Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Valeri Pekress
Valeri Pekress (fr. Valérie Pécresse, anadan olanda Valeri Ru fr. Valérie Roux; 14 iyul 1967[…], Nöyi-sür-Sen, Fransa) — fransız siyasətçisi, Frnasua Fiyon hökumətində 2007–2012-ci illərdə nazir, 2015-ci ildən İl-de-Frans regional şurasının sədri, 2022-ci ildə Fransada keçiriləcək prezident seçkilərində "Respublikaçılar" partiyasının nazmizədi, 22 dekabr 2021-ci ildə Azərbaycan ərazisinə qanunsuz səfərinə görə adı Azərbaycana girişi arzuolunmaz şəxslər siyahısına daxil edilib. Parisdə Ali Kommersiya Məktəbini və İnzibatçılıq Mili Məktəbini bitirib. 1998-ci ilədək Fransa Dövlət Şurasında auditor, Prezident Jak Şirakın məsləhətçisi işləyib. Ana dili olan fransız dili ilə yanaşı, ingilis, rus və yapon dillərini bilir. 2002, 2007 və 2012-ci illərdə İveliyadan Fransa Milli Məclisinin deputatı seçikib. 2004-cü ildə İl-de-Frans regionu şurasının üzvü seçilib. Xalq hərəkatı uğrunda ittifaqın mətbuat katibi işləyib. 2007-ci ildə Fransanın ali təhsil və elmi tədqiqatlar naziri təyin edilib, bu vəzifədə 2010-cu ildə hökumət dəyişiliklərindən sonra da işləyib.
Oberkommando des Heeres
Oberkommando des Heeres (qısaca: OKH, Quru Qoşunlarının Baş Qərargahı) — 1935–1945-ci illər arasında Nasizm dövründə Heer (Quru Qoşunları) qərargahına verilən addır. Veymar Respublikası dövründən Almaniyanın silahlı qüvvələrinin adı olan Reichswehr, Adolf Hitlerin 16 mart 1935-ci ildə Versal sülh müqaviləsinin Almaniya Silahlı Qüvvələrini məhdudlaşdıran maddələrini ləğv edərək yenidən silahlandırma haqqında qanun verməsindən sonra Wehrmacht olaraq dəyişdirildi. Wehrmachtın quru qüvvələri qolu olan Reichsheer də Heer adlandırıldı və OKH Heerin baş qərargahı olaraq yaradıldı. Faşistlərin sovet əsirlərinə qarşı etdiyi cinayətlərin əhəmiyyətli bir hissəsi Oberkommando des Heeresin əmri ilə baş vermişdir.