Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Həmaşəhr
Həmaşəhr – İranın Fars ostanının Sipidan şəhristanının Həmican bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 969 nəfər və 224 ailədən ibarət idi.
Sərşəhər məscidi
Sərşəhər məscidi — Azərbaycan Respublikasının Ordubad şəhərinin Sərşəhər məhəlləsində yerləşən məscid və tarix-memarlıq abidəsi. XVIII əsrə aid olan məscid Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb. Məscidlərlə zənginliyi cəhətdən nəinki Naxçıvan bölgəsində, bütövlükdə Azərbaycanda əvvəlinci yerlərdən birini tutan Ordubad şəhərinin əsas məscidlərindən biri də Sərşəhər məscididir. Şəhərin böyük və əsas məhəllələrindən biri olan Sərşəhər məhəlləsinin mərkəzində yerləşdiyi üçün məscid belə adlanır. “Sərşəhər” sözü “şəhərin başı, mərkəzi” mənasındadır. Bu məhəllədə qədim tikililərə daha çox təsadüf olunur. XVIII əsrin əvvəllərində Naxçıvan sancağının Azadciran nahiyəsinə daxil olan Ordubad qəsəbəsinin məhəllələrindən birinin adı indi olduğu kimi Sərşəhər məhəlləsi olmuşdur . Sərşəhər məscidi məhəllənin mərkəzi meydanının şimal tərəfində yerləşir. Bünövrəsi çay daşı, yuxarı hissəsi isə çiy kərpicdən tikilmiş, fasadı bişmiş kərpiclə üzlənmişdir. Sərşəhər məscidi planda kvadrat şəkilli olub, iki mərtəbədən ibarətdir.
Nevşəhər
Nevşəhər — Türkiyənin Nevşəhər ilinin inzibati mərkəzi.
Nevşəhər ili
Nevşəhər ili — Türkiyədə il.
Yalnız bir ölkə ilə həmsərhəd olan ölkələrin siyahısı
Yalnız bir ölkə ilə həmsərhəd olan ölkələrin siyahısı - Siyahıda yalnız bir ölkə ilə quru sərhədlərinə malik ölkələrin adları qeyd olunmuşdur.