Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Gallion
Qatıqotu (lat. Galium) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin boyaqotukimilər fəsiləsinə aid bitki cinsi.
Galion
Qatıqotu (lat. Galium) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin boyaqotukimilər fəsiləsinə aid bitki cinsi.
Galion aparinum
İlişkən qatıqotu (lat. Galium aparine) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin boyaqotukimilər fəsiləsinin qatıqotu cinsinə aid bitki növü.
Qanqli
Qanqli (q.yun. γανγλιον — düyün, dərialtı şiş), sinir düyünü — bir çox onurğasızlarda, bütün onurğalı heyvan və insanda sinir hüceyrələri, sinir lifləri və onların yerləşdiyi toxuma yığınından ibarət törəmə. Onurğalılarda qanqlilər əsas etibarilə onurğa sütunu boyu (boyun, döş və bel nahiyələrində) yerləşir. Onurğa beyninin seqmentlərindən (buğumlarından) çıxan sinir lifləri (preqanqlionar liflər) müvafiq düyünlərə daxil olur, sonra isə üzvlərdə şaxələnir (postqanqlionar liflər). Qanqlilər mərkəzi sinir sistemi ilə daxili üzvlər arasındakı sinir əlaqəsini təmin edir. Belə düyünlər ürək və bağırsaqda da mövcud olub, konkret funksiyalar daşıyır.
Klarens Anqlin
Klarens Anqlin (11 may 1931, Donalsonville[d], Corciya) — Amerikanın ən yaxşı qorunan və ən bədnam cinayətkarlarının yerləşdiyi Alkatrazda yatmış, heç kimin qaça bilməyəcəyi Alkatrazdan Frenk Morris və qardaşı Con Anqlinlə birlikdə qaçmağı bacaran bir məhbus. Ölümünün dəqiq tarixi məlum deyil, onun 1962-ci il iyunun 11-nə keçən gecə qaçarkən boğularaq öldüyü güman edilir. Lakin boğulduğuna dair heç bir fakt aşkar edilməyib. == Alkatraz == San-Fransisko körfəzində sahildən 2,4 km aralıda 9 hektar əraziyə yayılmış Alkatraz adası ABŞ-nin ən məşhur həbsxanalarından biri olmaq xüsusiyyətinə malikdir. Əvvəllər ispanlar tərəfindən idarə olunan ada "La Isla de los Alcatraces" (Qutanlar adası) adlanırdı. 1848-ci ildə ABŞ idarəetməsinə keçən ada San-Fransiskonun müdafiəsi üçün bir müddət hərbi məqsədlər üçün istifadə edilib. 1868-ci ildə inşa edilən yerli üsyançıların liderlərin tutulduğu həbsxana, Alkatraz adasının gələcək rolunu da müəyyən edəcəkdi. Əlavə binalarla böyüyən həbsxana 1934-cü il yanvarın 1-də federal həbsxanaya çevrildi. İntizamı möhkəm saxlamaq üçün yeni məhkumlar qəbul edilmir, başqa həbsxanalardan təhlükəli məhkumlar bura köçürülürdü. 1934-cü ilin iyununda müxtəlif yerlərdən 196 məhbus və məhkum bu tutulmaz adaya köçürüldü.