Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Daşlaşma
Daşlaşma — kövrək çöküntülərin bərk süxurlara çevrilmə prosesi. == Haqqında == Daşlaşma çöküntünün müxtəlif dəyişilmə mərhələlərində baş verə bilər. Duzlardan, karbonatlardan, silisium oksidindən və başqa təşkil olunmuş çöküntülərdə daşlaşma prosesi sedimentasion mərhələdə də başlaya bilər. Qırıntılı və gilli çöküntülərdə daşlaşma adətən daha gec, diagenezin son mərhələlərində və katagenezdə artan təzyiq və temperaturun təsiri altında başlanır. Daha nadir hallarda bəzi qırıntılı süxurlarda (qumlar, qravelitlər) hipergen daşlaşma mərhələsi qırıntılı hissəcikləri sementləşdirən birləşmələrlə zən­gin olan qrunt sularının təsiri altında gedir. Daşlaşma artıq suların kənar edilməsi, kolloidlərin və kimyəvi, həm də biokimyəvi yolla çökmüş maddələrin krislallaşması və formalaşan süxur sementinin və çöküntülərin komponentlərinin mineral tərkibinin dəyişməsi ilə müşayiət olunur. Kövrək çöküntülərin süxura keçməsi həmişə onların sıxlaşması ilə bağlı olur. Daşlaşma heyvan və bitkilərin gö­mülmüş qalıqlarında üzvi maddələrin mineral maddələrlə əvəz olunma prosesi nəticədə həmin qalıqlar vaxt keçdikcə daşlaşmış qalıqlara çevrilirlər. == İstinadlar == == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.
Yadlaşma (fəlsəfə)
Yadlaşma anlayışı- Marksın nəzəriyyəsinin xüsusilə başlanğıc mərhələsində bariz bir prioritetə və əhəmiyyətə malikdir. Marksın ilkin yazılarında bu prioriteti və yadlaşma anlayışının müxtəlif məzmunlarda görmək olar. 1844-cü il Əlyazmalarını və Alman İdeologiyasını bu nöqtədə xatırlanmağa dəyər. İki cür yadlaşmadan danışmaq olar, Marksın bu çalışmalarında. Bunlardan birincisi təbiətdən qopma mənasındakı yadlaşma: insan, təbiətdən qoparaq mədəni-ictimai sahədə özünə ikinci bir təbiət qurmaq mənasında, təbiətə yadlaşır. Bu insan olması açıqlayan keyfiyyətinə müsbət qarşılanan yadlaşmadır, müəyyən bir müddət olaraq başa düşülür. İkinci yadlaşma isə, şəxsən kapitalist bazarın və kapitalist ictimai sistemin yaratdığı yadlaşmadır. Bunun nəticəsi kimi insan öz təbiətinə yadlaşır. Beləliklə insan özünə, öz əməyinə, münasibətlərinə, dünyaya və həyata yadlaşır. Kapitalist bazarın bir elementi olaraq işləyən mexanizmlərdən biri halına gəlir.
Anlaşma memorandumu
Anlaşma memorandumu iki (ikitərəfli) və ya daha çox (çoxtərəfli) tərəflər arasında bağlanan müqavilə növüdür. O, nəzərdə tutulan ümumi fəaliyyət xəttini göstərməklə tərəflər arasında iradənin yaxınlaşmasını ifadə edir. Bu, çox vaxt ya tərəflərin hüquqi öhdəliyi nəzərdə tutmadığı hallarda, ya da tərəflərin qanuni qüvvəyə minən müqavilə yarada bilmədiyi hallarda istifadə olunur. Bu, centlmen sazişinə daha formal alternativdir. Sənədin icbari müqavilə olub-olmaması yalnız sənədin mətnində ("dörd künc" adlanan) dəqiq müəyyən edilmiş hüquqi elementlərin olub-olmamasından asılıdır. Tələb olunan elementlər təklif və qəbul, nəzərə alma və qanuni olaraq bağlı olmaq niyyətidir (animus contrahendi). ABŞ-də müqavilənin mallar (Vahid Ticarət Məcəlləsinə müvafiqdir) və ya xidmətlər (ştatın ümumi qanunlarına müvafiq) üçün olmasından asılı olaraq xüsusiyyətlər bir qədər fərqlənə bilər. Bir çox şirkətlər və dövlət orqanları departamentlər, agentliklər və ya yaxın şirkətlər arasında əlaqələri müəyyən etmək üçün anlaşma memorandumlarından istifadə edirlər.
BMT paylaşma planı
BMT Paylaşma Planı və ya Birləşmiş Millətlər Baş Məclisi 181 nolu Qərarı 29 noyabr 1947-ci il tarixli qərarına uyğunlaşdırılmış bir plan. == Biblioqrafiya == Bregman, Ahron (2002). Israel's Wars: A History Since 1947. London: Routledge. ISBN Arieh L. Avneri (1984). The Claim of Dispossession: Jewish Land Settlement and the Arabs, 1878–1948. Transaction Publishers. ISBN Fischbach, Michael R. (2003). Records of Dispossession: Palestinian Refugee Property and the Arab-Israeli Conflict. Columbia University Press.
Tektonik fəallaşma zonaları
Tektonik fəallaşma zonaları – tektonik fəallaşma zonalarında aşınma və denudasiya hadisələri səciyyəvi olub, zəlzələ və sürüşmələr daha çox müşahidə olunur. Aşınma hadisəsi zamanı Ca elementi, denudasiya hadisəsi zamanı isə Si elementinin toplanması müşahidə olunur. Tektonik fəalliyyətin yüksəldiyi sahələrdə torpaqlarda Mn və Fe elementlərii ilə, yeraltı sularda isə karbonla zənginləşmə hadisəsi baş verir. Mn elementinin yüksək miqdarı tektonik fəallaşma sahələri üçün tipomorf kimyəvi element hesab olunur. Tektonik fəallaşma zonalarında manqan yataqları, habelə Fe / Na nisbətlərinin yüksək göstəriciləri səciyyəvidir.
Tektoniki fəallaşma sahələri
Tektoniki fəallaşma sahələri – zəlzələ, uçqun və sürüşmələr tipli neotektoniki hadisələrlə müşayət olunur. Həmin sahələr üçün aşınma və denudasiya hadisələri də səciyyəvidir. Oksidləşmə şəraiti yaradan kimyəvi elementlər və birləşmələr – sərbəst O ilə yanaşı S, Fe və s. elementlərin kimyəvi fəallığı yüksəlir. Qələvi və qələvi-torpaq metallar, habelə halogenlər aqressivlik göstərir. Tektonik fəallığın yüksəldiyi sahələrdəki geokimyəvi mühitdə yaranan torpaqlar və sularda K, Fe və S elementlərii ilə zənginləşmə baş verir. Tektoniki oreollar öz mahiyyətinə görə həm də diffuziya oreolları hesab oluna bilər. Tektoniki oreollarda Fe, C, S və s. elementlərinin zənginliyi diffuziya qabiliyyətini nümayiş etdirir. Səth və yeraltı sularda orta temperaturdan yüksək göstəricilər müşahidə edilir.
Hallasan
Hallasan Cənubi Koreyanın Çejudo adasında yerləşən Qalxanvari vulkandır. Cənubi Koreyadakı ən yüksək dağdır. Dağ və ətrafındakı ərazi Hallasan Milli Parkı (한라산국립공원, 漢拏山國立公園) kimi təyin olunmuşdur. Cirisan və Soraksan ilə birlikdə Hallasan Cənubi Koreyanın üç əsas dağından biri hesab olunur. == Adları == Hallasan Cənubi Koreyadakı ən yüksək zirvədir və koreyalılar burda müxtəlif allahların və ruhların yaşadığına inandığı üçün bu dağa sitayiş edir. Bu dağın adı Şimali Koreyada Çosungulda Hannasan (한나산) kimi yazılır, lakin yenə də Hallasan olaraq tələffüz olunur. Keçmişdə bu dağ Buaq (부악/釜岳), Vonsan (원산/圓山), Cinsan (진산/鎭山), Sonsan (선산/仙山), Dumuaq (두무악/頭無岳), Burasan (부라산/浮羅山), Yonqcusan (영주산/瀛州山), və Hyolmanqbonq (혈망봉/穴望峯) kimi bir çox digər adları ilə tanınmışdır. Bu adların hər birinin mənaları və əfsanələri var. === Hallasan === Han kainatı təmsil edir və la isə "dartmaq" mənasına gəlir. Hər iki söz birlikdə dağın kainatı dartacaq qədər hündür olduğunu ifadə edir.
Pallasia
Encelia (lat. Encelia) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Sinonimləri == === Heterotipik sinonimləri === Pallasia L'Hér.
Allasia
Viteks (lat. Vitex) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinə aid bitki cinsi.
Tayna Halasima
Tayna Halasima (11 dekabr 1997) — Tonqalı sprinter. Tayna Halasima Tonqanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. Tayna Halasima birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında qadınlar 100 m məsafəyə qaçış yarışlarında 1-ci təsnifat mərhələsində 12.80 saniyəlik nəticə ilə 2-ci cığırda 6-cı yeri tutdu və mübarizəni dayandırdı.
Dallasda ən yüksək binaların siyahısı
Dallasda ən yüksək binaların siyahısı - ABŞ-nin Texas ştatında Dallasda hündürlüyünə görə sıralanmış hündür olan binalarını ehtiva edir.