Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Aşağı Qələnxur
Aşağı Qələnxur — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Tədqiqatçılar bu toponimi ləzgi dilindəki kalunxur (düzənlikdə yerləşən kənd) və va kalınxur (sahil kəndi) sözlərinin təhrifə uğramış forması hesab edirlər. Qələnxur ərazidəki orta əsrlərə aid Qalaxur/Qələxür/ Qalakənd yaşayış məntəqəsinin adındandır. == Coğrafiyası və iqlimi == Kənd Samurçayın sahilində yerləşir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 94 nəfər əhali yaşayır.
Yuxarı Qələnxur
Yuxarı Qələnxur — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. Kənd 1790-cı ildə yaradılmışdır. Yuxarı Qələnxur oyk., mür. Qusar r-nunun eyniadlı i.ə.v.-də kənd. Dağətəyi ərazidədir. Keçmiş adı Qələnxur olmuşdur. Sonralar bu kənddən yaranmış yeni kənd Aşağı Qələnxur meydana gəldi və bu yaşayış məntəqəsi Yuxarı Qələnxur adlandırıldı. Qdlətıxur ləzgi dilində “qala kənd” mənasındadır. 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 599 nəfər əhali yaşayır.