Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Heraldika
Heraldika — ən qədim dövrdən mövcud olmuş gerb, möhür, emblem və nişanları öyrənən elm, gerbşünaslıq. == Tarixi == Adətən orta əsr mənbələrinə xas olan və mühüm tarixi informasiya daşıyıcısı olan heraldika xüsusi təlim tələb edən sahələrdəndir. Tarixdə heraldikanın hərbi fəaliyyət ilə əlaqədar yaranması fikri üstünlük təşkil edir. Lakin Norman işğallarına qədər heraldikanın sistematik formasına rast gəlinmir. Tarixi materialların tədqiqatçısı üçün heraldikaya aid biliklər mühüm əhəmiyyət kəsb edir. Heraldika təkcə möhür və emblemlərdə deyil, qravür və miniatürlərdədə əks olunur,sənədin həqiqiliyinin, müəllifinin müəyyənləşdirilməsi üçün qiymətli informasiya verir. Müasir dövrdə heç bir rəsmi hakimiyyəti, sosial mənsubiyyəti müəyyən etməyən heraldika orta əsrlərdə həqiqətən də feodal cəmiyyətinin mühüm xüsusiyyətlərini, institutların rəsmi imtiyazlarını əks etdirirdi. Heraldika adətən, müəyyən hərbi şəxslər üçün hazırlanır və onların şəxsi qabiliyyət və bacarıqlarını, imtiyaz, hüquq və vəzifələrini müəyyən edirdi. Müxtəlif ölkələrin hərbi cəmiyyətləri xüsusi nişanların təsvirinə malik idilər və bu, döyüşçülərə və rəhbərlərə onların hansı kontingentə daxil olmaları haqqında məlumat verirdi. Müasir tarixçilər heraldikanın iki tipini müəyyənləşdirirlər: 1) hərbi xüsusiyyəti müəyyənləşdirən nişanələr; 2) nəsli mənsubiyyəti müəyyənləşdirən nişanələr.
Günəş (heraldika)
Günəş — heraldikada istifadə edilən fiqurlardan biri. Heraldikada istifadə edilən "təbii fiqurlar"dan biri hesab edilir. Doğan və ya batan günəş təsvirlərindən istifadə edilir. Bəzən günəş insan simasında verilir. Bir qayda olaraq günəş qızılı rəngdə verilir, çüalarının sayı müxtəlif sayda olsa da 16-dan çox olmur. Günəş təsvirini Nepal, Argentina, Qazaxıstan, Makedoniya Respublikası, Uruqvay, Malayziya, Filippin, Yaponiya dövlət bayraqlarında görmək olar. == Günəş təsviri olan bayraqlar == == Mənbə == James Parker, A glossary of terms used in heraldry. Accessed 13 December 2009 Jump up to: a b Dictionary of Vexillology. Accessed 13 December 2009 Jump up ^ Encyclopaedia Britannica: Edward IV and the Alchemists. Accessed 13 December 2009 Jump up ^ Banbury Faith Trail.
Geraldika
Heraldika — ən qədim dövrdən mövcud olmuş gerb, möhür, emblem və nişanları öyrənən elm, gerbşünaslıq. == Tarixi == Adətən orta əsr mənbələrinə xas olan və mühüm tarixi informasiya daşıyıcısı olan heraldika xüsusi təlim tələb edən sahələrdəndir. Tarixdə heraldikanın hərbi fəaliyyət ilə əlaqədar yaranması fikri üstünlük təşkil edir. Lakin Norman işğallarına qədər heraldikanın sistematik formasına rast gəlinmir. Tarixi materialların tədqiqatçısı üçün heraldikaya aid biliklər mühüm əhəmiyyət kəsb edir. Heraldika təkcə möhür və emblemlərdə deyil, qravür və miniatürlərdədə əks olunur,sənədin həqiqiliyinin, müəllifinin müəyyənləşdirilməsi üçün qiymətli informasiya verir. Müasir dövrdə heç bir rəsmi hakimiyyəti, sosial mənsubiyyəti müəyyən etməyən heraldika orta əsrlərdə həqiqətən də feodal cəmiyyətinin mühüm xüsusiyyətlərini, institutların rəsmi imtiyazlarını əks etdirirdi. Heraldika adətən, müəyyən hərbi şəxslər üçün hazırlanır və onların şəxsi qabiliyyət və bacarıqlarını, imtiyaz, hüquq və vəzifələrini müəyyən edirdi. Müxtəlif ölkələrin hərbi cəmiyyətləri xüsusi nişanların təsvirinə malik idilər və bu, döyüşçülərə və rəhbərlərə onların hansı kontingentə daxil olmaları haqqında məlumat verirdi. Müasir tarixçilər heraldikanın iki tipini müəyyənləşdirirlər: 1) hərbi xüsusiyyəti müəyyənləşdirən nişanələr; 2) nəsli mənsubiyyəti müəyyənləşdirən nişanələr.
Heraldik zanbaq
Heraldik zanbaq və ya Fleur-de-lis / fleur-de-lys (fransız dilində fleur "çiçək", lis isə "zanbaq" deməkdir.) — Avropada orta əsrlərdə geniş yayılmış heraldik simvol. Bəzəkli bir dizayn və ya simvol olaraq istifadə olunur. Fransa tarixən katolik bir xalq olduğuna görə Herald zanbağı xüsusən də fransız heraldikasında eyni zamanda, dini, siyasi, sülalə, bədii, emblematik və simvolik oldu. Simvol fransız monarxlar və Fransanın katolik müqəddəslərini təmsil edərək tarix boyu istifadə edilmişdir. Xüsusilə Məryəm və Müqəddəs İosif Fleur-de-lis ilə təsvir edilmişdir. Fleur-de-lis müxtəlifnövlü simvollar blokundakı U + 269C (⚜) Unicode ilə təmsil olunur.
Albaniyalı Heraldin
Qrafinya Heraldin Marqit Virciniya Olqa Mariya Apponi de Nad-Apponi (mac. Géraldine Margit Virginia Olga Mária Apponyi de Nagy-Appony; 6 avqust 1915, Budapeşt – 22 oktyabr 2002, Tirana) — 27 aprel 1938-ci ildə Kral I Zoğu ilə evliliyindən növbəti ilin aprelin 7-də Kral taxtdan salınana qədər albanların kraliçası. Heraldin Avstriya-Macarıstanda zadəgan Apponi ailəsində anadan olub. Onun ailəsi 1918-ci ildə Avstriya-Macarıstan monarxiyası ləğv edildikdən sonra İsveçrəyə qaçıb. 1921-ci ildə Macarıstana qayıtdılar, lakin 1924-cü ildə atası Dyula vəfat etdikdən sonra onun Amerika əsilli anası Qledis Heraldini və iki bacısını Fransanın cənubunda yaşamağa apardı. Daha sonra Heraldin Avstriyada internat məktəbində təhsil aldı. O, 1938-ci ildə alban kralı I Zoğu ilə tanış oldu və qısa müddət sonra evləndilər. İtaliyanın Albaniyaya hücumu Zoğunun hakimiyyətini kəsdi. İkinci Dünya Müharibəsi zamanı Kral Zoğu və Kraliça Heraldin əvvəlcə Fransada, sonra isə İngiltərədə yaşayıblar. Sonralar yenidən Fransada və Misirə yaşamaq üçün getdilər.