Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Geotermik pillə
Geotermik pillə- (ing. Geothermal step) Temperaturun 1 dərəcə artması üçün yer qabığı dərinliyinə şaquli xətt üzrə nə qədər enmək lazım olduğunu göstərən metr miqdarıdır.Geotermik pillənin orta kəmiyyəti 33 metrdir.Lakin süxurların istilik keçirməsindən,onların yatımının xarakterindən,relyefdən və s.səbəblərdən asılı olaraq geotermik pillə 27.7 metrlə (Hollandiya) 45.8 metr arasında (ABŞ) dəyişir.
Geotermik qradiyent
== Geotermik qradiyent == Geotermik qradiyent– yerin müəyyən dərinliyində yerləşən sabit illik temperatur təbəqəsindən (izotermik təbəqə) dərinliyə doğru getdikcə temperaturun hər 100 metrdən bir artma kəmiyyətinə deyilir. Yer qabığı üçün orta Geotermik qradiyent 3 dərəcədir. Geometrik qradiyent müxtəlif sahələrdə və dərinliklərdə geniş diapazonda dəyişərək, maksimal kəmiyyəti 14,8 dərəcə olub Bonantsada (ABŞ, Oriqon Ştatı), minimal göstərici isə Vitvatersrandda (Afrika) müşahidə edilmişdir.