Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Heavenly
Heavenly — L'Arc~en~Ciel qrupunun albomudur.
Heaven Knows
Heaven Knows — İngiltərə musiqiçisi PinkPantheress-in debüt albomu. 10 noyabr 2023-cü ildə Warner UK tərəfindən buraxılıb. Bu albom onun 2021-ci ildə buraxdığı "To Hell with It" miksteypindən sonra gəlir. Albomdan sinql kimi buraxılan mahnılara daxildir: "Boy's a Liar Pt. 2" (Ice Spice ilə), "Mosquito", "Capable of Love" və "Nice to Meet You" (Central Cee ilə). == Haqqında == PinkPantheress 2023-cü ildə NME-yə verdiyi müsahibəsində demişdi ki, müxtəlif musiqi növlərini sınamaq istəyir və ilk albomunu bu il buraxmağı planlaşdırır. O, həmin il "Boy's a Liar Pt. 2" və "Mosquito" mahnılarının uğur qazanmasından sonra oktyabrın 12-də albom çıxaracağını elan edib. O, albomun son iki ildə yazdığı mahnılardan təşkil olunduğunu və mövzusunun tək olarkən daxili dincliyin tapılması haqqında olduğunu bildirir.
Heaven And Hell
Heaven And Hell (azərb. Cənnət və cəhənnəm‎) – C. C. Catch tərəfindən 1986-cı ildə ifa edilmiş mahnı.
Stairway to Heaven
Stairway to Heaven — Led Zeppelinin tərəfindən, 1971-ci ilin dekabr ayında nəşr olunan Led Zeppelin IV albomundan bir mahnı.Guitar World jurnalı Cimmi Peygin bu solosunu rok tarixindəki ən yaxşı solo seçmişdir. "Stairway to Heaven" 100 ən yaxşı rok mahnısı siyahısında VH1 tərəfindən 2000-ci ildə üçüncü elan edilmiş, ən yaxşı 500-də isə 31-ci yerdə qərarlaşmışdır.
Heaven (D-moll mahnısı)
Heaven (azərb. Cənnət‎) — Monteneqronun 2019 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. D-moll "Heaven" mahnısı ilə Monteneqronu İsrailin Tel-Əviv şəhərində keçirilən Avroviziya 2019-da təmsil etmək hüququ əldə etmişdir. Mahnının musiqisi Denis Bojoviç, sözləri isə Adis Eminiçə aiddir.
Fate/stay night: Heaven's Feel
Fate/stay night: Heaven's Feel (azərb. Tale/gecə mübarizəsi: Cənnətin hissi‎) — Tomonori Sudonun rejissorluğu və Yuki Kaciuranın bəstəkarlığı ilə Ufotable studiyası tərəfindən çəkilmiş anime filmi trilogiyası. Type-Moon şirkəti tərəfindən istehsal olunmuş "Fate/stay night" vizual romanının sonuncu – 3-cü hekayəsi olan "Heaven's Feel" hekayəsinin adaptasiyasıdır, hadisələrin əsas diqqət mərkəzində Sakura Matodur. Trilogiyanın birinci filmi olan "Presage Flower" filminin premyerası 14 oktyabr 2017-ci ildə baş tutmuşdur. İngilis dilinə dublajı 5 iyun 2018-ci ildə ABŞ-də buraxılmışdır. İkinci film "Lost Butterfly" 12 yanvar 2019-cu ildə ekranlaşdırılmışdır. Üçüncü və sonuncu film "Spring Song" isə 15 avqust 2020-ci ildə buraxılmışdır. "Kara no Kyōkai" film seriyasından, "Fate/Zero" və "Fate/stay night: Unlimited Blade Works" anime seriallarından sonra bu trilogiya Type-Moon şirkətinin əsərlərinin Ufotable studiyası tərəfindən çəkiləcək dördüncü anime adaptasiyasıdır. == Rollarda == Noriaki Suqiyama Şiro Emiya (衛宮 士郎, Emiya Shirō) rolunda. Noriko Şitaya Sakura Mato (間桐 桜, Matō Sakura) rolunda.
Mafia: The City of Lost Heaven
Mafia: The City of Lost Heaven (azərb. Mafia: İtmiş cənnət şəhəri‎) — Illusion Softworks tərəfindən yaradılan və Üçüncü-şəxs atıcı janrında olan oyun. Oyun Avropada 6 sentyabr 2002-ci ildə, Amerika Birləşmiş Ştatlarında isə 28 avqust 2002-ci ildə çıxmışdır. Take-Two Interactivein verdiyi məlumata görə oyun 2 milyon nüsxə satılmışdır. 7 sentyabr 2010-cu ildə oyun Steam platformasına uyğunlaşdırılmışdır. Oyunda hadisələr Lost Heaven adlı şəhərdə baş verir. Oyunun əsas süjet xətti 30-cu illər ABŞ-da yaşanmış Mafia mübarizələri təşkil edir. == Giriş == == Məzmun == == Personajlar == Tomas Angelo (ingiliscə Thomas Angelo ) Oyunun əsas personajıdır. Tomas əvvələr taksi sürücüsü işləmişdir. Sonralar mafia aləminə qoşulmuşdur.
Cowboy Bebop: Knockin' on Heaven's Door
Cowboy Bebop: The Movie, Yaponiyada film Cowboy Bebop: Knockin' on Heaven's Door adlanır (yap. カウボーイビバップ 天国の扉, lit. Kovboy Bebop: Cənnət qapısının döyülməsi) — 2001-ci ildə çəkilmiş speys vestern bədii anime filmi. Film Hacime Yatate tərəfindən çəkilmiş və 1998-ci ildə Cowboy Bebop anime seriyasının əsasında qurulmuşdur. Orijinal seriyanın müxtəlif həyəti, rejisor Şiniciro Vatanabe, yazıçı Keiko Nobumoto, xarakter dizaynerı Toşihiro Kavamoto, animasiya direktoru Hiroşi Osaka, və bəstəkar Yoko Kanno daxil olmaqla, filmin üzərində işləmişdir. Filmi orijinal yapon və ingiliscə səsləndirən heyət də rollarını davam etmişdir. Film orijinal seriyanın 22-ci və 23-cü seriyası arasında qurulmuşdur. Filmin süjeti, Marsda insan əhalisini məhv etməyi planlaşdıran və naməlum patogendən istifadə edən sirli terrorist üzərində mərkəzlənir. Bebop kosmik gəmisində kəllə ovçu heyəti, terrorist tutmaq üçün işləyir və baş verə bilən hücumdan əvvəl, patogenin mənbəyini tapırlar. Film Vatanabe tərəfindən televiziya seriyasının davamı kimi qəbul olunmuşdur.
Fate/stay night: Heaven's Feel I. presage flower
Fate/stay night: Heaven's Feel I. presage flower (azərb. Tale/gecə mübarizəsi: Cənnət hissi I. nişanə çiçəyi‎) – Ufotable studiyası tərəfindən Tomonori Sudonun rejissorluğu və Akira Hiyamanın ssenaristliyi ilə 2017-ci ildə istehsal olunmuş fentezi anime filmi. "Fate/stay night" vizual romanının üçüncü və sonuncu hekayəsindən bəhs edən "Heaven's Feel" film trilogiyasının birinci filmidir. Əvvəlki hekayələrdə olduğu kimi bu hekayədə də baş qəhrəman Şiro Emiya şəhərini qorumaq üçün Müqəddəs qədəh döyüşünə qatılır. Lakin bu dəfə Şiro sadəcə sehrbaz və xidmətçilərlə yox, iştirakçıları öldürən müəmmalı kölgə ilə də qarşılaşır. Filmin Yaponiyada premyerası 13 oktyabr 2017-ci ildə baş tutmuşdur. Film tənqidçilərin müsbət rəylərini almış və uğurlu olmuşdur. Davam filmi "Fate/stay night: Heaven's Feel II. lost butterfly" 12 yanvar 2019-cu ildə buraxılmışdır. == Məzmun == Zədəyə görə məktəbin oxçuluq klubunu buraxan Şiro Emiya aşağı sinifdə oxuyan və evini tez-tez ziyarət edən Sakura Mato ilə dostlaşır. Bir gecə Şiro iki qədim döyüşçünün döyüşünə şahidlik edir və aralarındanizə ustası olan döyüşçü ona hücum edərkən Seyber adlı və qılınc ustası tərəfindən xilas edilir.
Fate/stay night: Heaven's Feel II. lost butterfly
Fate/stay night: Heaven's Feel II. lost butterfly (azərb. Tale/gecə mübarizəsi: Cənnət hissi II. itmiş kəpənək‎) – Ufotable studiyası tərəfindən Tomonori Sudonun rejissorluğu və Akira Hiyamanın ssenaristliyi ilə 2019-cu ildə istehsal olunmuş fentezi anime filmi. "Fate/stay night" vizual romanının üçüncü və sonuncu hekayəsindən bəhs edən "Heaven's Feel" film trilogiyasının ikinci filmidir. Əvvəlki filmdə Müqəddəs qədəh döyüşündən kənar qalan və xidmətçisini itirən baş qəhrəman Şiro Emiya onun üçün dəyərli insan olan Sakura Mato və digər iştirakçılar üçün həll yolu axtarmağa çalışır. Filmin Yaponiyada premyerası 12 yanvar 2019-cu ildə ildə baş tutmuşdur. Film tənqidçilərin müsbət rəylərini almış və uğurlu olmuşdur. Davam filmi "Fate/stay night: Heaven's Feel III. spring song" 15 avqust 2020-ci ildə buraxılmışdır. == Məzmun == Seyberin kölgə tərəfindən udulması və öldürülməsindən sonra Şiro Emiya Müqəddəs qədəh müharibəsindən kənar qalır və evinə məğlubiyyətlə qayıdır. Lakin döyüşməyə davam etmək qərarına gəlir. Rin Tosaka ilə görüşdən qayıdandan sonra Şiro başa düşür ki, Sakura Mato qardaşı Şinci tərəfindən qaçırılıb və Şinci ilə döyüşə girişir.
Fate/stay night: Heaven's Feel III. spring song
Fate/stay night: Heaven's Feel III. spring song (azərb. Tale/gecə mübarizəsi: Cənnət hissi III. bahar mahnısı‎) – Ufotable studiyası tərəfindən Tomonori Sudonun rejissorluğu və Akira Hiyamanın ssenaristliyi ilə 2020-ci ildə istehsal olunmuş fentezi anime filmi. "Fate/stay night" vizual romanının üçüncü və sonuncu hekayəsindən bəhs edən "Heaven's Feel" film trilogiyasının üçüncü və sonuncu filmidir. Əvvəlki filmlərdə Müqəddəs qədəh döyüşündən kənar qalan Şiro Emiya Müqəddəs qədəhin bir parçası olduğu məlum olan və qaranlıq tərəfini üzə çıxaran Sakura Matonu xilas etməyə çalışır. Filmin Yaponiyada premyerası 28 mart 2020-ci ildə planlaşdırılsa da, koronavirus pandemiyasına görə 15 avqust 2020-ci ildə baş tutmuşdur.