Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Biometriya
Biometrik autentifikasiya (və ya Biometriya) – insanın bioloji xüsusiyyətlərinə əsasən kimliyin müəyyən edilməsi, tanınması == Biometrik parametrlər == Müxtəlif tətbiqlərdə bir sıra biometrik parametrlər istifadə edilir. Hər biometrik parametrin üstün və zəif cəhətləri var və seçim adətən tətbiqdən asılı olur. Aşağıda geniş məlum olan biometrik parametrlərin qısa xülasəsi verilir. === Barmaq izləri === Barmaq izlərinə görə identifikasiya texnologiyası ən geniş yayılmış biometrik texnologiyadır. Bu metodun əsasında hər bir insanın əl barmaqlarında papilyar naxışların unikallığı ideyası durur. Barmaq izini papilyar xətlər əmələ gətirir, onların quruluşu dərinin şırımlarla ayrılmış qılıc çıxıntılarının sıraları ilə şərtlənir. Bu xətlər mürəkkəb naxışlar əmələ gətirirlər (qövs, ilgək və spiral), onların aşağıdakı xassələri var: fərdilik və təkraredilməzlik; zamana görə sabitlik (bətndaxili inkişafdan meyidin çürüməsinədək); bərpa olunma (dəri qatının səthi zədələndikdə xətlərin quruluşu əvvəlki şəklində bərpa olunur). Barmaq izinin tanınması və onun alqoritm tərəfindən düzgün emalının keyfiyyəti barmaq səthinin vəziyyətindən və skaner elementinə nəzərən onun yerləşməsindən çox asılıdır. Müxtəlif sistemlər bu iki parametrə müxtəlif tələblər irəli sürür. Tələblərin xarakteri xüsusi halda tətbiq edilən alqoritmdən asılıdır.
Gematriya
Gematriya (ivr. ‏גימטריה‏‎) — iudaist ənənəsində söz və ifadələrin mənasını onlara daxil olan hərflərin ədədi dəyərlərinə əsaslanaraq təhlil etmək üsullarından biri (notarikon və temura ilə birlikdə). "Bir sözün gematriyası" ona daxil olan hərflərin ədədi dəyərlərinin cəmidir. Eyni gematriyaya malik sözlərin simvolik semantik əlaqəsi olması ehtimal edilir. Məsələn, נחש ("ilan"), משׁיח ("məsih"), קורבן ("qurban") və מחודש ("yenilənmiş, bərpa edilmiş") sözləri eyni gematriyaya malikdir (358). Gematriya üsulu xüsusilə kabbalada ivrit və arami dillərində mətnlər üçün geniş istifadə olunur. Ravvin ədəbiyyatında "gematriya" termini b.e. II əsrindən müşahidə edilmişdir. Alahada gematriya nadir hallarda müşahidə edilmişdir. Burada bundan yalnız mnemonik cihaz və işarə kimi istifadə edilmişdir.
Geometrik pillə
Geometrik üslub
Geometrik üslub — incəsənətin müxtəlif növlərinin inkişafının əsasən arxaik mərhələlərini xarakterizə edən tarixi üslub. Formalaşma nəzəriyyəsinin bir çox digər kateqoriyaları kimi bu da geniş, tarixi-mədəni aspektdə, dar, konkret tarixi mənada şərh olunur. Dar mənada, bu termin təxminən e.ə. 900–700-cü illərdə "Qaranlıq əsrlər"in sonunda qədim yunan vaza rəssamlığında xarakterik bir abstraksiya meylini ifadə etmək üçün istifadə olunur. Geometrik üslub tədricən protogeometrik üslubu əvəz etmişdir. Onun yayılmasının əsas mərkəzi Afina idi. Geometrik üslub tədricən Egey dənizi adalarında bir çox ticarət şəhərlərinin vaza rəssamları arasında yayımışdır.