Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qolsovoe gölü
Qolsovoe gölü — Yeni Torpaq arxipelaqına daxil olan, Şimal adasında yerləşən göl. İnzibati cəhətdən Rusiyanın Arxangelsk vilayəti ərazisinə daxildir. Gölün su səthinin sahəsi 55,8 km², su toplayıcı sahəsi isə 596 km² təşkil edir. Göl düzənlikdə yerləşir. Ərazisi şərqdən qərbə doğru uzanır. Göldən Severnaya Krestovaya çayı başlayır və Krestovaya körfəzinə tökülür. Gölün şimalına buzlaq daxil olur. Gölün qidalanması qarışıq olsa da buzlaqlar əsaq qidaalandırıcıdır. Gölün sahilində Quş koloniyası yerləşir.