Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Larisa Heniyuş
Larisa Antonova Heniyuş (belar. Ларыса Антонаўна Геніюш; 9 avqust 1910-7 aprel 1983) — Belarus şairəsi, yazıçısı və ictimai xadimi. == Həyatı == Larisa Antonova 1910-cu il avqustun 9-da çoxuşaqlı bir ailədə anadan olmuşdur. Polşa məktəbində təhsil almışdır. 1928-ci ildə Polşa gimnaiyasını bitirir. Elə bu illərdə polşa, skandinav, ingilis-klassik kimi dünya ədəbiyyatı ilə tanış olur və şeirlər yazmağa başlayır. 1935-ci il fevralın 3-də Praqada Karlova Universitetində tibb təhsili alan tələbə İvan Qeniyuşla ailə qurur. Oğlu Yuriy dünyaya gəldikdən sonra Praqaya köçür. Şairə ilk şeirlərini 1939-cu ildə berlin qəzetində nəşr etdirir. 1942-ci ildə ilk dəfə onun əsərlərinin yığma kitabı «Ад родных ніў» adı altında işıq üzü görür.