Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Gödəkli
Gödəkli (Xaçmaz) —
Gödəkçə
Gödəkçə, kişilərin və qadınların geyindiyi, adətən qabaq tərəfindən düymələnən, budları örtən və qolları adətən uzun olan üst geyimidir. Buna həmçinin kurtka (rusca: Куртка; rom: kurtka sözündən götürülüb), jaket (fransızca jaquette sözündən götürülüb) də deyilir.
Aşağı Gödəkli
Aşağı Gödəkli və ya Barquşat (erm. Բարգուշատ) — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan rayonunda kənd. == Tarixi == Rayon mərəkəzindən 10 km şimal-şərqdə yerləşir. Qafqazın 5 verstlik xəritəsində Gedaklu formasında qeyd edilmişdir. Toponim «aşağı» fərqləndirici sözü ilə türk mənşəli qazaxlar tayfasının bir qolu olan gödəkli etnonimindən əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir. == Əhalisi == Kənddə 1831-ci ildə 26 nəfər, 1873 - cü ildə 154 nəfər, 1886-cı ildə 206 nəfər, 1897-ci ildə 123 nəfər, 1904 - cü ildə 439 nəfər, 1914 - cü ildə 153 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar erməni soyqırımına mə'ruz qalaraq deportasiya olunmuşdur. İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra sağ qalan kənd sakinləri öz evlərinə dönə bilmişdir.
Gödəkli (Məlikan)
Gödəkli (fars. گدكلو‎) — İranın Şərqi Azərbaycan ostanının Məlikan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,291 nəfər yaşayır (285 ailə).
Gödəkli (Qəmərli)
Gödəkli - İrəvan quberniyasının İrəvan qəzasında, indi Qəmərli (Artaşat) rayonunda kənd. == Tarixi == Kəndin digər adı erməni mənbələrində Göydağlı, Kiçik Dəlilər formasında göstərilir. Rayon mərkəzindən 3 km məsafədə yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim qazaxlar türk tayfasına mənsub olan gödəkli etnonimi əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Sadə quruluşlu toponimdir. Erm. SSR AS RH-nin 20. VIII. 1945-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Mrqavet qoyulmuşdur.
Gödəkli (Sayınqala)
Gödəkli (fars. گدكلو‎‎) — İranın Qərbi Azərbaycan ostanının Sayınqala şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 267 nəfər yaşayır (48 ailə).
Gödəkli (Xaçmaz)
Gödəkli (əvvəlki adı: Aleksandrovka) — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati-ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 29 aprel 1992-ci il tarixli, 112 saylı Qərarı ilə Xaçmaz rayonunun Aleksandrovka kəndi Ködəkli kəndi adlandırılmışdır.
Gödəkli (Üçkilsə)
Gödəkli — Körpübasar mahalında İrəvan quberniyasının Eçmiədzin qəzasında, kənd. Kənd 1918-ci ildə dağdılmışdır.
Gödəkli bələdiyyəsi
Xaçmaz bələdiyyələri — Xaçmaz rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Yuxarı Gödəkli
Yuxarı Gödəkli (erm. վերին Գյոդաքլու; Kəndin adı sonradan dəyişdirilərək Vardavanq (erm. Վարդավանք) edilib) — Ermənistan Respublikasının cənubunda, Sünik mərzində (keçmiş Zəngəzur mahalı) yerləşən kənd. Kənd Qafan şəhərindən 13 km şərqdə, Qafan-Gorus yolunun sağ tərəfində yerləşir. 1930–1995-ci illər aralığında Qafan rayonu inzibati-ərazi vahidinin tərkibinə daxil idi. Toponim türk mənşəli qazaxlar tayfasından olan "gödəkli" etnonimindən əmələ gəlmişdir. Etnotoponimdir. "Yuxarı" fərqləndirici sözü ilə işlənərək mürəkkəb quruluşlu toponim yaratmışdır. Ermənicə "Verin Gyodaklu" (erm. վերին Գյոդաքլու) şəklində işlədilib.
Gödəkli (Aralıq)
Gödəkli — Türkiyənin İğdır ilinin Aralıq ilçəsində kənd. == Tarixi == Kənd 1928-ci ildən eyni addadır. == Coğrafiyası == Kənd İğdır şəhər mərkəzinə 57 km, Aralıq qəsəbəsinin mərkəzindən 12 km məsafədədir.