Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Hakimin köməkçiləri (futbol)
Futbol hakim köməkçiləri (1996-cı ilə qədər laynsmen (ing. linesman) və ya laynsvumen (ing. lineswoman ) kimi tanınırdılar) — oyun zamanı referiyə qaydalara riayət etməsində kömək edə biləcək şəxslər. Futbolun ən mütəşəkkil səviyyələrində hakim briqadası 3 nəfərdən ibarət olur, onların ikisi köməkçi qismində, biri isə baş hakim kimi oyunu idarə edir. Onların əsas vəzifələri topun çıxdığını və hansı komandanın oyunçuları topu oyuna yenidən qaytarmaq hüququna malik olduğunu göstərmək, oyundan kənar vəziyyət baş verərsə, bunu baş hakimə bildirmək və hakimin görmədiyi məqamlarla bağlı ona məsləhət verməkdədi. Yerli oyun qaydalarından və hakimin mülahizəsindən asılı olaraq, köməkçi hakim müxtəlif inzibati vəzifələridə görə bilər. Məsələn, əgər baş hakim oyunu hər hansısa səbəbdən davam edə bilmirsə, onu köməkçi hakimlərdən biri əvəz edə bilər, həmçinin əvəzləmə vaxtı oyunçulara nəzarət edə bilər. Köməkçi hakimlər məsləhətçi rolunda çıxış edirlər, və onların verdiyi hər fikiri baş hakim ləğv edə bilər. Yüksək səviyyəli oyunlarda referiyə dördüncü hakim kömək edir. Dördüncü hakimin vəzifəsi, bir qayda olaraq, inzibati xarakter daşısada, qaydalardan və hakimin qərarlarından asıllı olaraq dəyişə bilər.
Akimine Kamicyo
Akimine Kamicyo (上条明峰, Kamijō Akimine, d. 13 sentyabr 1975, Kanaqava prefekturası) — Yaponiya manqakası. "Akimine Kamicyo" əslində onun qələm adıdır. "Coşi" (azərb. "Xanım"‎) ləqəbi ilə tanınır. İlk işini docinşi şəklində "Meyka Hataqaşira" (伯明華, Hatagashira Meika) adı ilə nəşr etdirmişdir. İki ay manqaka Rumiko Takahaşinin, daha sonra "Quojuz" manqasının müəllifi Haruko Kaşivaqinin köməkçisi olmuşdur. Əsas işləri "Samurai Deeper Kyo" və 2013-cü ildə tamamladığı "Code:Breaker" manqa seriyalardır. "Samurai Deeper Kyo" və "Code:Breaker" manqaları əsasında anime serialları çəkilmişdir.
Hacıman şəlaləsi
Hacıman şəlaləsi — Azərbaycan Respublikasının Ağsu rayonu, Hacman kəndi inzibati vahidliyində yerləşir. Şəlalə həmçinin Pirqulu Dövlət Təbiət Qoruğunun bir hissəsini təşkil edir.
Banəveylə-i Hacıminə (Sərdəşt)
Banəveylə-i Hacıminə (fars. بناويله حاجي مينه‎) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 102 nəfər yaşayır (19 ailə).