Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Appenin dağları
Apennin dağları (it. Appennini; lat. Apenninus, Apennini montes) — İtaliya ərazisində, Apennin yarımadasında dağ sistemi. İtaliyanın, əsasən, Apennin yarımadası istiqamətində şimalından cənubuna qədər 1000 km boyunca uzanır. Orta hündürlüyü 1200–1800 m, maksimal hündürlüyü 2912 m-dir (Korno-Qrande zirvəsi). Kadibona aşırımı ilə Alp dağlarından, dərəli-təpəli dağətəyi və sahilboyu düzənliklər zolağı ilə isə Adriatik və Tirren dənizlərindən ayrılır. Fəaliyyətdə olan Vezuvi vulkanı Neapol körfəzi yaxınlığındadır. Dağ sisteminə “Apennin” adını ilk dəfə e.ə. 2 əsrdə Polibi vermişdir. == Relyef == Geomorfoloji quruluşuna görə Şimali, Mərkəzi və Cənubi Apennin dağlarına ayrılır.
Appenin yarımadası
Apennin yarımadası (it. Penisola italiana — İtaliya yarımadası; eləcə də it. Penisola appenninica) — Avropanın böyük yarımadalarından biri. Qitənin cənubunda yerləşir və Aralıq dənizinin sahilindədir. Yarımadada İtaliyanın əsas hissəsi, San-Marino Respublikası və teokratik dövlət olan Vatikan yerləşir. Yarımadanın sahəsi 149 000 km²-dir. Uzunluğu təqribən 1100 km, eni 130-dan 300 km-ə qədərdir. Apennin yarımadasının şimal hissəsi Padan ovalığı ilə, qərbdən Tirren dənizi, şərqdən Adriatik dənizi, cənubdan isə İonik dənizi ilə əhatə olunub. Yarımadanı Elba adasından Pombino boğazı, Siciliya adasından isə Messina boğazı ayırır. Yarımadanın adı onun böyük hissəsi boyunca uzanan Appenin dağlarından götürülüb.
Quercus appenina var. cylindracea
Quercus appenina var. rumelica