Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Güləbrişin
Güləbrişin (lat. Albizia) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinə aid bitki cinsi.
Lənkəran güləbrişini
Lənkəran güləbrişini (lat. Albizia julibrissin) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin güləbrişin cinsinə aid bitki növü. == Təbii yayılması == Bu növə Cənubi Qafqaz, Krım, Ukrayna, Orta Asiya, İtaliya, İran, Türkiyə, Fransa, Koreya, Şimali Amerikada təsadüf edilir. Növə bəzən Güləbrişin və ya Lənkəran akasiyası da deyilir. == Botaniki təsviri == Zoğları yaşıl rəngli, hamar qabıqlıdır. Geniş çətirli, hündürlüyü 18-20 m-ə, diametri 30-40 sm-ə çatan ortaboylu ağacdır. Gövdəsinin qabığı boz rəngli, uzununa çatlıdır. Yarpaqlar növbəli düzülmüş, ikiqat, cütlələkvari, uzunluğu 18-25 sm-dir. Çiçəkləri xırda, 5 şüalı, başcıqvari çiçək qrupu əmələ gətirir. Çiçək qrupları iri, mürəkkəb süpürgələrdə birləşir.