Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Geofizika
Geofizika — Yerin qatları və nüvəsində gedən fiziki proseslər və hadisələri öyrənən elm. == Haqqında == Geofiziki (qravi-maqnitometrik) metodla müxtəlif geoloji quruluşlu əyalətləri ayırmaq, onların tektonik rayonlaşdırılması, Yerin forması, qalınlığı, daxili quruluşu, öz oxu ətrafında fırlanması, Ay və Günəşin cazibə təsirindən qabıqda baş verən qabarma-çəkilmə proseslərinin qeyd olunması ilə paralel geomaqnit sahə gərginliyinin və qravitasiya potensialının zaman-məkan dəyişmələri öyrənilir. Geosferlərin strukturu, tərkibi, fiziki xassələri və inkişafı baxımından spesefik xüsusiyyətlərini nəzərə alınmaqla, geofizika atmosferin fizikası, dənizin fizikası və bərk Yerin fizikası kimi elm sahələrinə ayırılır. Geoloji təyinatlı geofizika (kəşfiyyat geofizikası) əsas obyekti bərk Yerin ən üst hissələri olub, yer qabığının öyrənilməsi, faydalı qazıntıların axtarışı və kəşfiyatı, hidrogeoloji və mühəndisi-geoloji məsələlərin öyrənilməsində geologiya elmi ilə qovuşur. === Geofiziki amil === Müəyyən sahənin səthinin və ya Yerin dərinliyinin fiziki xüsusiyyətləri ilə bağlı amil (məs. maqnit sahəsi). === Geofiziki xidmət === Təbii mühit elementlərinin (iqlim, hidrosfer, ionosfer, günəş şüalanması, Yer qabığının dinamikası və s.) vəziyyətinin dəyişməsinə müşahidə və nəzarət sistemi. === Geofiziki müharibə === Düşmənə iqtisadi zərər yetirmək və onun hərbi əməliyyatlarını çətinləşdirmək məqsədilə atmosfer hadisələrinə fəal təsir göstərmək üsullarının məcmusu (yağmurlu rayonların su rejimini dəyişdirmək, daşqınlar, tufan, qasırğa törətmək, yolları keçilməz hala salmaq, azyağmurlu rayonlarda uzun sürən quraqlıq törətmək və s.). === Geofiziki mühit === Bu və ya digər orqanizmlərin yer sahəsinin fiziki prosesləri və xassələrinin məcmusu. == Geomaqnit tədqiqatlar == Geomaqnit tədqiqatlar iki istiqamətdə aparılır: 1.Seysmomaqnit effekti aşkar etmək məqsədilə geomaqnit sahə gərginliyinin fasiləsiz variasiyalarının monitorinqi.
Hemofiliya
Hemofiliya – qanın laxtalanma xüsusiyyətinin pozulması ilə xarakterizə olunan irsi xəstəlik. Xəstəlik zamanı oynaqlara, əzələlərə və daxili orqanlarda öz-özünə zədə və ya cərrahi müdaxilə nəticəsində qanaxma baş verir. Hətta xırda zədələr nəticəsində hemofiliyalı xəstələrin beyninə və ya digər həyati əhəmiyyətli orqanlarına qan axmasının ölümlə nəticələnməsi ehtimalı yüksəkdir. Beyinə qan axması halı daha çox insanlarda rast gəlinir. Hemofiliyanın ağır formasından əziyyət çəkən xəstələr oynaqlara (hemartroz) və əzələlərə (hematoma) tez-tez qan axması nəticəsində əlil halına düşürlər. Hemofiliya hemostazın plazma həlqəsinin pozulmasından irəli gələn hemorraqik diatezlərə (koaqulopatiya) aid edilir. Hemofiliya X xromosomunda bir genin dəyişilməsi nəticəsində yaranır. Xəstəliyin üç tipi fərqləndirilir (A, B, C). Adətən xəstəlikdən kişilər əziyyət çəkirlər, qadınlar isə hemofiliyanın daşıyıcısı kimi çıxış edirlər və xəstəliyə tutulsalar belə, çox yaşamırlar. Hemofiliya xəstəliyi ilə doğulan qız uşağı əksər hallarda ölü doğulur, yaşasa da bu sadəcə cinsi yetişkənlik dövrünə qədər mümkün olur.
Zoofiliya
Zoofiliya (yun. ζῷον — "heyvan" и φιλία — "sevgi") — insan olmayan canlılara qarşı cinsi cazibə və ya cinsi hərəkət. Termin ilk dəfə 1894-cü ildə alman psixiatr Rixard von Kraft-Ebinq tərəfindən "Cinsi Psixopatiyalar" kitabında istifadə olunmuşdur. Bəzi ölkələrdə heyvanlarla cinsi əlaqə qadağan olunmasa da, əksər ölkələrdə heyvanlara qarşı sui-istifadə təbiətə qarşı cinayətlərə dair qanunlara əsasən qanunsuzdur.
Hemofiliya A
Hemofiliya A xəstəliyi VIII faktorun molekulyar anomaliyaları ilə və ya çatışmazlığı nəticəsində yaranan bir xəstəlikdir. Xəstəlik 30% spontan mutasiyalar, 70% isə X xromosomu ilə əlaqədar resessiv yolla nəsildən-nəslə keçməklə baş verir. Statistikaya əsasən, dünya əhalisinin hər bir milyonunun (1000000) 30–100 nəfərində aşkar olunur. Azərbaycanda Hemofiliya A xəstəliyinin rast gəlmə tezliyi 1:20000-ə bərabərdir.Qan laxtalanma sisteminin VIII faktoru və ya antihemofiliya faktoru, damarların endotel hüceyrələri və qaraciyər sinusitləri də daxil olmaqla müxtəlif toxumalarda sintez olunan polipeptiddir. Bu faktorun sintezinə X xromosomunda yerləşən X q 26 — q 28 geni tərəfindən nəzarət olunur. Hemofiliya A-nın geni 1984-cü ildə aşkarlanıb. Müəyyənləşdirilib ki, bu gen 25 intronlara bölünmüş 26 ekzondan ibarətdir.
Hemofiliya B
Hemofiliya B qan laxtalanma sisteminin IX faktorunun irsi çatışmazlığı nəticəsində inkişaf edir və Hemofiliya A-dan klinik baxımdan yüngül gedişinə görə fərqlənir. Xəstəlik həmçinin Kristmas xəstəliyi də adlanır. Xəstəlik X - xromosomu ilə ilişikli resessiv yolla nəsildən nəslə keçir. Hemofiliya B xəstəliyi zamanı IX faktora nəzarət edən genin mutasiyası və ya delesiyası baş verir ki, nəticədə qeyri funksional IX faktor molekulunun yaranması və ya bu faktorun sintez olunmasının dayanması baş verir. Xəstəlik ilk dəfə ətraflı olaraq R.Biggs tərəfindən 1952 cildə təsvir edilmiş və xəstəliyin aşkar olunduğu xəstənin soyadına uyğun olaraq Kristmas xəstəliyi adlandırılmışdır. Yeni antihemofil faktor Kristmas faktoru, sonralar isə beynəlxalq təsnifata uyğun olaraq IX faktor kimi işarə olunmuşdur. Hemofiliya B klinik baxımdan Hemofiliya A-ya bənzəsə də, burada qanaxmaların rastgəlmə tezliyi Hemofiliya A-dan 5 dəfə azdır.
Geologiya və Geofizika İnstitutu
Geologiya və Geofizika İnstitutu — Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxil olan elmi tədqiqat institutu. == Tarixi == 1926-cı ildə Azərbaycanın tədqiq olunması və öyrənilməsi cəmiyyəti yaradılmışdır (geologiya və geofizika sahəsində tədqiqatlar daxil olmaqla). 1932-ci ildə bu cəmiyyətin bazasında SSRİ Elmlər Akademiyasının Zaqafqaziya filialının Azərbaycan şöbəsi (EAZDAzŞ) təşkil edilmişdir. 1935-ci ildə EAZFAzŞ bir sıra institutlar ilə və o cümlədən Geologiya sektoru ilə birlikdə SSRİ-in Elmlər Akademiyasının Azərbaycan filialına çevrilmişdir. 1938-ci ildə Azərbaycanın görkəmli alimləri — Ş.A.Əzizbəyov, M.A.Qaşqay, Ə.A.Yaqubovun təklifi və SSRİ EA-nın yardımı ilə müstəqil elmi-tədqiqat idarəsinə — Geologiya İnstitutuna çevrilmişdir (Geologiya İnstitutunun təşkil edilməsinin rəsmi tarixi). 2003-cü ildə Geologiya İnstitutu və Dərin neftqaz yataqları problemləri institutunun (DNQYPİ) bazasında Azərbaycan MEA Geologiya İnstitutu yaradıldı. 2014-cü ildə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı ilə Geologiya İnstitutu Geologiya və Geofizika İnstitutu adlandırıldı. İnstitutun yaranması və inkişaf Azərbaycanda neft və qaz sənayesinin sürətli inkişafı ilə eyni vaxta düşdü. İnstitutun qurulmasında və inkişafında məşhur rus alimləri İ.M.Qubkin, D.B.Qolubyatnikov, Vladimir Boqaçyov, N.B.Vasseviç, V.V.Veber, A.V.Vinaqradov, S.A.Kovalevskiy, D.V.Nalivkin, E.F.Savarenskiy, J.V.Rizniçenko, M.A.Sadovskiy, Vladimir Tixomirov, B.S.Sokolov, Viktor Xain və s. böyük rolu olub.
AMEA Geologiya və Geofizika İnstitutu

Geologiya və Geofizika İnstitutu (Azərbaycan)