası: V. Ağacanov Çalır: İnstrumantal Ansambl Ansamblın rəhbəri: Rafiq Babayev Redaktor: Çingiz Qaryağdı Filmin direktoru: Aydın Dadaşov Həmidə Ömərova — Mədinə Məmməd Məmmədov — Rəsul Ömür Nağıyev — Fərman Muxtar Maniyev — Səfər Eldar Əliyev-Ağadadaş Samir Qədirov — Fərid Əşrəf Mamayev — yaşlı milis işçisi Gümrah Rəhimov — qəssab Kamil Məhərrəmov — Fərmanın dostu Sədaqət Zülfüqarova — xalçaçı Fərqanə Quliyeva — qarayanız qız Naibə Şirinova — xalçaçı qız Mənsur Məmmədov — Fərmanın tanışı Hicran Nəsirova (Hicran Qəşəmova kimi) — xalçaçı F. Hüseynov Mayak Kərimov Şəmsi Şəmsizadə Sədayə Mustafayeva — Mədinənin anası Mərkəzi Televiziya (Moskva) Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər.
Burbonlu Fransiska Mariya
Burbonlu Fransiska Mariya (fr. Françoise-Marie de Bourbon; 4 may 1677 – 1 fevral 1749[…], Paris) — Fransa kralı XIV Lüdovikin nigahdan kənar qızı, Orlean hersoqu II Filippin xanımı, Orlean hersoqinası. 22 noyabr 1681-ci ildə kral tərəfindən qanuni övlad elan olundu. 18 fevral 1692-ci ildə Versal sarayında əmisi Orlean hersoqu I Filippin oğlu Şartr hersoqu Filipplə evləndi. Cütlüyün bu nigahdan 8 övladı doğulsa da, xoşbəxt ola bilmədilər. Ömrünün sonunadək II Filippin bir çox məşuqəsi və onlardan doğulan övladları oldu. Mariya İzabella (17 dekabr 1693 - 17 oktyabr 1694) – uşaq yaşda vəfat etdi. Mariya Luiza Elizabet, Berri hersoqinası Luiza Adelayd Şarlotta Aqlay, Modena hersoqinası Lüdovik, Orlean hersoqu Luiza Yelizaveta, İspaniya kraliçası Filippina Yelizaveta (18 dekabr 1714 - 21 may 1734) Luiza Diana, Konti şahzadəsi == Mənbə == Adams, Tracy (2010). The Life and Afterlife of Isabeau of Bavaria. Johns Hopkins University Press.
Gümüşü Furqon (1982)
Burbonlu Mariya (Orlean hersoqinası)
Burbonlu Mariya (fr. Marie de Bourbon; 15 oktyabr 1605, Qayon qəsri – 4 iyun 1627, Paris) — Orlean hersoqu Qastonun xanımı, Orlean hersoqinası. == Mənbə == Adams, Tracy (2010). The Life and Afterlife of Isabeau of Bavaria. Johns Hopkins University Press. Azzolini, Monica (2013). The Duke and the Stars: Astrology and Politics in Renaissance Milan. Harvard University Press. Booton, Diane E. (2016). Manuscripts, Market and the Transition to Print in Late Medieval Brittany.
Gümüşü furqon (film, 1982)
Burada kövrək hisslər və saf duyğularla zəngin olan gənc bir qadın-Mədinənin (Həmidə Ömərova) taleyindən söhbət açılır. Kəndlərinə gümüşü sirk furqonunda gələn mehriban oğlan (Məmməd Məmmədov) uğursuz taleli gənc qadına saf məhəbbət duyğusu bəxş edir. Film yazıçı Elçinin "Bir Görüşün Tarixçəsi" povesti əsasında ekranlaşdırılmışdır. Film Mərkəzi televiziyanın (Moskva) sifarişi ilə çəkilmişdir. Film 1-ci kateqoriyaya layiq görülüb. Ssenari müəllifi: Elçin Quruluşçu rejissor: Oqtay Mirqasımov Quruluşçu operator: Ələsgər Ələkbərov (II) Quruluşçu rəssam: Firəngiz Qurbanova Bəstəkar: Rafiq Babayev Səs operatoru: Nataliya Nuriyeva Rejissor: Adil İsmayılov Operator: Rəşid Nağıyev Geyim rəssamı: Nailə Cəfərova Qrim rəssamı: L. Kuznetsova Quraşdırılmış səhnələrin operatoru: Ramiz Babayev Quraşdırılmış səhnələrin rəssamı: Eduard Abdullayev Montaj edən: Nelli Mahmudova İşıq ustası: V. Ağacanov Çalır: İnstrumantal Ansambl Ansamblın rəhbəri: Rafiq Babayev Redaktor: Çingiz Qaryağdı Filmin direktoru: Aydın Dadaşov Həmidə Ömərova — Mədinə Məmməd Məmmədov — Rəsul Ömür Nağıyev — Fərman Muxtar Maniyev — Səfər Eldar Əliyev-Ağadadaş Samir Qədirov — Fərid Əşrəf Mamayev — yaşlı milis işçisi Gümrah Rəhimov — qəssab Kamil Məhərrəmov — Fərmanın dostu Sədaqət Zülfüqarova — xalçaçı Fərqanə Quliyeva — qarayanız qız Naibə Şirinova — xalçaçı qız Mənsur Məmmədov — Fərmanın tanışı Hicran Nəsirova (Hicran Qəşəmova kimi) — xalçaçı F. Hüseynov Mayak Kərimov Şəmsi Şəmsizadə Sədayə Mustafayeva — Mədinənin anası Mərkəzi Televiziya (Moskva) Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər.
Burbonlu Luiza Henretta (Orlean hersoqinası)
Burbonlu Luiza Henretta (fr. Louise-Henriette de Bourbon; 20 iyun 1726, Paris – 9 fevral 1759, Paris) — Orlean hersoqu I Lui-Filippin xanımı, Orlean hersoqinası. 17 dekabr 1743-cü ildə Versal sarayında Orlean hersoqu Lüdovikin oğlu Lui-Filipplə evləndirildi. Hər ikisi də XIV Lüdovikin nigahdan kənar doğulan qızlarının şəcərəsinə mənsub idi. Cütlüyün 3 övladı olsa da, bunlardan biri körpə ikən vəfat etdi. Adı bilinməyən bir qız uşağı (12 iyul 1745 - 14 dekabr 1745) Lui-Filipp, Orlean hersoqu Batilda, Konti şahzadəsi Qaynatasının ölümündən sonra 1752-ci ildə Orlean hersoqinası oldu. Yeni Orlean hersoqu olan əri I Lui-Filippin isə bir çox məşuqəsi vardı. Bu formada ayrı-ayrı yaşayan cütlüyün evliliyi Luiza Henrettanın gənc yaşda vəfatıyla sonlandı. 9 fevral 1959-cu ildə vəfat etdi. == Mənbə == Adams, Tracy (2010).