Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bagger 288
Bagger 288 — enerji və mədən şirkəti Rheinbraun üçün Krupp tərəfindən istehsal edilmiş tırtıllı mobil zolaq qazma maşınıdır. Onun tikintisi 1978-ci ildə başa çatmış və 13.500 tonla Big Muskieni geridə qoyaraq dünyanın ən ağır quruda hərəkət edən nəqliyyat vasitəsi olmuşdur. Onun dizaynı beş il, tikintisi də həmçinin beş il çəkmiş, ümumi dəyəri isə 100 milyon ABŞ dolları dəyərində olmuşdur. 1995-ci ildə çəkisi 14200 ton olan Bagger 293 ən ağır quruda hərəkət edən nəqliyyat nəqliyyat vasitəsi adını ondan almışdır.
Haller güləbətini
Haller güləbətini (lat. Pulsatilla halleri) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin güləbətin cinsinə aid bitki növü.
Stanislav Haller
Stanislav Haller (26 aprel 1872, Krakov, Sisleytaniya – 1940[…], Xarkov) — Katın qırğınında öldürülən Polşa Ordusunun generalı. 1894-1918-ci illərdə Haller Avstriya-Macarıstan ordusunda xidmət edib. Digər hərbi vəzifələri ilə yanaşı, o, həmçinin Krakov qalasının komandandı idi. 1918-ci ildə yeni yaranan Polşa ordusuna qoşuldu. Sovet-Polşa müharibəsində polyakların qalib gəlməsində xidmətləri oldu. 1919-1920-ci illərdə və 1923-1925-ci illərdə və 1926-cı ildə Polşa ordusunun Baş qərargah rəisi vəzifəsini yerinə yetirdi. 1926-cı ildə Yozef Pilsudskinin qurmuş olduğu rejimin müxalifi kimi istehfa etdi. 1939-cu ildə Sovetlər tərəfindən həbs olundu və əsir düşərgəsinə yerləşdirildi. NKVD tərəfindən 1940-cı ilin aprel ayında Polşa ordusunun yüksək rütbəli 14 generalı ilə birlikdə Katın qırğınına qurban getdi. Katın qırğını Molotov-Ribbentrop paktı Birinci Dünya müharibəsi Sovet-Polşa müharibəsi İkinci Dünya müharibəsi Stalisław Haller (sic!) (1926).
Convair F-102 Delta Dagger
F-102 modelinin əsas vəzifəsi düşmən təyyarələrinin müəyyən edilməsi və məhv edilməsi idi. F-102 Dünyanın ilk hər bir hava şəraitində xidmət edə bilən supersonik önləmə təyyarəsi və ABŞ Hərbi Hava Qüvvələrinin (USAF) xidmətə qəbul edilmiş ilk delta qanadlı təyyarəsidir. İlk uçuşu 24 oktyabr 1953-cü ildə baş tutmuş, 1956-cı ildən etibarən Havadan Müdafiə Komandanlığında xidmətə qəbul edilmişdir. Convair, 975 ədədi F-102A olmaqla ümumi olaraq 1,101 ədəd F-102 istehsal etmişdir. USAF hərbi təlim təyyarəsi olaraq pilot və tələbənin yan-yana oturduğu TF-102 modellərindən də 111 ədəd satın almışdır. Təyyarədəki elektron təchizat müharibə vəziyyətində düşmən təyyarəsini müəyyən edib radarları vasitəsi ilə hücum vəziyyətinə keçirəcək, münasib zaman yetişdikdə də elektron atəşə nəzarət sisteminin köməkliyi ilə AA raket və döyüş raketlərini avtomatik olaraq atəşləyəcək şəkildə hazırlanmışdı. Bir keçid dövrü təyyarəsi olmasına baxmayaraq “Delta Dagger” uzun və uğurlu bir xidmət müddəti keçirmiş, ABŞ-ni SSRİ və digər ölkələrin hava hücumlarından müdafiə etmişdir. Ən böyük çatışmazlığı sürətinin aşağı olması idi. Çox az bir fərq ilə supersonik idi, ancaq xarici yanacaq çənləri əlavə edilincə sürəti Mach 0.95-də qalırdı və bu da sürətli bombardmançı döyüş təyyarələrini vurmağa kifayət etmirdi. Daha sürətli F-101B və F-106 modelləri meydana çıxandan sonra, onların fəaliyyət müddəti də azalmağa başladı.
Caqqer Stefens
Caqqer Stefens (d. 12 may 1998) — Quamlı üzgüçü. Caqqer Stefens Quamı 2017-ci ildə XXXVII Su idman növləri üzrə Dünya Çempionatında təmsil etdi. == Karyerası == Caqqer Stefens birinci dəfə Dünya Çempionatına 2017-ci ildə qatıldı. O, Budapeştdə baş tutan XXXVII Su idman növləri üzrə Dünya Çempionatında kişilər 100 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 52.35 saniyəlik nəticəsi ilə 119 üzgüçü arasında 69-cu oldu və yarımfinala vəsiqə qazana bilmədi.
Mik Caqqer
Ser Maykl Filip (Mik) Caqqer (ing. Sir Michael Philip (Mick) Jagger; 26 iyul 1943, Dartford) — britaniyalı rok musiqiçi, aktyor, prodüser, Rolling Stones qrupunun qurucusu və vokalisti. Maykl Caqqer 26 iyul 1943-cü ildə İngiltərənin Dartford şəhərində dünyaya gəlib. Onun ailəsinin incəsənətlə heç bir əlaqəsi olmayıb. Atası Basil Fanshawe "Joe" Jagger (13 aprel 1913 – 11 noyabr 2006) məktəbdə müəllim işləyirdi, anası Eva Ensley Mary (6 aprel 1913 – 18 may 2000) isə bərbər, həmçinin Mühafizəkarlar Partiyasında koordinator idi. Caqqerin kiçik qardaşı Kris Caqqer (19 dekabr 1947) də musiqiçidir. Valideynlər oğlunu iqtisadçı kimi görmək arzusunda idilər. Ona görə də çalışırdılar ki, onu nüfuzlu London İqtisadiyyat və Siyasi Elmlər Məktəbinə qəbul etsinlər. Mayklı təhsil çox az maraqlandırırdı. Mahnı oxumaq uşaqlıqdan onun ən sevimli məşğuliyyəti idi və o, ümid edirdi ki, nə vaxtsa böyük səhnəyə gələcək.
Haqqə surəsi
69-cu surə
Virciniya Haqlar Bəyannaməsi
Virciniya Haqlar Bəyannaməsi (ing. The Virginia Declaration of Rights) — kifayətsiz hökumətə qarşı üsyan haqqını da özündə ehtiva edən insanın doğuşdan gələn təbii haqlarını bəyan etmək üçün hazırlanan sənəd. Bəyannamə 29 iyun 1776-cı ildə qəbul edilən Virciniya konsitutsiyasından ayrı sənəd olaraq 12 iyun 1776-cı ildə Virciniyada Konqres nümayəndələrinin səsverməsi ilə qəbul edilmişdir. Con Lokkun doktirini və Şarl Lui Monteskyönün hakimiyyətin bölünməsi fikirlərindən təsirlənərək hazırlanmışdır. Bu sənəd daha sonra Virciniya Əyalət Konsitutsiyasının I maddəsi olaraq qəbul edilmişdir və bir az dəyişiklik edilmiş halı bu gün də Virciniya konstitutsiyasında hüquqi mənada təsiri olması baxımından hiss olunur. Bu sənəd daha sonra ABŞ İstiqlaliyyət Bəyannaməsini (1776) və Fransa inqilabınının İnsan və Vətəndaş hüquqlarıı haqqında bəyannaməsi də (1789) daxil olmaqla bir çox bu növdən sənədlərə təsir etmişdir.