Hörümçəkkimilər
Hörümçəkkimilər (lat. Arachnida) — heyvanlar aləminin buğumayaqlılar tipinə aid heyvan sinfi. 70000 (70 min)-dən artıq növü vardır. Müxtəlif şəraitdə yaşamağa uyğunlaşdığından geniş yayılmışdır. Hörümçəkkimilərə meşələrdə, bağlarda, tarlalarda, həyətlərdə, evlərdə və müxtəlif yerlərdə rast gəlinir. Hörümçəklər tor qura bilmələri, əqrəblər qarıncıq buğumlarının çox olması və son buğumunda zəhər vəzisinin yerləşməsi, qısqacların çox güclü inkişaf etməsi, diri bala doğması ilə seçilir. Əqrəblər əsasən isti yerlərdə çox olurlar. Bövlərin zəhər vəziləri olmur. Onlar kənd təsərrüfatı zərərvericilərini məhv etdikləri üçün faydalı hesab olunur. Gənələr hörümçəkkimilərin zərərverici nümayəndəsidir.