Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Gödəkdağ
Gödəkdağ (gürc. სოფელი ახალი გედაგდაღი) — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Başkeçid rayonunun inzibati-ərazi vahidində kənd. 1 yanvar 2010-cu il vəziyyətinə görə Qarabulaq kənd inzibati-ərazi dairəsinə daxildir. == Coğrafiyası == Kənd rayonun inzibati mərkəzi olan Başkeçid şəhərindən 9 km qərbdə, Başkeçid yaylasında yerləşir. == Tarixi == "Gödəkdağ" toponiminin türk mənşəli Get tayfasının, oğuz soylu Gödəkli tayfasının, Xəzərlərin Gödəklər qolunun, qədim Katak tayfasının adıyla dağ sözünün birləşməsindən ibarət olduğu ehtimal edilir. == Əhalisi == Kənddə 1886-cı ildə 16 ailədə 171 nəfər, 1926-cı ildə 26 ailədə 155 nəfər azərbaycanlı yaşayırdı.17-24 yanvar 2002-ci il Ümumgürcüstan əhali siyahıyaalınmasının rəsmi yekunlarına əsasən kənddə yaşayan 362 nəfər əhalinin 100 %-i etnik azərbaycanlılardan ibarətdir.1 yanvar 2010-cu il tarixinə olan rəsmi təxminə əsasən kənddə 419 nəfər əhali yaşayır. == Təhsil == Hazırda kənddə bir ibtidai məktəb fəaliyyət göstərir.