Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Geotermik pillə
Geotermik pillə- (ing. Geothermal step) Temperaturun 1 dərəcə artması üçün yer qabığı dərinliyinə şaquli xətt üzrə nə qədər enmək lazım olduğunu göstərən metr miqdarıdır.Geotermik pillənin orta kəmiyyəti 33 metrdir.Lakin süxurların istilik keçirməsindən,onların yatımının xarakterindən,relyefdən və s.səbəblərdən asılı olaraq geotermik pillə 27.7 metrlə (Hollandiya) 45.8 metr arasında (ABŞ) dəyişir.
Geotermik qradiyent
Aerotermik pillə
Geotermal enerji
Geotermal enerji — bilavasitə və dolayı yolla günəş işığından asılı olan külək, günəş və sudan fərqli olaraq radioaktiv parçalanma və qravitasiya gücünün təsiri nəticəsində yerin təkindən daxil olur. Geotermal enerji yer qabığının müxtəlif dərinliklərində yığılmış isti su, buxar və qazlardan ibarətdir.
İzotermik proses
İzotermik proses (yun. ἴσος -bərabər və θέρμη - isti) — sabit temperaturda sistemin halının dəyişməsi. Bu prosesdə temperatur sabit qalır: ΔT = 0. Havanın tədricən sıxılma prosesini və ya qabdan qazı sorub çıxaranda nasosun porşeni altında qazın genişlənməsini təxmini olaraq izotermik proses hesab etmək olar. İzotermik prosesi həyata keçirmək üçün adətən, sistemə termostat tətbiq edilir. Bu zaman prosesin dövrədəən keçirilməsi daha da tezləşir. Sistemin temperaturu isə termostatın temperaturundan fərqlənmir. İzotermik proses elə prosesdir ki, qazın çəkisi, molyar qaz və temperatur є -konstant sayılırlar. İzotermik proses və Boyl-Mariott qanunu arasında sxematik əlaqə vardır. İzotermik proses Boyl-Mariott qanununun hesabına izah edilir.