Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Heliotropin
Heliotropin (3,4-metilendioksibenzaldehid, piperonal)- heliotrop güllərinin iyini verən rəngsiz kristal maddədir; == Fiziki xassələri == Etanolda həll olur, qliserində həll olmur, suda həll olması 0,2%, su buxarı ilə asanlıqla qovulur. Vanil yonqarlarının, heliotrop və yasəmən çiçəklərinin və bəzi efir yağlarının tərkibində vardır. == Kimyəvi xassələri == Suyun, işığın, havanın uzunmüddətli təsirindən parçalanır. == Alınması == Sənayedə H.-ı safrolu (I) qələvi iştirakında izomerləşdirərək, alınmış izosafrolu xrom qarışığı və ya ozonla oksidləşdirməklə alırlar. == Tətbiqi == Heliotropin və onun asetalları ətriyyatda və yeyinti sənayesində ətirli maddələr kimi istifadə olunur. == Mənbə == Химическая энциклопедия, М., Изд. "Советская энциклопедия", 1988, т. 1, с. 1004.