Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Cəlalzadə Mustafa Çələbi
Cəlalzadə Mustafa Çələbi (d. 1491, Kastamonu - ö. 1567, İstanbul) — I Süleyman dönəmində yaşamış Osmanlı dövlət adamı və tarixçisi.
Calal Calalzadə
Calal Qaryağdı oğlu Calalzadə (17 oktyabr 1993, Bərdə rayonu – 3 oktyabr 2020, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Calal Calalzadə 1993-cü il oktyabr 17-də Bərdə rayonunun Mustafaağalı kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Calal Calalzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Calal Calalzadə oktyabrın 3-də Madagizin azad edilməsi zamanı şəhid olub. Bərdə rayonunun Mustafaağalı kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Calal Calalzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Flora Xəlilzadə
Flora Fətulla qızı Xəlilzadə (23 avqust 1955, Urud, Sisian rayonu) — azərbaycanlı jurnalist, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü. == Həyatı == Flora Xəlilzadə 23 avqust 1955-ci ildə Zəngəzur mahalının Sisian rayonunun Urud kəndində anadan olub. Rayonun Vağədi kənd orta məktəbini bitirdikdən sonra ADU-nun Jurnalistika fakültəsinə daxil olub və 1977-ci ildə oranı bitirib. "Azərbaycan təbiəti" jurnalında, "Azərbaycan müəllimi", "Azərbaycan" qəzetlərində işləyib. Bir müddət "Azərbaycan qadını" jurnalının redaktoru olub. Uzun müddət İctimai televiziyada layihə rəhbəri, "Yadigarlar" verilişinin müəllifi və aparıcısı olub. Hazırda Azərbaycan Televiziyasının (AzTV) Ədəbi-dram verilişləri" Baş Redaksiyasının baş redaktoru vəzifəsində çalışır. Prezident İlham Əliyevin göstərişi ilə Azərbaycan Televiziyasında yaradılan və verilişlərin keyfiyyətinə nəzarət edən Bədii Şuranın üzvüdür. 1972-ci ildən mətbuatda publisistik və bədii yazıları dərc olunur. Peşəkar jurnalist kimi mətbuatda çalışdığı dövrdə yüzlərlə elmi, ədəbi, publisistik, tənqidi məqalələri çap edilib.
Mehriban Xəlilzadə
Mehriban Xəlilzadə (Əliyeva-Xəlilzadə) (Şəki) — tikməçi rəssam, tikməli miniatür ustası. == Həyatı == Mehriban Xəlilzadə Şəkidə anadan olub. Orada ərəb və fars dilləri təmayüllü məktəbə gedib. Ustadı anası, İncəsənət təbliğatçısı kimi tanınan Nəcib Xanımlar İncəsənət Birliyinin sədri olmuş mərhum Arifə Məmmədova, olub. 1995-ci ildə ailəsi ilə birgə Şəkidən Bakıya köçür. Təbliğat işlərinin daha da genişləndirilməsi planı var idi. O dövrdə qarşıda geniş perspektivlər açılsa da, zamanın gərgin dövründə tikmə kimi incə mədəniyyətin yaşadılması çox çətin idi. Uzun illərin zəhməti nəticəsində sənətin çətin yollarında irəliləyən anasına yol yoldaşı olmağa çalışıb. Bir neçə il fasilə də verməli olub. Emalatxanası, ev şəraitində və gecələr işləyir.
Təmkin Xəlilzadə
Təmin Xəlilzadə (6 avqust 1993[…], Bakı) — Azərbaycan futbolçusu. II Liqa təmsilçisi "Füzuli"-də çıxış edir. Azərbaycan milli futbol komandasının üzvü olub. == Həyatı == Təmkin Xəlilzadə kiçik yaşlardan futbolla məşğul olmuşdur.İlk məşqlərə Binəqədi qəsəbəsində Elbrus müəllimin rəhbərliyi altında çıxmışdır.Rəsmi matçına 2012-ci ildə Qarabağ-Xəzər L oyunu ilə başlanğlc verib daha sonra Azal və Qəbələ kimi klublarda çıxış edən futbolçu sonra Sabah FK-da çıxış edib. Milli komandanın üzvü olub. Seçmə mərhələdə Xorvatoyanın qapısına qol vurmaqla komandaya qələbə qazandırıb. Ümumilikdə millidə 17 matça çıxıb və 3 qol vurub. 2022-ci ildə Sabah ilə müqaviləsi başa çatan T.Xəlilzadə 1 il klubsuz qaldıqdan sonra 2023-cü ildə II Liqa təmsilçisi "Füzuli" klubu ilə anlaşıb. Müqaviləyə görə Xəlilzadə yalnız oyundan-oyuna yeni kollektivinin düşərgəsinə qoşulacaq və forma geyinəcəyi hər qarşılaşmaya görə 200 manat maaş alacaq.
Əmrah Xəlilzadə
Əmrah İnqilab oğlu Xəlilzadə — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Əmrah Xəlilzadə 1997-ci il avqustun 1-də Biləsuvar şəhərində anadan olub. 2005-2016-cı illərdə N. Nərimanov adına 6 nömrəli tam orta məktəbdə təhsil alıb. Subay idi. == Hərbi xidməti == Əmrah Xəlilzadə 2016-cı ildə Biləsuvar Hərbi Komissarlığı tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılıb. Əvvəlcə Gəncə şəhərində yerləşən "N" saylı hərbi hissədə, sonra isə Tovuz rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmət edib. 2018-ci ilin aprelində hərbi xidmətini başa vurduğdan sonra bir müddət ofisiant olaraq çalışıb. 2020-ci ildən isə Azərbaycan Silahlı Qüvvələrinin Ağcabədi rayonunda yerləşən "N" saylı hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçu olaraq xidmət edirdi. Azərbaycan Ordusunun əsgəri olan Əmrah Xəlilzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Hadrut qəsəbəsinin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Əmrah Xəlilzadə oktyabrın 26-da Füzulinin azad edilməsi zamanı şəhid olub.
Xəlilzadə Mehmed Səid Əfəndi
Xəlilzadə Mehmed Səid Əfəndi (v. 12 mart 1755, Bursa) — Osmanlı alimi, xəttatı və şeyxülislamı. == Həyatı == Doğum tarixi bilinməsə də, İstanbulda dünyaya gəldiyi məlumdur. İki dəfə Anadolu qazəsgəri olan Qara Xəlil Əfəndinin oğludur. Bu səbəblə Xəlilzadə olaraq anılır. Mədrəsə təhsili ilə yanaşı atasının məclislərində də iştirak edərək özünü yetişdirən Səid Əfəndi təhsilini tamamlamasının ardından 1706-cı ildə müdərrislik dərəcəsi qazandı. Müxtəlif mədrəsələrdə xidmət etdikdən sonra 1728-ci ildə Bursa qazılığına təyin edilən Səid Əfəndi həmin il Məkkə qazılığı payəsini (namizədliyi) aldı. 1735-ci ildə təyin edildiyi İstanbul qazılığındakı fəaliyyəti bəyənilmiş, bu səbəblə 1739-cu ildə yenidən bu vəzifəyə gətirilərək 4 il bu vəzifədə qalmışdır. 11 fevral 1740-cı ildə Anadolu qazəsgəri oldu və 1741-ci ilin iyununadək bu vəzifədə qaldı. 1746-cı ilin noyabrında Rumeli qazəsgərliyi payəsi aldı və 28 mart 1748-ci ildə bu vəzifəyə gətirildi.