Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Journal of Hellenic Studies
Journal of Hellenic Studies (qısaca JHS) — Britaniya jurnalıdır, Qədim Yunanıstanın dilinə, mədəniyyətinə, arxeologiyasına həsr edilib. Bundan əlavə, ellinistika (yəni Qədim Yunanistan) mövzusu ilə əlaqədar olan bəzi ədəbiyyat də nəşr olunur. "Təşviqi ellinistika Cəmiyyəti" tərəfindən ildə yalnız bir dəfə çap olunur.
Mentha pulegium f. hellenica
Pulqar yarpızı, Giləmərzə (lat. Mentha pulegium) — dalamazkimilər fəsiləsinin nanə cinsinə aid bitki növü. Çoxillik, qısa tüklü bitkidir. Gövdəsi düz, yatan və ya bir qədər qalxan çoxbudaqlı, hündürlüyü 15-30 sm-dir. Yarpaqları qısa saplaqlı, 1-2 sm uzunluqda, 5–10 mm enində, oval və ya yumurtavari, ucları küt, qıraqları azacıq dişciklidir. Çiçəkqrupu çoxsaylı, diametri 10–15 mm olan çoxçiçəkli çiçək köbələrindən ibarətdir. Kasacığı ikidodaqlı, xaricdən tüklüdür. Tacı 5–7 mm uzunluqda, kasacıqdan iki dəfə uzun, əlvan çəhrayı rənglidir. Fındıqcıqları xırda, 0,5 mm uzunluqda, yumrudur. Giləmərzə növü Makaroneziya, Avropa, Efiopiya, eləcə də Aralıq dənizi sahillərindən İrana qədər yayılmışdır.
Hellenia alba
Alpiniya qalanqa (lat. Alpinia galanga) — zəncəfilkimilər fəsiləsinin alpiniya cinsinə aid bitki növü.
Helenit
Helenit — mineral. == Haqqında == Helenit — melilit qrupundan, Ca2Al[(Si,Al)2O7]. Ferrihelenitlə Ca2Fe3+[AlSiO7] tam qarışması mümkündür. Diorit, qabbrolarla kontaktda qatışıqları olan əhəngdaşları hesabına əmələ gəlir. Vezuvian, qrossulyar, larnit, sperritlə assosiasiyadır. Ca-la zəngin olan əsasi qələvi süxurlarda tapılır. Növ müxtəlifliyi: ferrihelenit. == İstinadlar == == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.
Xiphophorus hellerii
Yaşıl qılıncbalıq (lat. Xiphophorus hellerii) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin çəkidişkimilər dəstəsinin poeciliidae fəsiləsinin qılıncbalıq cinsinə aid heyvan növü. Yaşıl qılıncbalıq əsasən gur axıntıya sahib Mərkəzi Amerika çaylarında, istiliyi 20-30 dərəcəyə çatan şirin sularda yaşayır. Bu balıqlar üçün ideal su istiliyi +26-28 dərəcədir. Dişi fərdlər erkək fərdlərdən daha böyük olur. Erkək fərdlər quyruqlarında qılıncı xatırladan çıxıntı ilə fərqlənir. Yosunla qidalanırlar, quru yemlərinin tərkibində spirulinanın olması sağlam inkişafları üçün vacib əhəmiyyət daşıyır. Yağlanmamaları, iç parazitlərin meydana gəlməməsi üçün canlı yem və bol zülallı qidalarla az bəslənmələri gərəkdir. Erkək fərdlər bir-birinə qarşı aqressiv davranır; ancaq akvariumdakı başqa balıq növləri ilə yaxşı yola gedirlər. Əsasən suyun orta və üst hissəsində üzürlər.
Carex helleri
Carex helleri (lat. Carex helleri) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin topalaqkimilər fəsiləsinin cil cinsinə aid bitki növü.
Turdus helleri
Turdus helleri (lat. Turdus helleri) — qaratoyuqlar fəsiləsinin qaratoyuq cinsinə aid heyvan növü.