Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Halcyon smyrnensis
Qırmızıdimdik balıqçıl (lat. Halcyon smyrnensis) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin rakşikimilər dəstəsinin balıqçıllar fəsiləsinin halcyon cinsinə aid heyvan növü. == Haqqında == Adi balıqcıldan nəzərəçarpacaq dərəcədə iridir. Üstü göydür. Başı qonur, boğazı ağdır. Qarnı qonurdur. Dimdiyi qırmızıdır. Arealı Türkiyədən Cənub-Şərqi Çinə və Flippinə qədər Asiyanın cənubudur. Su hövzələrinin sahillərində məskunlaşır. Təsadüfi rast gəlinən quş kimi Lənkəran yaxınlığında 2 dəfə tutulmuşdur.
Halcyoninae
Halcyoninae (lat. Halcyoninae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin rakşikimilər dəstəsinin balıqçıllar fəsiləsinə aid heyvan yarımfəsiləsi.
Ceryle alcyon
Megaceryle alcyon (lat. Megaceryle alcyon) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin rakşikimilər dəstəsinin balıqçıllar fəsiləsinin megaceryle cinsinə aid heyvan növü.
Megaceryle alcyon
Megaceryle alcyon (lat. Megaceryle alcyon) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin rakşikimilər dəstəsinin balıqçıllar fəsiləsinin megaceryle cinsinə aid heyvan növü.
Hamqyon-Pukto
Hamqyon-Pukto (kor. 함경북도) — inzibati mərkəzi Çxoncin şəhəri olan Koreya Xalq Demokratik Respublikası (Şimali Koreya) vilayəti. Demək olar ki, vilayətin bütün əhalisi koreyalıdır. Viləyətdə Hamqyon dialekti üstünlük təşkil edir. Bu vilayət post-sovet ölkələrində yaşayan ən böyük koreyalı icmasının (Koryo-Saram) tarixi vətənidir. 1895-ci ildən əvvəl köçənlərin çoxu Yukçin regionundan gəlirdi. Daha sonra bunları Kilcu və Myonçxon qəzalarından gələn köçkünlər əvəz etmişdir. == Coğrafiya == Vilayət şimalda Çin, cənub-qərbdə Hamqyon-Namdo, qərbdə isə Ryanqando ilə həmsərhəddir. Vilayətin şərqində Yapon dənizi yerləşir. Vilayətdə həmçinin Tonhe kosmodromu və Hveryon konsentrasiya düşərgəsi yerləşir.
Falcon 9
Falcon 9 — ABŞ-də SpaceX tərəfindən dizayn və istehsal edilmiş qismən təkrar istifadə edilə bilən iki mərhələli orbitə orta qaldırıcı daşıyıcı raket. Falcon 9 dünyada ilk təkrar istifadə edilə bilən raket adını qazanmışdır. == Sərmayə == SpaceX Falcon 1-dən fərqli olaraq Falcon 9-u NASA-nın sərmayəsi ilə hazırlamışdır. SpaceX 2011-ci ildə Falcon 9 v1.0 üçün lazım olan məbləğin 300 milyon dollar olacağını təxmin etmişdi. SpaceX Falcon 9 və Dragon kapsulu üçün lazım olan maliyyənin 450 milyon dollarını öz büdcəsindən, 396 milyon dollarını isə NASA-nın verdiyi maliyə yardımından istifadə etdi.
Falcon Heavy
Falcon Heavy — SpaceX şirkəti tərəfindən istehsal edilmiş təkrar istifadə edilən uçuş raketi. Falcon Heavy Falcon 9 raketinə əsaslanır.
Millennium Falcon
Millennium Falcon və ya Minilliyin şahini — "Ulduz müharibələri" franşizasında uydurma kosmik gəmi. Co Conston tərəfindən "Ulduz müharibələri: IV Epizod – Yeni ümid" filmi (1977) üçün yaradılmışdır. Bu, daha sonra "Ulduz müharibələri: Bayrama özəl" (1978), "İmperiya cavab zərbəsi vurur" (1980), "Cedayın qayıdışı" (1983), "Gücün oyanması" (2015), "Sonuncu ceday" (2017), "Han Solo: Ulduz müharibələri. Hekayələr" (2017) və "Skayuolkerin yüksəlişi" (2019) filmlərində nümayiş edilmişdir. Bundan əlavə, "Şahin" kitablar, komikslər və oyunlar da daxil olmaqla "Ulduz müharibələri"nin müxtəlif spin-offlarında nümayiş edilmişdir. Ceyms Lukenonun "Minilliyin şahini" romanı eyniadlı kosmik gəmi haqqındadır. gəmisinə diqqət yetirir. Bu, həmçinin 2014-cü ildə yayımlanmış "Leqo filmi" animasiya filmində nümayiş edilmişdir. "SpaceX"in "Falcon 1" roketləri bu "Ulduz müharibələri" kosmik gəmisinin şərəfinə adlandırılmışdır.
General Dynamics F-16 Fighting Falcon
F-16 Döyüşən Şahin (ing. F-16 Fighting Falcon) — Amerika Birləşmiş Ştatları "General Dynamics" şirkəti tərəfindən dizayn və istehsal edilmiş, ABŞ və müttəfiq ölkələrin silahlanmasında olan, çoxməqsədli, dördüncü nəsil hərbi təyyarə. 2-ci dünya müharibəsindən sonra Sovet istehsalı MiQ-21 və ABŞ istehsalı F-4 qırıcı təyyarələrindən sonra ən çox istehsal olunan 3-cü qırıcı təyyarə hesab olunur. 2016-cı ilin iyul ayına qədər 4.573 ədəd istehsal olunmuşdur. Bu qırıcılar B-61 nüvə bombası da daşıya bilir. == İstehsalı == "F-16" təyyarələri 1972-ci ildən bəri ABŞ-nin Lokhid Martin korporasiyası tərəfindən istehsal edilir. Hazırda ABŞ başda olmaqla dünyanın 19 ölkəsinin hərbi hava qüvvələrinin əsasını təşkil edir. İndiyədək 4200-dən çox təyyarə istehsal edilib. F-16 xarici ölkələrdə ən geniş yayılmış dördüncü nəsil qırıcılardır. 80-ci illərin əvvəllərindən başlayaraq təyyarələrin gövdəsi radarlara yaxalanma riskini azaldan xüsusi texnologiya əsasında istehsal edilir.