Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Sibir haskisi
Bu itlər buz mavisi gözləriylə qorxuducu olsalar da, əslində, sevgi dolu bir heyvandırlar. Azadlıqlarına düşkündürlər və inadcıldırlar, yaltaqlanmağı sevmirlər. Bəzilərinin göz rəngi fərqli ola bilər (hətta gözlərinin rəngləri ayrı-ayrı da olur). Uşaqlara qarşı çox xoşgörüşlüdür. Əslində hamı ilə yaxşı keçinir amma quş, siçan kimi balaca heyvanları ovlamaq istəyir, tək qalanda sıxılıb evdəki bəzi əşyaları gəmirə bilər. Boş yerə hürməzlər, amma ulaya bilərlər. İstiyə qarşı dözümləri yoxdur, 60 dərəcə soyuğa kimi dözə bilərlər. Zəif yerleri burun, qulaq və gözleridir, bu orqanları çox həssas və daima nəzarətdə olmalıdırlar. Orta ömürləri 11–13 ildir. Erkəyinin çəkisi: 20 ilə 27, dişisinin çəkisi: 16 ilə 23 kq arasıdır.
Ashıs aymağı
Ashıs aymağı (xakasca: Асхыс аймағы / Ashıs aymağı) — Rusiya Federasiyasının Xakasiya Respublikasında rayon səviyyəsində adminstrativ orqan. Mərkəzi Ashis kəndidir. Kəndin əhalisinin sayı 7267 nəfərdir. == Sözün kökü == Adını mərkəzin yaxınlığındakı Ashis çayından alamqdadır. == Tarixi == Ashis aymağı 30 mart 1924-cü il tarixində Ashis və Ust-Yesinskoy adminstrativ orqanları əsasında qurulmuşdur. Özündə 10-a qədər məskunlaşma ərazilərini birləşdirir. == Coğrafiyası == Xakas-Minusinsk hövzəsinin cənub-şərqində yerləşən Ashis aymağı Bey, Ust-Abakan, Taştıb bölgələri və Kemerovo oblastı ilə əhatə olunmuşdur. Sahəsi 8201.14 km²-dir. Aid olduğu muxtar respublikada sahəsinə görə IV yerdə yerləşir. Sahə Xakass-Minusinsk çökəkliyinin cənub-şərq hissəsində yerləşir.