Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Gülbəndə
Gülbəndə — Azərbaycan Respublikasının Ağdaş rayonunun inzibati ərazi vahidində kənd.
Qulbəndə
Qulbəndə — Azərbaycan Respublikasının Ağdaş rayonunun inzibati ərazi vahidində kənd. == Din == Kənddə "Cümə" məscidi dini icması fəaliyyət göstərir.
Qulbəndə bələdiyyəsi
Ağdaş bələdiyyələri — Ağdaş rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Gülnənə Mustafayeva
Gülnənə Məhəmməd qızı Mustafayeva (5 iyun 1915, Afurca, Quba qəzası – ən tezi 1989, Beynəlmiləl, Dəvəçi rayonu) — Azərbaycan xalça ustası; "Stalin" mükafatı laureatı (1950). == Həyatı == 1943–1960-cı illərdə Qonaqkənd xalça artelində toxucu, sex müdiri, artelin sədri vəzifələrində işləmiş, 1960–1968-ci illərdə Qonaqkənddəki "Qumaş" xalça fabrikində fəaliyyət göstərmişdir. == Toxuduğu xalçalar == Onun toxuduğu "Qolluçiçi", "Açgülçiçi", "Herat-Pirəbədil" və s. çeşidli xalçalar Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyində, Azərbaycan Tarix Muzeyində və digər muzeylərdə saxlanılır. Bilavasitə onun iştirakı ilə toxunmuş "İ.V. Stalin" xalçası (ili: 1949, ölçüsü: 70 m²; saxlandığı yer: Azərbaycan Milli İncəsənət Muzeyi, Bakı) yüksək bədii keyfiyyətə malikdir.
Avqust gələndə (film, 1984)
Avqust gələndə filmi rejissor Gülbəniz Əzimzadə tərəfindən 1984-cü ildə ekranlaşdırılmışdır. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Filmdə 15 yaşlı Arifin və onun dostlarının yeniyetmə xarakterlərinin formalaşmasından, şüurlarının özünütəsdiqindən danışılır. Filmdə əsas rolları Natiq Abdullayev, Şahmar Ələkbərov, Valeri Rıjakov, Dadaş Kazımov, Şükufə Yusupova və Ayan Mirqasımova ifa edirlər. == Məzmun == Film yeniyetmələr üçün nəzərdə tutulmuşdur, lakin hər bir uşaq filmi yaşlı tamaşaçıya da ünvanlanır. Burada 15 yaşlı Arifin (Natiq Abdullayev) və onun dostlarının yeniyetmə xarakterlərinin formalaşmasından, şüurlarının özünütəsdiqindən danışılır. Arifin atası Nadir (Hamlet Xanızadə) gəmidə kapitan işləyib və günlərin birində vəzifəsini yerinə yetirərkən həlak olub. Anası (Şükufə Yusupova) həkimdir. O, iki oğlunu təkbaşına böyüdür. Arifin dayısı Cümşüd (Şahmar Ələkbərov) əczaçıdır, aptekdə işləyir və bacısının övladlarının qayğısına qalır.
Bayquş gələndə... (film, 1978)
Bayquş gələndə filmi rejissor Şamil Mahmudbəyov tərəfindən 1978-ci ildə ekranlaşdırılmışdır. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Lirik-psixoloji dramdakı hadisələr Abşeronun kiçik yaylaq qəsəbələrindən birində cərəyan edir. Kinolentin qəhrəmanı burada müxtəlif adamlarla qarşılaşır. Filmdə əsas rolları Emin Qafarzadə, Fikrət Məmmədov, Həsənağa Turabov, Gülşən Qurbanova, Firəngiz Şərifova, İsmayıl Osmanlı, Vidadi Əliyev və Sevil Rəsulova ifa edirlər. == Məzmun == Lirik-psixoloji dramdakı hadisələr Abşeronun kiçik yaylaq qəsəbələrindən birində cərəyan edir. Kinolentin qəhrəmanı burada müxtəlif adamlarla qarşılaşır. Tahir (Emin Qafarzadə) ilə Vasif (Fikrət Məmmədov) bütün yay tətili günlərində dənizin sahilində oturub suya tilov atır və balıq tutmaqla məşğul olurlar. Vasif həm də arzu edir ki, onun birmotorlu qayığı olsun və bu qayıqla dənizdə balıq ovuna çıxsın. Elə onların evlərinin yaxınlığında qocaman bir kişi (İsmayıl Osmanlı) yaşayır.
Ulənde (Əbyəlil)
Ulənde kəndi (başq. Үләнде) - Rusiyanın Başqırdıstan Respublikası Əbyəlil rayonu Taşbulat kənd sovetliyinə daxil olan kənd. == Əhali == 2002-ci il ümumrusiya siyahıya alınmasına görə Başqırdıstan Respublikası Ulənde kəndinin milli tərkibi: başqırdlar 75 %. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Askar): 56 km., kənd sovetliyindən (Taşbulat): 7 km. ən yaxın dəmiryol stansiyasından (Taşbulat stansiyası): 7 km. == İstinadlar == == Mənbə == Совет муниципальных образований Республики Башкортостан.